SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əhməd Muxtarov sakinlərlə görüşdü - Fotolar

Əhməd Muxtarov sakinlərlə görüşdü - Fotolar

Tarix:

3-05-2019, 14:57

/ 1 018 dəfə oxundu.
Əhməd Muxtarov sakinlərlə görüşdü - Fotolar

Mayın 3-də Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Hacıqabul şəhər Xətai və Nəsimi küçələrinin sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirib.

xalqxeber.az xəbər verir ki, səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və xidmət idarələrinin rəhbərləri iştirak ediblər qəbul zamanı sakinlər vətəndaş müraciətlərinə baxılması, narahatlıq yaradan problemlərin həlli ilə bağlı görülən tədbirləri yüksək qiymətləndirdiklərini və ölkə Prezidentinin apardığı siyasəti, böyük uğurla həyata keçirdiyi sosial islahatları ürəkdən bəyəndiklərini diqqətə çatdırıblar.

Sakinlər tərəfindən razılıqla qarşılanan səyyar qəbulda səsləndirilən problemli məsələlərə aydınlıq gətirilib, həlli vaxt tələb edən təkliflərlə bağlı izahat işi aparılıb və aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Səyyar qəbulu yekunlaşdıran İcra başçısı rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində ölkə prezidentinin davamlı diqqəti ilə həyata keçirilən sosial layihələrdən, aparılan quruculuq-abadlıq işlərindən geniş bəhs edərək bu işlərin bundan sonra da davam edəcəyini vurğulamış və qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Əhməd Muxtarov sakinlərlə görüşdü - Fotolar
Əhməd Muxtarov sakinlərlə görüşdü - Fotolar
Əhməd Muxtarov sakinlərlə görüşdü - Fotolar

Şərhlər

XƏBƏR LENTİ