SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Azyaşlı qızlardan tükürpədən müraciət... - "Atamızı ermənilər şərləyib..."

Azyaşlı qızlardan tükürpədən müraciət... - "Atamızı ermənilər şərləyib..."

Tarix:

2-05-2019, 12:21

/ 1 029 dəfə oxundu.
Azyaşlı qızlardan tükürpədən müraciət... - "Atamızı ermənilər şərləyib..."

Ucar şəhəri Oğuz küçəsi ev 53 sakiniləri 11 yaşlı Əliyeva Zəhra Tehran qızı və 10 yaşlı Əliyeva İradə Tehran qızı tərəfindən tərəfindən Prezident İlham Əliyevə və 1-ci Vitse-prezident Mehriban xanım Əlieyavaya müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli Prezident! Hörmətli Mehriban xanım! Mən Zəhranın 11 yaşı var 4-cü sinifdə oxuyuram, mən İradənin 10 yaşı var 3-cü sinifdə oxuyuram. Dərslərimizi yaxşı oxuyuruq. Atamız Əliyev Tehran İslaməli oğlu 2010-cu il tarixdə həbs edilib. Atamız erməni təxribatının qurbanı olub Rusiya Federasiyasında 13 il 4 ay müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilib.2015-ci il tarixdə eksdradasiya edilərək cəzasını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində çəkir.

Atamız Rusiya Federasiyasının Moskva şəhərinin Tuşinski rayon məhkəməsinin 08 iyun 2011-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-nin 162-ci maddəsi ilə təqsirli bilinib 13 il 4 ay müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişdir.
Maddi vəziyyətimiz çox pisdir.Ailəmizdə işləyən yoxdur.Anam evdar qadındır, atamda uzun müddətdir həbsdədir.Atamızı həbs etdirən qadının əri erməni olub.Həttda atamızın istintaqını aparan müstəntiqdə erməni olub.Atamız erməni təxribatının qurbanıdır. 2010-cu il tarixdən həbsdə olan atamız orada xəstəlik tapıb.Biz atamızın azad olunub evə gəlməsini istəyirik.İstəyitik ki, ata qayğısı ilə yaşayaq, köməyimiz olsun.Öz yaşıdlarımız arasında boynumuzun bükülməsini istəmirik.

Biz Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan çox-çox xahiş edirik, sizə yalvarırıq əgər mümkündüsə atamızın azadlığa çıxıb ailəsinə balaca qızlarına qovuşmasına köməklik göstərəsiniz.Biz balaca Zəhra və İradə sizə inanırıq,sizə ümüd edirik.
Əlaqə ev telefonumuzdur (02021) 3-22-75"

Şərhlər

XƏBƏR LENTİ