SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qax rayonunda ekoloji vəziyyət uçurum astanasındadı

Qax rayonunda ekoloji vəziyyət uçurum astanasındadı

Tarix:

25-04-2019, 17:32

/ 1 554 dəfə oxundu.
Qax rayonunda ekoloji vəziyyət uçurum astanasındadı

Qax meşələrində Millət Vəkili Azər Kərimlinin rəhbərliyi ilə ağacların soyqırımı davam edir” başlıqlı araşdıra yazıdan sonra redaksiyamıza özünü Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sector müdiri kimi təqdim edən Süleyman müəllim dəfələrlə bizimlə əlaqə saxlayaraq millət Vəkili Azər Kərimli ilə digər qaxlı sahibkar Elşən Nəzirovun işbirliyində olmamaları barədə və millət vəkilinin adının imkan daxilində hallanmamasını xahiş etmişdir.Nazirliyin Şəki Regional Ekologiya İdarəsindən Zöhrab adlı əməkdaş dəflərlə telefon əlaqəsi saxlayaraq birlikdə Qax meşələrini gəzib monitorinq aparmağı təklif etdi və israrla bizi inandırmağa çalışmışdır ki, Qax meşələri bütün qayda qanunla qorunur və mühafizə edilir. Təklifi yüksək dəyərləndiririk. Qeyd etdik ki, indi şəxsən gəlib Qax meşələrini gəzməyə ehtiyac qalmayıb. 15-20 ilin meşələrindən indi əsarət əlamət belə qalmayıb. Qaxda bizim qaynaqlarımız çoxdur və real vəziyyəti dəqiqləiklə öyrənməyə ehtiyac da duymuruq. Hər bir Qax sakini indi də yaxşı bilir ki, Qax meşələrində ağac qətliyamının arxasında hansı güclər dürürdu. Hansı ki, onlara “Qaşın üstə gözün var deyən olmayıb və olmayacaq da.” Lakin bir faktı etiraf etməliyik ki, indi Qax meşələri əvvəlkitək “işğal olunmuş Qarabağ meşələri” kimi ağına bozuna baxmadan tar- mar edilmir. Ağac qətliamına yalnız gecələr,müəyyən limit üzrə “icazə” verilir.

Nazirlik rəsmisinin Qaxdan seçilmiş 19 ilin millət vəkili olan Azər Kərimlini xüsusi canfəşanlıqla müdafiə etməsini isə doğrusu başa düşə bilmədik. Amma onu bilirik ki, nazir Muxtar Babayev bir millət vəkili kimi Milli Məclisdə Azər Kərimli ilə sıx dostluq münasibətləri var. Və bu münasibət indi də ona Qax meşələrində yaşıl işıq yandırlmaqla davam etməkdədir.

O ki qaldı Azər Kərimlinin Qax rayon İcra hakimiyyətinin başçısı cənab Musa Şəkiliyevlə yaxınlığı olan taxta-şalban sexinin müdiri Elşən Nəzərli ilə olan işbirliynə. Bu barədə onu demək kifayətdir ki, Elşən yerli meşə materiallarını öz sexində emal edib,satmaq üçün təbii ki, ona ilk növbədə bazar lazımdır. Və bu bazarı da cənab millət vəkili A.Kərimlinin sayəsində və sifarişi əsasında əldə edə bilmişdir. Verilən məlumatlardan aydın olur ki, hazırda Qax rayon Meşə Təsəsərrüfatı və Yaşıllaşdırma İdarəsi son bir ildə demək olar ki, Qaxın bütün ərazilərində fəaliyyət göstərən iri və orta ölçülü ağac və taxta emalı sexlərinin hamısını “oyundankənar” vəziyyətə salmışdır. Təkcə A.Kərimliyə və E.Nəzərliyə məxsus sexlərdən başqa. Millət vəkili A.Kərimlinin taxta və mebel materialları alqı-satqısına dair İtaliya firmalarıilə bağladıqları mühüm əhəmiyyətə malik müqavilələrə uyğun olaraq proses davam etməlidir. Yoxsa yüksək cərimələr A.Kərimlini var-dövlətdən çıxara bilər. Bizə o da məlumdur ki, Xırdalandakı mebel sexlərində emal edilmiş qoz materialları İtaliyanın hərbi sənayesi üçün hansı məqsədlərlə istifadə olunur.

“ Qanun insanlar üçündür, adamlar üçün deyil”

Bəli, həqiqətən uzaqgörən dahinin sözləri indi Qax rayonunda öz təsdiqini tapır. Belə ki, rayonda əsasən təsərrüfatla məşğul olan sakinlər lobya əkini zamanı lazım olan şaxları meşələrdən gətirə bulmirlər. Hətta təndir üçün lazımsız çır-çırpı qırılmasına yol verilmir. Dərhal yüksək cərimələr tətbiq olunur. Hələ hu harasıdır. Sakinlərə mal-qaralarının otarılması üçün meşə zonasına və örüş sahələrinə buraxılması qəti qadağan olunmuşdur. Beləliklə, artıq 20 ildir ki, məhv edilmiş meşələrin qorunması adı altında yerli sakinlər çıxlmaz vəziyyətə salınıb. Məsələn məlumatlı mənbənin qeyd etdiyi kimi İbaxlı kəndinin aşağı hissəsində vaxtilə mövcud olmuş 40-50 ha sahəyə malik qızılağac meşəliyi demək olar ki, qırılıb qurtarmaq üzrədir. Yalnız bu xüsusi ağac növü olan meşənin 5 ha bu gün salamat qalmışdır. Kəndin yuxarı hissəsində olan “Palıdlıq” meşəsində isə palıd ağaclarının ən yöndəmsiz və materiala yarasız kiçik ölçülü ağacları qalmışdır. Qıpçaq kəndindən “Qaxın Kilsəsi” deyilən yerə gedən 8 km-lik “bazaar yolu”nun gündoğan hissəsndə, sağ tərəfindəki qədim 460 ha atağar meşəliyində isə yalnız yol kənarında olan vələs və atağar növü olan ağaclar salamat qalmışdır. Digər meşə zolaqları da pis gündədir. Ekologiya Nazirliyi indi aktiv fəaliyyətə keçib ki, turizm marşrutuna daxil olmuş bu zonada qalan yaşıllığı birtəhər qoruyub saxlaya bilsinlər. Amma yenə də, bu qoruma və mühafizə yalnız sadə vətəndaşlara aiddir. Rayon rəhbərliyinə və millət vəkilinə heç bir aidiyyatı yoxdur. Ən acınacaqlısı da budur ki, Şəki və Qax rayonlarının sərhəddində yerləşən və Qaşqaçay kəndi istiqamətndə yolun sağ tərəfindəki daşlı zonadakı xırda ağaclı 10 ha meşə zonası tırtıllı traktorların köməyilə məhv edilmiş və əraziyə fındıq bağı salınmışdır.

Qeyd etməyimiz yerinə düşərdi ki, həmin ərazidə qədim kənd yerləşmişdir. Və 1734-cü ildə Nadir şahın töycüyığanlarının qərərgahı olan bu kənddə sağ tərəfdən Göynük mahalının, sol tərəfdən isə Car –Tala kəndinin sakinlərinin qəfil hücumu nəticəsində bütün töycüyığanlar məhv edilmişdir. Bu hadisədən sarsılan Nadir şah özünün seçmə 1000 nəfərlik cəza dəstəsini həmin kəndə göndərmiş və dinc kənd sakinlərinın hamısı yaşadıqları evlərində yandırılmışlar. 300 ilə yaxın idi ki, Yer üzündən silinmiş bu ərazidən heç kim sitifadə etmirdi.

Qax şəhərindən 5 km şimalda yerləşən və Azərbaycanda ən böyük şəlalə sayılan Uludağ Şəlaləsi ekoloji fəlakət astanasındadır. Belə ki, yerli NİVA taksi sürücülərinin verdiyi məlumata görə 2011-ci ildən 2017-ci ilədək bu şəlalənin töküldüyü qayalığı rayon rəhbərliyinin göstərişi əsasında ağır texnikadan istifadə etməklə qayalığı dağıdaraq üzlük daşlar əldə edilmiş və bu xammaldan Əhməd Əhmədzadınin Qax və Zaqatalada inşa etdirdiyi çoxsaylı obyektlərində kimi istifadə olunmuşdur. Hazırda “Uludağ şəlaləsi” ekoloji fəlakətin astanasındadır və hər an uçmaq və məhv olmaq təhlükəsini yaşayır. Tarixi fakt ondan ibarətdir ki, Qaxın yerüstü təbii sərvətlərini qorumaq üçün 1803-1804-cü illərdə İlisu Sultanlığı 2 il Çar Rusiyasına qarşı mübarizə aparmışlar.Amma Azərbaycanda heç kimlə mübarizə aparmağa ehtiyac yoxdu.

Şəki Regional Ekologiya İdarəsi rəsmisi Zöhrab müəllimin də xüsusi olaraq diqqətinə çatdırmaq istəyirdik ki, Qax rayonu ilə sərhəddə yerləşən Göynük kəndlərində də meşə ağaclarının qorunması adı altında yerli əhaliyə qarşı polisin gücündən xüsusi istifadə olunur. Belə ki, bu ilin fevralında sürücü Hacıyev Tafiq Vəyullah oğlu öz yük avtomobilində köhnədən qalmış 1.5 kub m taxtanı evinə gətirdiyi zaman saxlanılmış və 7 sutka həbs cəzasına və 7000 manat cərimə olunmuşdur. Digər sürücü Məmmədov Əvəz Rəmzi oğlu öz avtomobili ilə 5 il öncə həyətndə kəsilmiş 1 ədəd qovaq ağacınından oduncaq kimi istifadə etmək üçün gətirdiyi zaman polis tərəfindən həbs edilərək Şəki Polis Şöbəsinə aparılmış və 2500 manat cərimə edilmişdir. Yəni, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sadə insanlara qarşı tətbiq etdiyi qanunlar həqiqətən təqdirəlayiqdir. Amma yaxşı olardı ki, bu qanunları Nazirlik yetkililiəri varlı deputatlara və rayon rəhbərləri olan adamlara qarşı da tətbiq edəydi . Araşdırmalarımız davam edir.

Aktualinfo.org

Şərhlər

XƏBƏR LENTİ