SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağdam rayon 71 saylı tam orta məktəbdə Nazir necə aldadılır

Ağdam rayon 71 saylı tam orta məktəbdə Nazir necə aldadılır

Tarix:

26-04-2019, 17:19

/ 3 571 dəfə oxundu.
Ağdam rayon 71 saylı tam orta məktəbdə Nazir necə aldadılır

Xəbər verdiyimiz kimi qısa müddət əvvəl baş vermiş hadisələrlə bağlı Təhsil Nazirliyinə vətəndaş tərəfindən və mediada yayılan məlumatlar əsasında nazirliyin Daxili Nəzarət şöbəsinin apardığı araşdırma nəticəsində məktəbin Direktor müavini Könül Əliyevaya töhmət verilib. Xəstəliklə əlaqədar iş başında olmayan direktor isə işə qayıdandan sonra nazirlik tərəfindən işindən son verilib. Aldığımız məlumata görə, qanuna qanunsuz olaraq işdən azad edilən direktor artıq məhkəmə orqanına müraciət edib. İşin əsas hissəsi isə direktorun müraciəti deyil. Məsələ direktor çıxdıqdan sonra onun yerinə məktəbin həvaləsi kimə və necə edilməsidir.

Xəbər portalı olaraq dəfələrlə məktəbdə azyaşlı şagirdə qarşı edilən psixoloji təzyiqlərlə bağlı veridyimiz məlumatı əsas götürərək şagirdi dindirən Daxili Nəzarət şöbəsinin əməkdaşlarının məsələ ilə bağlı verdiyi qərardan bu günə qədər bəhs edilməməsidir. Bu günlərdə isə əldə etdiyimiz məlumatda qeyd edilir ki, 71 saylı Ağdam rayon məktəbinin direktor postu Könül Əliyevaya həvalə edilib. Həvalə edilməsi zamanı qanunları tanımayan kimlər olub deyə sual yaranmışdır. Ağdam Rayon RTŞ-nin müdiri Mətanət Misirxanovanın rayona məxsus olan təhsil ocaqlarını rüşvət burulğanı ilə yanaşı qanuna zidd addımlara sürükləməsidə qeyd edilən məlumatlarda yer almaqdadır. Ağdam 71 saylı məktəbə həvalə məsələsində Könül Əliyevanın töhmətinin olması nəzərə alınmalı olduğu halda buna əhəmiyyət verməyərək qanunsuz həvaləyə imza atılmışdır. M.Misirxanovanın qeyri qanuni əmələri bununla bitmədiyi deyilən məlumatlarda məktəblərə “papka” adlı “şirinlik” yığılması prossidə həyata keçirildiyi deyilir. Hazırda Ağdam rayon 71 saylı məktəbdə həvalə edilməsi ilə bağlı Ceyhun bayramovun aldadıldığı qeyd edilən məsələ nədənsə nazirliyin gözündən yayınıb. Axı Könül Əliyeva barəsində töhmət mövcudur ki, buda ona məktəb idarəçiliyinin həvalə edilməsini bir başa qadağan edir. Qanunların qadağan etdiyi həvaləni M.Misirxanova necə həyata keçirib. Məsələ ilə bağlı keçmiş direktora qarşı da qurma qurulduğun bildirən mənbə qeyd edib ki, RTŞ-nin məsləhətçisi Şakir Səfərov məhs bu qanunsuz həvalə üçün Könül Əliyevaya vasitəçilik edərək M.Misirxanova vasitəsi ilə həvaləni idarəsinə ala bilib. Həmçinin qeyd edək ki, eks direktor Nailə Rüstəmova tərəfindən hətda Könül Əliyevaya töhmət verilmişdir. Azyaşlının düşdüyü durumla bağlı keçmiş direktor hadisə zamanı baş verənlərə görə, 8 nəfər vəzifəli şəxslərə töhmət verilib. Bununla razılaşmayan Könül Əliyeva qruplaşma yaradaraq Nailə Rüstəmovaya qarşı imza toplayaraq onun barəsində həqiqəti əks etdirməyən məlumatlar verməklə onun işgüzar nüfuzuna xələl gətirilməsinə nail olmuşdur. Və bu atılan addımlardan dərhal sonra qruplaşmanın yazdığı ərizələrlə N.Rüstəmovaya qarşı rəhbərlikdə mənfi fikir oyadaraq onun işdən azad edilməsinə nail olmuşdurlar. Həmçinin qeyd edək ki, Nail Rüstəmova buliteinde olduğu halda həmkarların iclasın keçirilməsi üçün həmkarların sədrinidə öz qruplaşmalarına üzv ediblər. Qanuna zidd olaraq Nailə xanımın həmkarlar iclasında iştirakı mütləq olduğu halda onun iclasda olmadığı zaman onun barəsində qərar qəbul edilmişdir. Təhsil Şöbəsinin müdirəsi Mətanət Misirxanova isə həmin qərarı qanunsuz olduğun bildiyi halda Nazirliyə yalan məlumat verib. Hətta Nail Rüstəmova ilə əlaqə saxladıq hadisələrin cərayən etməsi ilə bağlı verilən məlumatların həqiqət olduğunu təsdiq edərək Həmkarlar iclasında iştirak etmədən barəsində qərar verildiyini dilə gətirdi. Və ona qarşı Könül Əliyevanında qruplaşma təşkil etdiyini qeyd etdi. Barəmdə verilən məlumatların hörmətli nazirimizə yanlış çatdıran isə Mətanət Misirxanova olub. Bir RTŞ müdirəsi nazirimizə yalan məlumat verməsi heçdə qəbul edilən olmamalıdır.

Hazırda keçmiş direktora qarşıda məhs Şakir Səfərovla Mətanət Misirxanovanın birlikdə hərəkət etmələri buna isə Aparat rəhbəri Muxtar Məmmədovuda alət edilməsinə münbit şərait yaradılmışdır. Ağdam 71 saylı məktəbdə yoxlama aprılmadığı halda keçmiş direktor barəsində saxta sənədlərin hazırlanaraq RTŞ tərəfindən aparata verilmiş və buna görə cinayət işi araşdırmasına başlaması üçün prokrorluğa göndərilməsin təmin etmişlər. Əslində isə yoxlamada heç bir qanunsuzluq olmadığı halda nəyin cinayət işini başlaması tələb edilməsi isə müəmmadır.

Şərhlər

XƏBƏR LENTİ