SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Füzuli rayonunun tibb işçiləri peşə bayramlarını qeyd ediblər

Füzuli rayonunun tibb işçiləri peşə bayramlarını qeyd ediblər

Tarix:

18-06-2019, 10:05

/ 1 704 dəfə oxundu.
Füzuli rayonunun tibb işçiləri peşə bayramlarını qeyd ediblər

Füzuli rayonunda səhiyyə obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ixtisaslı kadrlarla, müasir tibbi avadanlıqlarla təminatı istiqamətində ardıcıl tədbirlər görülür. Son illərdə rayonun Böyük Bəhmənli kəndində Tibb Mərkəzi, Zobucuq və Qayıdış qəsəbələrində xəstəxanalar inşa olunaraq ən müasir tibbi avadanlıqla təmin edilib. Hazırda Bala Bəhmənli kəndində rayon mərkəzi xəstəxanası üçün 80 çarpayılıq yeni bina tikilir.

Bu faktlar Füzuli rayonunda tibb işçilərinin peşə bayramına həsr olunan mərasimdə səsləndirilib. Səhiyyə işçiləri əvvəlcə Horadiz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyub, dahi rəhbərə ehtiramlarını bildiriblər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, rayon mərkəzi xəstəxanasının Baş həkimi Natiq Şükürov və başqaları çıxış edərək, peşə bayramı münasibətilə səhiyyə işçilərini təbrik edib, məsul və şərəfli peşələrində uğurlar arzulayıblar. Çıxışlarda respublikamızda həyata keçirilən səhiyyə-tibb islahatlarından, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan, əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edilib.

Sonda tibb işçilərinin bir qrupuna fəxri fərman təqdim olunub.
Füzuli rayonunun tibb işçiləri peşə bayramlarını qeyd ediblər
Füzuli rayonunun tibb işçiləri peşə bayramlarını qeyd ediblər
Füzuli rayonunun tibb işçiləri peşə bayramlarını qeyd ediblər

Şərhlər

XƏBƏR LENTİ