XalqXəbər.Az

"Törətdiyi bu cinayətə görə cəzalandırılmır..." - GİLEY

yüklənir...
18-06-2019, 09:59
yüklənir...

İsmayıllı şəhəri H.Zərdabi küçəsi ev 10-da yaşayan Haçizadə Elvin Babaverdi oğlu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Prezident! Atam Hacıyev Babaverdi Piralı oğluna məxsus İsmayıllı şəhəri M.Müşviq küçəsi 21 ünvanında yerləşən xususi mülkiyyətinin tamamı ilə boşaldılaraq atamın sahibliyinə və istifadə verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(107)-1226/2016 iş nömrəli qətnaməsi üç ildir icra olunmur. Səbəbdə onu deyirdilər ki, Cavabdehlər Qasımov Barat Fərhad oğlu, Novruzova Şüküfə Telman qızı, Qasımlı Fərhad Barat oğlu, Qasımlı Nərgiz Barat qızı Cəbrayıl rayonundan məcbur köçkün olduqlarına görə və 1997-ci ildən atam Babaverdi Hacıyevin xususi mülkiyyətində olan evində yaşayırlar.Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasəndə 1998-ci ilə kimi qaçqın və məcburi köçkünlər məskunlaşdıqları evlərdən və binalardan çıxarılması qadağan edilmişdir.

İsmayıllı İcra və Probasiya Şöbəsinin bu cavabı tam qanunsuz və əsassız idi. Çünki bu ailə atamın xususi mülkiyyətində olan evdə 2001-ci ildən müvvəqəti yaşayırlar. Bunu subut edən tutarlı rəsmi sənədimizdə var.Belə ki, İsmayıllı rayon İcra Hakimiyyətinin İsmayıllı şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 sentyabr 2000-ci il tarixli arayış əsasən cavabdeh Qasımov Barat Fərhad oğlu və onun ailəsi atamın xususi mülkiyyətində olan M.Müşviq küçəsi 21 ünvanında yox, İsmayıllı şəhəri Nizami küçəsi beş nömrəli evdə yaşamışlar. Bütün bunlara baxmayaraq İsmayıllı İcra və Probasiya Şöbəsinin rəisi Taleh Quliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyevlə cinayət əlaqəsinə girərək onun verdiyi saxta sənədi əsas götürərək Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsini icra etmirdi. Atam Hacıyev Babaverdi Piralı oğlu bu iki vəzifəli şəxsin etdikləri cinayətlərinə dözməyərək insulit keçirdi və bir müddət reanimasiyada qalaraq dünyasını dəyişdi.

Onun varisi kimi aidiyyatı üzrə orqanlara müraciətimdən sonra İsmayıllı İcra və Probasiya Şöbəsinin 17 may 2019-cu il tarixli məktubu ilə Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qərardadı icra olunması üçün yəni şəxsi mülkiyyətimizdə olan evin cavabdehlər Qasımov Barat Fərhad oğlu və onun ailə üzvüləri tərəfindən boşaldılması və mənim istifadəmə və sahibliyimə verilməsi üçün icra vərəqəsi üzrə işin təyinatı 23 may 2019-cu il tarixə saat 14.30-a təyin olundu. 23 may 2019-cu il saat 14.30-da İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayevin, İsmayılı RPŞ-nin İsmayıllı şəhəri üzrə polis sahə rəisi Qoşqar Aslanlı və İsamyıllı rayon İcra Hakimiyyətinin İsmayıllı şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin mühəndisi Zamin Həsənli ilə birlikdə icra vərəqəsi üzrə təyin olunmuş yerdə olduq. Xəbərdarlıq olunmağına baxmayaraq cavabdeh Qasımov Barat Fərhad oğlu icra vərəqəsi üzrə təyin olunmuş yerdə olmadı.Digər cavabdeh Novruzova Şüküfə Telman qızı onlara möhlət verilməsini istədi .İcra məmuru Rahim Mustafayev bunun mümkün olmadığını və on gün möhlətdən artıq vaxtın verilməsinin mümkün olmadığını ona bildirdi.Bundan sonra icra məmuru Rahim Mustafayevin, İsmayıllı Polis Şöbəsinin İsmayıllı şəhəri üzrə polis sahə rəisi Qoşqar Aslanlının, İsmayıllı rayon İcra Hakimiyyətinin İsmayıllı şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin mühəndisi Zamin Həsənlinin, mənim,cavabdeh Novruzova Şüküfə Telman qızının və hal şahidləri İsmayıllı rayon Diyallı kənd sakini Ağadadaş Qasımovun və Cəbrayıl rayonundan məcburi köçkün olan və İsmayıllı şəhərində yaşayan Vaqif Abdıyevin imzası ilə akt tərtib olundu. Eyni zamanda cavabdehlərə izah olundu ki, on gündən sonra icra vərəqəsi üzrə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1226/2016 nömrəli qətnaməsi məcburi qaydada icra olunacaq.

Mən on gündən sonra İsmayıllı rayon İcra Probasiya Şöbəsində olduqda Taleh Quliyev mənə əvvəlcə bildirdi ki, cavabdehlər məhkəməyə müraciət ediblər.Mən onun bu sözlərinin yalan olduğunu biləndə isə mənə dedi ki, İsmayıllı İcra Hakimiyyətinin nümayəndələri ilə Şəki Apellyasiya Məhkəməsinin bu qərarını müzakirə edəcəyik sonra qərar verəcəyik.

Cənab Prezident!

Azərbaycan Respublikasında məhkəmələr çıxardığı qətnamələri Azərbaycan Respublikasından adından verirlər və bu qətnamələr qeyri-şərtsiz icra olunmalıdır. İcra və Probasiya Şöbəsinin rəisi Taleh Quliyev dövlətin adından çıxarılmış qətnaməni hansı əsaslarla müzakirə edir?

Hal-hazırda Taleh Quliyev özünü İsmayıllı rayonunun padşahı sayır. O dövlətimizin qanunları ilə öz üzərinə düşən vəzifəni icra etmək əvəzinə mənədə məlum olmayan hansısa maraqları müdafiə edir. Dövlətin adından çıxarılmış qətnamələri icra etməyənlər və icrasına mane olanalar Azərbaycan Respublikasının qanunları ilə cinayət məsuliyyəti daşıyırlar. Taleh Quliyevdə hal-hazırda həmin cinayəti törədir . Törətdiyi bu cinayətə görə cəzalandırılmır. Hətta Taleh Quliyev sizin 3 aprel 2019-cu il tarixində imzaladığınız "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmana belə tüpürərək cavabdeh tərəflə sövdələşmə aparır.

Hüquqi dövlətdə yaşayırıq.Lakin Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1226/2016 nömrəli qətnaməsi bu günə kimi icra olunmayıb.Bir dövlətdə şəxsin müəyyən hüququ məhkəmə aktında təsbit olunursa və həmin hüquq reallaşa bilmirsə deməli ədalət təmin olunmur. Bununlada bu dövlətdə yaşayan insanların ədalət mühakiməsinə inam azalır.Amma mənim inamım azalmayıb.İnanıram ki, məhkəmə qətnaməsinin reallaşmasına köməklik göstərəcəksiniz. Ona görədə xahiş edirəm Taleh Quliyevin bizə qarşı etdiyi qanunsuzluğu və özbaşınalığın qarşısını alasınız və Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1226/2016 saylı qətnaməsinin icra olunmasına köməklik göstərəcəksiniz.

Əlaqə tel: (051) 844 00 93, (055) 842 32 92"

İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq... скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.