SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Asif Ağayev sakinləri dinləmir... - GİLEY

Asif Ağayev sakinləri dinləmir... - GİLEY

Tarix:

23-05-2019, 16:05

/ 2 841 dəfə oxundu.
Asif Ağayev sakinləri dinləmir... - GİLEY

1994-cü ildən Beyləqan şəhəri 20 yanvar küçəsində şəhər zibil poliqonu mövcuddur. Poliqon şəhərin böyük bir hissəsində əhalin səbrini dözülməz hala çatdırıb. Axşamlar bu küçədə çox pis qoxu olur.

DİA.AZ bildirir ki, 2018 -ci ilin 17 fevralında məhəllə ağsaqalları kömək üçün Beyləqan şəhər icra hakimiyyətinə və rayon icra nümayəndəliyinə müraciət ediblər. Həmin vaxtdan Beyləqan şəhərində qanunsuz fəaliyyət göstərən bu poliqonun ləğvi üçün əhali bir çox yerlərə müraciət edib. Lakin keçmiş icra başçısı Vaqif Abdullayev bu məsələyə biganə yanaşıb. Məhəllə sakinlərinin müraciət etdikləri müvafiq nazirliyin əməkdaşları isə sadəcə ümidverici vədlər verib.
Nəhayət rayon camaatı Beyləqana yeni təyin edilmiş İcra hakimiyyəti başçısı cənab Asif Ağayevə problemlərini bildiriblər. Amma bu dəfə də məhəllə sakinlərinə köməklik edən olmayıb. Onların bildirdiklərinə görə şikayətçilərə yalan vədlər verilib, onları get-gələ salıblar. Hal-hazırda 20 yanvar küçəsi və ətraf küçələr pis qoxunun əlindən yaşanmaz haldadır.
Asif Ağayev sakinləri dinləmir... - GİLEY
Asif Ağayev sakinləri dinləmir... - GİLEY
Asif Ağayev sakinləri dinləmir... - GİLEY

Şərhlər

XƏBƏR LENTİ