SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Siyəzən sakinindən prezidentə MÜRACİƏT - Bələdiyyə sədrindən şikayət etdi və...

Siyəzən sakinindən prezidentə MÜRACİƏT - Bələdiyyə sədrindən şikayət etdi və...

Tarix:

3-05-2019, 16:30

/ 1 743 dəfə oxundu.
Siyəzən sakinindən prezidentə MÜRACİƏT - Bələdiyyə sədrindən şikayət etdi və...

Siyəzən şəhəri, Vidadi küçəsi, ev 45-də yaşayan Zeynalov Sabir Mabetdin oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır:

“Hörmətli Prezident!

Məlumat üçün yazıb sizə bildirmək istəyirəm ki, Siyəzən bələdiyyəsinin sədri Azər Babayev maddi marağına görə vətəndaş Müslüm Səlimovla gizli əlaqəyə girməklə etmiş olduğu cinayət xarakterli hərəkətlərindən 3 ildir, Siyəzən rayon məhkəməsinin hakimi Bəylər Ələkbərovun etdiyi saxtakar və hakimə yaraşmayan hərəkətlərindən isə 7 aydan artıqdır ki, həm poçt, həm də rəsmi internet saytı və elektron poçtu vasitəsi ilə dövlət orqanlarına müraciətlər etməkdəyəm.

Ayrı-ayrı tarixlərdə yazdığım saysız-hesabsız şikayət ərizələrimdən, cinayət xarakterli saxtakar əməllərinin ifşa olunduqlarından qəzəblənən Siyəzən bələdiyyəsinin sədri Azər Babayev və hakim Bəylər Ələkbərov məndən qisas almaq və məni susdurmaq məqsədi ilə Siyəzən rayon polis şöbəsinə etdikləri "sifarişləri" ilə 08 yanvar 2019-cu il tarixdə heç bir əsas və sübut olmadan polis sahə rəisi Mirzəcan Məmmədovun güya, “polisin qanuni tələbinə əməl etmədiyim” barədə tərtib etdiyi qondarma protokolu ilə məni şərləyiblər. Belə ki, hətta 65-yaşım və yüksək arterial təzyiqli ürək xəstəsi olmağıma məhəl qoyulmayaraq, ondan yazdığım tam əsaslı və haqlı şikayətlərimə görə, mənimlə qərəzli münasibətdə olan və heç bir təqsirim olmadan, əsassız olaraq, polis vasitəsi ilə tutulmağımda böyük səy və maraq göstərən hakim Bəylər Ələkbərov tərəfindən barəmdə ədalətsiz və qərəzli şəkildə 25 gün inzibati həbs qərarı verilmişdir.

Cənab Prezident!

Onların bu kimi cinayət xarakterli saxtakar hərəkətlərini təsdiq edən sənədlər və sübutları aşağıda ərizəmə əlavə edirəm və yuxarıda qeyd olunan faktların tam, hərtərəfli və obyektiv araşdırılaraq, təqsirkarların barələrində qanuna müvafiq tədbir görülməsini sizdən xahiş edirəm.

Sizə öncədən öz təşəkkürümü bildirirəm”.

Şərhlər

XƏBƏR LENTİ