SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Üzeyir varisləri"nin uğuru

"Üzeyir varisləri"nin uğuru

Tarix:

27-05-2019, 09:29

/ 1 741 dəfə oxundu.
"Üzeyir varisləri"nin  uğuru

Şirvan şəhər Uşaq Musiqi Məktəbində "Üzeyir Varisləri" Violin (Skripka)ifaçılarının konserti keçirilib.Konsertdə məktəbin Violin müəlliməsi Əliyeva Sədaqət xanımın şagirdləri Azərbaycan, Rus ,Avropa bəstəkarlarının əsərlərini məharətlə ifa etdilər.Konsert gurultulu alqışlarla sona çatdı.
Ansamblın rəhbəri Sədaqət xanım konsert haqqında xalqxeber.az saytına belə məlumat verdi.
Bu ilin əvvəllərində musiqi məktəbinin Violin sinfinin şagirdləri ilə ölməz bəstəkarımız Üzeyir Hacıbəyovu bir daha yad etmək qərarına gələrək,konsert proqramı tərtib etdim.Buraya Azərbaycan ,Rus, Avropa bəstəkarlarının əsərləri də daxil edildi.Fikrim həm müdriyyət,həm də valideynlər tərəfindən rəğbətlə qarşılandı.Məşqə başladıq,hətta qeyri-dərs günlərində də bizə şərait yaradıldı.
Nəhayət May ayının 16-sı Şirvan Şəhər uşaq musiqi məktəbinin zalında, 17-si isə Heydər Əliyev Mərkəzində konsertimiz keçirildi.Konsert dahi bəstəkarın " Çırpınırdı Qaradəniz" mahnısının sədaları altında Azərbaycan və Türkiyə bayraqlarının səhnəyə gətirilməsi ilə başladı.Çox həyəcan keçirirdim,lakin şagirdlərdən Elmira, Cavid, Pünhan, Fatimə, Nurcan, Şəbnəm, Nicat, Aida, Sədaqət, Nuran və Məryəmin bir -birindən gözəl çıxışları zəhmətimin hədər getmədiyini göstərdi.Tədbir möhtəşəm "Arazbarı" ilə tamamlandı.Hər nömrə gur alqışlarla qarşılanırdı.Fərəhləndim ki, önündə baş əydiyim sevimli bəstəkarımın ruhu qarşısında ,bir damla olsa da, üzərimə düşən vəzifəni yerinə yetirə bildim.Xüsusilə də birinci sinif şagirdləri Rəşid və Sifahinin səhnəyə ilk addımları məni çox sevindirirdi.
Bir neçə il bundan öncə "Üzeyir Varisləri", bəstəkarın ev muzeyini ziyarət edərək, konsert proqramı ilə çıxış etmişdilər.İndi biz yeni dərs ilində, yəni sentyabr ayının 18-də yenidən bəstəkarın əsərlərindən ibarət konsertlə çıxış etmək arzusu ilə yaşayırıq.
Məktəb müdiriyyəti,valideyinlər və tamaşaçılar gözəl konsertə görə şagirdlərə minnətdarlıqlarını bildirdilər.Mən də öz adımdan mənə şərait yaradan müdiriyyətə, konsertdə şagirdləri müşayət edən Bayramova Gülü, Cabbarlı Ülkər və İlhamə Şükürovaya, mənə hər işdə dəstək olan valideynlərimə öz dərin təşəkkürümü bildirirəm.
Hörmətlə "Üzeyir Varisləri" ansamblının rəhbəri Violin müəlliməsi Əliyeva Sədaqət.
Biz də xalqxeber.az saytı olaraq Şirvan şəhər Uşaq Musiqi Məktəbinin müdriyyətinə və Violin müəlliməsi Sədaqət xanıma təşəkkür edir, işlərində uğurlar, yeni- yeni nəaliyyətlər arzulayırıq.
"Üzeyir varisləri"nin  uğuru
"Üzeyir varisləri"nin  uğuru

Şərhlər

XƏBƏR LENTİ