SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bahar Muradovanın icra başçısına xahiş edib vəzifəyə təyin etdirdiyi Tahir Həsənov Beyləqan təhsilini iflic edib

Bahar Muradovanın icra başçısına xahiş edib vəzifəyə təyin etdirdiyi Tahir Həsənov Beyləqan təhsilini iflic edib

Tarix:

12-05-2019, 13:12

/ 1 946 dəfə oxundu.
Bahar Muradovanın icra başçısına xahiş edib vəzifəyə təyin etdirdiyi Tahir Həsənov Beyləqan təhsilini iflic edib

“Hər bir güclü kişinin arxasında bir güclü qadın dayanır”; Tahir Həsənovun arxsında da Bahar Muradova…

Ötən yaxın təqvimdə Beyləqan Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Tahir Həsənovun dolambac karyera yoluna nəzər salaraq, ictimaiyyətin diqqətinə çatdırmışdıq ki, o, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin yaxın sirdaş hesab etdiyi məmurdur.

Rayon rəhbərinin Beyləqanda xüsusilə kadr təyinatı müstəvisində Tahir Həsənovun məsləhətlərindən faydalanması, onun rəyinə önəm verməsi rayon ictimaiyyəti tərəfindən narahatlıqla qəbul olunur.

Bu mövzuda qələmə aldığımız əvvəlki yazımızda misal olaraq göstərmişdik ki, Tahir Həsənovun təqdimatı ilə “Beyləqan” qəzetinin baş redaktoru vəzifəsinə rayon məktəblərindən birinin direktoru işləmiş şəxs təyin edilib. Əlbəttə, daha arzuolunan hal o olardı ki, RİH-nin orqanı olan bir dərgiyə ixtisasca jurnalist olan şəxs rəhbərlik etsin.

Doğrudur, başqa namizəd olmadığı halda, region qəzetinin baş redaktoru vəzifəsinin məhz müəllimə etibar edilməsi məqsədəmüvafiq hesab oluna bilər. Amma əlbəttə ki, başqa namizəd olmadığı halda!

Bu günləri isə etibarlı mənbədən əldə etmişik ki, Beyləqan RİH-nin başçısının humanitar məsələlər üzrə müavini vəzifəsinə də rayon məktəblərindən birində işləmiş, hal-hazırda da repetitorluq edən bir müəllimənin gətirilməsi də məhz T.Həsənovun “faydalı məsləhətinin” nəticəsidir. Hətta o da bildirilir ki, artıq sənədləri təsdiq üçün Prezident Administrasiyasına göndərilmiş həmin xanımın dövlət qulluğunda iş təcrübəsi olmadığı üçün onun müavin postuna yerləşdirilməsinin birbaşa deyil, iki addıma reallaşdırılması planı vardır.

Həmin plan üzrə əvvəlcə onun RİH-nin İctimai-siyasi Təşkilatlarla İş Şöbəsində təlimatçı vəzifəsinə təyin edilməsi, bir neçə aydan sonra isə başçının müavini vəzifəsinə irəli çəkilməsi nəzərdə tutulub.

Başa düşüləsidir ki, RİH başçısı A.Ağayev özünün də rayona rəhbərlik etməyə başlamasından o qədər də böyük vaxt ötməməsi səbəbindən yerli ictimaiyyəti yaxşı tanımır və özünə komanda formalaşdırmaq müstəvisində məsləhətçiyə ehtiyac duyub. Amma təəssüf ki, məhz T.Həsənova etibar etməkdə yanılıb. Gözləniləndir ki, bu yanlışlıq gələcəkdə, özü də yaxın gələcəkdə rayon rəhbərliyinin kadr siyasətində ciddi axsamalarla müşayiət olunacaq.

Qeyd edək ki, Beyləqanda kifayət qədər savadlı, perspektivli, hətta Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunu olan gənclər işsiz qaldıqları, yaxud, potensiallarını tam ortaya qoymaq üçün yetəcək qədər geniş meydan tapa bilmədikləri halda, kadr seçimi məsələsinin T.Həsənovun şəxsi mülahizələrinə qurban verilməsi idarəçilik mexanizminin büdrəyəcəyini, nəticə etibarilə bütün sahələrdə tənəzzül vəd edir. Xüsusilə də ölkə başçısının da diqqət mərkəzində olan dövlət qulluğu müstəvisində belə yanlışlığa yol vermək olmaz. Yeri gəlmişkən qeyd edək ki, RİH başçısının təhsil müdirini özünə vəzir seçdiyi dillərdə dastan olub.

Bildirilir ki, A. Ağayevin yerlərdə keçirdiyi səyyar görüşlərdə də T.Həsənov onunla çiyin-çiyinə dayanır. Müşahidə olumuşdur ki, hətta kəndlərə qaz çəkilişlərinin təntənə ilə qeyd olunduğu görüşlərdə belə icra başçısının yanında qaz istismar idarəsinin rəisi deyil, məhz təhsil müdiri durur.

Səyyar görüşlərdə vətəndaşların diqqətini çəkən məqamlardan biridə odur ki, yerlərdə sakinlər təhsil sahəsindəki problemlərdən söz salanda A.Ağayev T.Həsənovun naqolay vəziyyətdə qalmaması üçün onun müdafiəsinə qalxır.

Aydın məsələdir ki, belə hallarda şikayətçi tərəddüd edir, ondan başçının sözünün üstündən söz deməsi üçün artıq dərəcədə siyasi iradə tələb olunur.

TAHİR HƏSƏNOVUN AXARLI – “BAHAR”LI KARYERASI

İndi isə vacib hesab etdiyimiz başqa bir məqam barədə: Beyləqan və qonşu Füzuli rayonlarının ictimaiyyətinə çoxdan məlum olan bir həqiqət də T.Həsənovun həmyerlisi, Milli Məclisin Füzuli rayonunu təmsil edən deputatı Bahar Muradova tərəfindən himayə edilməsidir. T.Həsənovun karyera yolunda irəliləməsində də, indi A.Ağayevin yanında söz sahibi olmasında da xanım “millət vəkili”nin hamiliyinin mühüm rolu olub.

“Hər bir güclü kişinin arxasında bir güclü qadın dayanır” deyimi Azərbaycan atalar sözü deyil, Qərb filosoflarının fikridir. Milli mentalitetimizdə zərif cins olan qadın kişiyə əmanət olunub. T.Həsənov isə məhrəm məclislərdə etdiyi söhbətlərdə arxasını qadın deputata söykədiyi qənaəti formalaşdıran fikirlər söyləyir. Lakin biz bu fikirləri qəbul etmirik. Düşünmürükdə ki, Milli Məclisdə əsas söz sahibi olan Bahar Muradova Tahir Həsənovun TŞ-nə müdir təyin edilməsi üçün icra başçısına xahiş edə. Düzü nəsə bu mənə inandırıcı gəlmədi.

Tapşırılsa da, tapşırılmasa da, yaxşı olar ki, T.Həsənov əvvəlcə rəhbərlik etdiyi rayon təhsil sisteminin problemlərinin həlli ilə məşğul olsun. Bu sahədə həllini gözləyən problemlər isə yetərincədir. Birinci məqaləmizin dərcindən sonra həmin problemlərdən redaksiyamıza şikayətlər gəlməkdədir. Yaxın günlərdə Mil qəsəbə məktəbindən daxil olmuş müraciət əsasında hazırladığımız materialı oxuculara təqdim edəcəyik.

Yazıda adları çəkilən tərəfləri dinləməyə və mövqelərini dərc etməyə hazırıq.

RealMedia.az
Bahar Muradovanın icra başçısına xahiş edib vəzifəyə təyin etdirdiyi Tahir Həsənov Beyləqan təhsilini iflic edib
Bahar Muradovanın icra başçısına xahiş edib vəzifəyə təyin etdirdiyi Tahir Həsənov Beyləqan təhsilini iflic edib
Bahar Muradovanın icra başçısına xahiş edib vəzifəyə təyin etdirdiyi Tahir Həsənov Beyləqan təhsilini iflic edib

Şərhlər

XƏBƏR LENTİ