SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Turizm kompleksinin ətrafındakı meşə zolaqları zibilliyə çevrilib. - Qəbələ Rayonu İcra Hakimiyyəti hara baxır? - FOTO

Turizm kompleksinin ətrafındakı meşə zolaqları zibilliyə çevrilib. - Qəbələ Rayonu İcra Hakimiyyəti hara baxır? - FOTO

Tarix:

25-04-2019, 14:57

/ 1 405 dəfə oxundu.
Turizm kompleksinin ətrafındakı meşə zolaqları zibilliyə çevrilib. - Qəbələ Rayonu İcra Hakimiyyəti hara baxır? - FOTO

Bu gün qeyri-neft sektorundan başqa ən çox investisiya qoyulan sahələrdən ən önəmlisi turizm sektorudur. Cənnətməkan məmləkətimiz turizm açısından əsrarəngiz gözəlliklərə malikdir.

Bu gözəlliklərdən biri də Qəbələ rayonudur. Aşağıdakı bu rəzillik Qəbələ rayonunun Yengicə kəndinin girişində meşəyə tökülən zirzibildir. Yengicə kəndi həm də müalicəvi isti suyu ilə tanınır. Bunun üçün müalicəvi isti su qaynağına böyük turistik otel kompleksi də tikilib, bunun üçün böyük xərc də çəkilib. Bəs görəsən həm bu əsrarəngiz gözəllik, həm də qoyulan investisiya niyə bu rəzilliyə tərk edilir!? Ölkə başçısı İlham Əliyevin turizmin inkişafı haqda imzaladığı fərmanlara kimlər kölgə salmaq istəyir? Qəbələ İcra Hakimiyyəti niyə meşələrə tökülən zirzibilliyə biganədir!?

Azerbaycanrealligi.com saytına göndərilən fotolarda istirahət mərkəzi sanki zibilxanaya çevrilib. Ümidvarıq ki, bu məsələ ictimailəşəndən sonra bu cür xoşagəlməz hallar aradan qaldırılacaq.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün Qəbələ Rayonu İcra Hakimiyyəti ilə əlaqə saxladıq, çox təəssüf olsun ki, açıqlama ala bilmədik. Buna baxmayaraq qarşı tərəfin də mövqeyi bildirilərsə, dərc etməyə hazırıq.

Azerbaycanrealligi.com
Turizm kompleksinin ətrafındakı meşə zolaqları zibilliyə çevrilib. - Qəbələ Rayonu İcra Hakimiyyəti hara baxır? - FOTO
Turizm kompleksinin ətrafındakı meşə zolaqları zibilliyə çevrilib. - Qəbələ Rayonu İcra Hakimiyyəti hara baxır? - FOTO

Şərhlər

XƏBƏR LENTİ