XalqXəbər.Az

Bərdədə Çovdarovun oğlu ilə şərik biznes quran şəxs dövlətə nə qədər ziyan vurdu?

yüklənir...
Bərdədə Çovdarovun oğlu ilə şərik biznes quran şəxs dövlətə nə qədər ziyan vurdu?
11-06-2019, 10:59
yüklənir...

Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarovun məhkəməsində indiyə qədər gizli saxlanılan bir sıra dəhşətli cinayətlər araşdırılmayıb.

Bu barədə dosye.org-a etibarlı mənbə məlumat verib. Bütün bunların geniş ictimaiyyət üçün tam olaraq açılması üçün zaman lazımdı, hər halda dosye.org-in elektron ünvanına göndərilmiş, bir qədər sonra oxuyacağınız faktlar da belə düşünmək üçün əsas yaradır ki, biz hələ daha neçə-neçə şok faktlarla tanış olacağıq. İndi isə faktlarla tanış olaq…. Öncə bir məqamı vurğulayaq ki, Bakıda Akif Çovdarova məxsus villaların söküldüyü, biznes və digər fəaliyyət sahələrinin əlindən alındığı bir ərəfədə Bərdədə MTN generalına bağlı olduğu iddia edilən istehsal sahələri fəaliyyətini daha da genişlənir. Dosye.org-ı məlumatlandıran mənbənin bildirdiyinə görə, MTN generalı Akif Çovdarovun qanunsuz əməllərinin bir ucu da Bərdəyə gedib çıxır. Belə ki, Akif Çovdarovun Bərdə rayonu, əsasən də rayonun Samux kəndi ərazisində 100 (bir yüz) hektara yaxın süni balıqyetişdirmə gölləri var. Həmin göllər qurulanda isə torpaqdan istifadə haqqında qanunun müvafiq maddələri ciddi şəkildə pozulmuşdur. Bundan əlavə, həmin göllərə görə Bərdə rayonunun Samux və Mirzəcəfərli kəndləri ərazisində 500 hektara yaxın əkin sahəsi uizun illərdir ki, ciddi şəkildə, su qıtlığı ilə üzləşmiş və sahibkarlar xeyli ziyan çəkmişlər və çəkməkdədirlər. Çünki, bu kəndlərin torpaq sahələrini suvarmaq üşün Böyük Qarabağ kanalından ayrılan suyun xeyli hissəsi bu Akif Çovdarovun həmin göllərinə axıdılır. Bundan əlavə, Bərdə ərazisində su qıtlığını aradan qaldırmaq üçün, dövlət vəsaiti hesabına qazılan artezianların beşi qanunsaz olaraq bu göllər yerləşən ərazidə vurulmuşdur. Suvarma suyu və torpaqla əlaqədar ən müxtəlif ünvanlara yazılan çoxsaylı şikayət ərizələri baxılmaq üçün dəfələrlə rayon rəhbərliyinə göndərilsə də onlar bir qayda olaraq cavabsız qalıb. Mənbə iddia edir ki, uzun illərdir həmin göllərdə ildə iki min tona yaxın çəki və digər qiymətli balıq növləri yetişdirilərək satilır: “Burada görülən bütün işləri, əsasən Samux kənd sakini Şəfiyev Vüqar və onun qardaşı İmran yerinə yetirir. Akif Çovdarovun (həbsxanada olmasına baxmayaraq) maliyəsi və rəhbərliyi ilə görülən həmin işlərdən əldə olunan gəlirlər, vergidən yayındırılaraq, tamamilə mənimsənilir. Eyni zamanda istifadə olunan torpaq, su və elktrik enerjisi üçün, dövlət və bələdiyyə büdcəsinə heç bir manat da vəsait ödənilmir. Həmin göllərin bir çoxunda asetrin balığı da yetişdirilir. İldə 300-350 ton asetrin balığı məhz Çovdarova məxsus obyektlərdə, əsasən Bakı və Bakı ətrafında satılaraq pula çevrilir”. Mənbə daha sonra bunları yazır: “Burada həm də balıqlara iynə vurmaqla kürü də alınır və həmin kürünün bir hissəsindən xüsusu akvariumlarda, mümkün olan ən qısa müddətdə balıq yetişdirilir. Bir satış vahidi, təxminən bir litr hesabı ilə, yeni alınan həmin balıq sürfələri (adi gözlə çətinliklə seçilən halda) 150-200 dollara satılır. Balıqçılıq sahəsində bu ən gəlirli işlərdən biridir, bəlkə də birincisidir. Bu işlərin görülməsi üçün xüsusi olaraq mütəxəssislər gətirilir. Hazırda həmin göllərdə 400 ( dörd yüz) tondan çox asetrin balığı var”. Mənbə bildirir ki, Akif Çovdarov həbs olunduqdan sonra burada işlər bir qədər axsasa da sonradan hər şey əvvəlki axarına düşüb: “Çovdarov “ilişəndən” sonra Vüqara tapşırılmışdı ki, həmin balıqların izini itirsin. Bunun üçün asetrinləri xüsusi göllərdən digər göllərə, hətta balıqların tələf olmasına da fikir vermədən hara gəldi axıtdılar. Lakin, çox keçmədi işlərini yoluna qoya bildilər. Bununla yanaşı Çovdarovun maliyyəsi hesabına orada tikinti-quraşdırma işləri davam etdirilir. Son aylar işlər daha sürətlə aparılır. Rayonun Ərəblər kəndi ərazisində də sünii balıqyetişdirmə gölləri və zeytun bağları salınmışdır. Bu iri həcmli işlərin görülməsi üçün on milyonlarla manat pul vəsaitinin xərcləndiyi bildirilir”. Son məluatlara görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Vüqar adlı şəxsi 238 min manat cərmələyib. Araşdırmalarımız dava edir.

DOSYE.ORGскачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.