SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Hesablama Palatası Beyləqanda başçı müavininin iqtisadi cinayətini araşdırılmasını öz üzərindən atıb – aidiyyəti üzrə İcra hakimiyyətinə yönəldib – MÜƏMMA

Hesablama Palatası Beyləqanda başçı müavininin iqtisadi cinayətini araşdırılmasını öz üzərindən atıb – aidiyyəti üzrə İcra hakimiyyətinə yönəldib – MÜƏMMA

Tarix:

22-04-2019, 12:47

/ 1 172 dəfə oxundu.
Hesablama Palatası Beyləqanda başçı müavininin iqtisadi cinayətini araşdırılmasını öz üzərindən atıb – aidiyyəti üzrə İcra hakimiyyətinə yönəldib – MÜƏMMA

Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsi ilə Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ təsbit edilmişdir. Tənqidə görə təqib qadağan olunmuşdur. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Reallıqda isə həm Anayasanın müvafiq maddəsinin, həm də sözügedən qanunun tələbləri müraciətlərin ünvanlandığı instansiyalar tərəfindən addımbaşı pozulur.
Beyləqanda “tenderlər kralı” kimi tanınan Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Məhəmməd Qələndərovun rəvac verdiyi korrupsiya hüquqpozmaları və maxinasiyalar barədə saytımıza(RealMedia.az-red.) daxil olmuş ciddi məlumatlar əsasında hazırladığımız tənqidi məqalələr daimi oxucularımız tərəfindən diqqətlə izlənilir. Həmin məlumatlardan biri də bu idi ki, Beyləqan şəhərində binaların əsaslı və cari təmirinə ayrılan (2017-ci ildə 725,0 min, 2018-ci ildə isə 800 min manatdan artıq) vəsaitin əksər hissəsi təyinatı üzrə xərclənməyib, formal rəqəmlərlə silinərək mənimsənilib. Bildirilirdi ki, binaları balansda saxlayan Mənzil İstismar Sahəsinin sərəncamına verilməli olan həmin vəsaitləri Məhəmməd Qələndərovla rayon maliyyə idarəsinin rəisi əlbir olaraq “yerbəyer” etmişlər: “Şəhərin mənzil təsərrüfatına cavabdeh müəssisənin rəhbəri icra başçısının müavininin korruptiv təkliflərinə qol qoymaqdan imtina etdikdə isə maxinasiya şərikləri pulun təyinatını dəyişərək, onun iştirakı olmadan keçinmək qərarına gəliblər. Qələndərov işlərin görülməsi üçün özünün istədiyi firmanı seçib, maliyyə vəsaitinin buraxılması üçün də məhz özü sənədə qol çəkib. Verilən informasiyadan və hələlik ilkin araşdırmalarımızdan belə qənaətə gəlmək olur ki, sözügedən maliyyə vəsaiti sadəcə silinib, arxasında iş durmur. Təmirinə kifayət qədər böyük pul vəsaiti yönəldilən binalar realda ya mövcud deyil, ya da “pulyeyən” ölçüləri kağız üzərində həddən ziyadə “şişirdilib”. Vəsaitin “təyinatı üzrə və səmərəli” xərcləndiyi haqda Prezidentə yalan məlumat verilmişdir”.

Xatırladaq ki, saytımızın baş redaktoru Ramin Məhəmmədoğlu sözügedən məsələ ilə əlaqədar təfərrüatları Prezident Administrasiyasının məsul işçilərinin Beyləqan RİH-də vətəndaşlarla keçirdikləri görüşdə onlara bildirmişdir. Sayt rəhbərinin Baş Prokurorluğa və Hesablama Palatasına göndərdiyi məktub ikinci adresat tərəfindən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinə istinad olunmaqla “aidiyyəti” üzrə baxılması üçün Beyləqan Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Halbuki, həmin qanunun 7-ci maddəsinin 13-cü bəndinə görə, vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. Bu qadağaya görə vətəndaşın müraciətini aidiyyəti üzrə göndərmək mümkün olmadıqda vətəndaşa qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur. Bizim çəkdiyimiz misalda isə məktubun “aidiyyəti” üzrə yönləndirildiyi Beyləqan RİH, barəsində şikayət olunan şəxsin rəhbər vəzifədə işlədiyi qurumdur. Zəruri yoxlama aparmaqdan yayınan Hesablama Palatasının məktubunda RİH-nə araşdırmanın nəticəsi barədə Palataya və şikayət müəllifinə məlumat vermək tövsiyə olunur.

RİH-nin cavabını gözləyirik, amma həqiqəti əks etdirəcəyinə inanmırıq. Çünki, orda da cavab yazmağı “aidiyyəti üzrə” Məhəmməd Qələndərova tapşıracaqlar. İnanmaq sadəlövhlük olar ki, o, qol qoyduğu iqtisadi cinayəti boynuna alacaq, “öz ayranına turş deyəcək” – ay hay!

RealMedia.az

Şərhlər

XƏBƏR LENTİ