SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əhməd Muxtarov sakinlərlə görüşdü - Foto

Əhməd Muxtarov sakinlərlə görüşdü - Foto

Tarix:

17-05-2019, 17:35

/ 990 dəfə oxundu.
Əhməd Muxtarov sakinlərlə görüşdü - Foto

Mayın 17-də Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov növbəti səyyar qəbul-görüşünü Hacıqabul rayonu Ələtli kənd sakinləri ilə keçirib.

Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və xidmət idarələrinin rəhbərləri iştirak ediblər qəbul zamanı sakinlər vətəndaş müraciətlərinə baxılması, narahatlıq yaradan problemlərin həlli ilə bağlı görülən tədbirləri yüksək qiymətləndirdiklərini və ölkə Prezidentinin apardığı siyasəti, böyük uğurla həyata keçirdiyi sosial islahatları ürəkdən bəyəndiklərini diqqətə çatdırıblar.

Sakinlər tərəfindən razılıqla qarşılanan səyyar qəbulda səsləndirilən problemli məsələlərə aydınlıq gətirilib, həlli vaxt tələb edən təkliflərlə bağlı izahat işi aparılıb və aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Səyyar qəbulu yekunlaşdıran icra başçısı rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində ölkə prezidentinin davamlı diqqəti ilə həyata keçirilən sosial layihələrdən, aparılan quruculuq-abadlıq işlərindən geniş bəhs edərək bu işlərin bundan sonra da davam edəcəyini vurğulamış və qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Əhməd Muxtarov sakinlərlə görüşdü - Foto
Əhməd Muxtarov sakinlərlə görüşdü - Foto
Əhməd Muxtarov sakinlərlə görüşdü - Foto

Şərhlər

XƏBƏR LENTİ