SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağdaş Meşə İdarəsində “ölü can”lar və iki rəisin rüşvət skandalı- Fakt

Ağdaş Meşə İdarəsində “ölü can”lar və iki rəisin rüşvət skandalı- Fakt

Tarix:

2-05-2019, 23:48

/ 1 212 dəfə oxundu.
Ağdaş Meşə İdarəsində “ölü can”lar və iki rəisin rüşvət skandalı- Fakt

Ağdaş Meşə İdarəsi barədə sensasion iddialar yayılıb

Cahan.info xəbər verir ki, rayonun Qaraoğlan kənd sakini Abdullayev Orxan Bəhruz oğlunun şikayət məktubu qanunsuzluqların üstünü açıb.

Bu barədə azia.az-a məktubunda O.Abdullayev bildirib ki, yaşadığı ərazi üzrə meşə gözətçisi Nofəl onun işə düzəltmək adı altında 1500 manat alıb.

İki ildən sonra Ramin Lətifov adlı şəxs aşağı postda işlədiyi idarədə müdir vəzifəsinə qalxır. O, gələr-gəlməz O.Abdullayevi işdən azad edir.

Ağdaş meşə idarəsi müdiri R.Lətifov belə izah edir ki, O.Abdullayevin adı idarədə fəhlə kimi qeydiyyata alınıb, amma bir gün belə işdə olmayıb.

Şikayətçi deyir ki, Ağdaş meşə idarəsinin indiki müdiri iki il kartı cibində gəzən işçi olub.

Həmçinin adı idarədə olub, işçi kimi qeydiyyata alınan digər işçilərə də R.Lətifovun xəbərdarlıq etdiyi deyilir. İndi O.Abdullayev işə qəbul olunanda verdiyi pulu geri tələb edir.

Amma R.Lətifov onun tələbinə məhəl qoymur. İdarənin sabiq rəisi Cahid Dadaşov isə məsələyə müdaxilə edir və işçidən alınan pulun qaytarılmasını, məsələnin böyüməməsini tapşırır.

Həmin ərəfədə isə C.Dadaşov yeni yaradılmış Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinə rəis təyin olunur.

Bu minvalla pulun yarısı qaytarılır, qalan hissəsi isə hələ də verilməyib. C.Dadaşov faktı açıqlamasında təsdiqləyib.

Ağdaş meşə idarəsində “ölü can”ların saxlanması, illərlə idarədə büdcədən ayrılan pulların mənimsənilməsi C.Dadaşovla R.Lətifovun əməllərinin araşdırılmasını zəruri edir.

Cahan.info xəbər verir ki, bu faktların üzə çıxması ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, eləcə də hüquq-mühafizə orqanlarının hərəkətə keçməsinə, Ağdaş meşə idarəsində araşdırma aparmasına zəmin yaradır.

Çünki idarədə maliyyə maxinasiyalarına yol verilib, rüşvətlə işə adam götürülüb, pullar silinib, vəsaitlər qeyri-şəffaf xərclənib. Ona görə həm R.Lətifov, həm C.Dadaşovun fəaliyyəti araşdırma predmetidir.

Nazir M.Babayev təyin olunduqdan sonra müsbət addımları ilə diqqət çəkib və şikayətçi O.Abdullayevin dediklərinə də reaksiya verəcəyi gözlənilir.

Bir müddət əvəvl isə Ağdaş Meşə İdarəsinin Ağzıbir meşəbəyliyinin 4 saylı dolayısının meşə gözətçisi Ərəstun Əşrəf oğlu Məmmədov tərəfindən müraciət olmuşdu.

Ə.Məmmədov yazırdı ki, iş başında olarkən Ağdaş rayon Kotavan kənd sakini Şirinov Asim Atamoğlan oğlunu meşədə yaşıl ağacları xəlvəti kəsərək qoşqulu traktorla oğurlayıb apararkən saxlatdırıb.

A.Şirinov isə qanuna tabe olmaq istəməyərək onun həyatına qəsdən orta ağır dərəcədə xəsarət yetirməklə cinayət törədib. Belə ki, A.Şirinov traktoru onun üstünə sürərək yaralayıb.

Traktorun arxa böyük təkəri şikayətçinin sağ ayağımın üstündən keçib. Bununla da ürəyi soyumayan A.Şirinov traktoru saxlayaraq onu yumruq altına salıb. Həmin hadisədən sonra Ə.Məmmədov rayon mərkəzinə gətirilərək xəstəxanada yerləşdirilib.

Ağdaş Meşə İdarəsinin rəhbəri Ramin Lətifov isə Asim Şirinovun 4 metrlik lafetinin içərisində onun içi boyu kəsilərək yığılmış 22 ədəd oğurluq yaş akasiya ağacları ilə bağlı saxta sənəd verib.

Yazıda adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq.

azia.az
[media=http://https://m.youtube.com/watch?v=607_A5ehsME]

Şərhlər

XƏBƏR LENTİ