SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağdamda təhsil necə iflas edir... - İDDİA

Ağdamda təhsil necə iflas edir... - İDDİA

Tarix:

19-04-2019, 17:03

/ 1 054 dəfə oxundu.
Ağdamda təhsil necə iflas edir... - İDDİA

Ağdam təhsilində baş verən neqativ hallar, müammalı direktor təyinatları, rüşvət və korrupsiya haqda KİV-lərdə kifayət qədər məlumat gedib.

Yerli təhsil şöbəsinin müdirəsi Mətanət Misirxanova bircə dəfə də olsun göstərilən faktları təzkib etməyib.
Sən demə Ağdamda direktor təyinatını ondan daha yaxşı aparan, daha “çevik” siyasət aparanlar da varmış.
Azerinfo.tv-yə verilən məlumata görə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov Ağdamda təhsili “bazar”ı açıb. Rayonda məktəb direktoru olmaq istəyənlər onun yaxın adamları ilə əlaqə qurnalı olurlar.
Eşqi Bağırovun adamları kimdir?
Ağdam Rayon 14 nömrəli Texniki Fənlər Təmayüllü Məktəb Liseyə bir il öncə təyin olunmuş Zərif Mehtiyeva və onun həyat yoldaşı Ruslan Abbasov. O Ruslan Abbasov ki, drektorların işə qəbulu üçün keçirilmiş imtahanda isə cəmi 11 bal toplayib. Ancaq həyat yoldaşının Eşqi Bağırovla yaxınlığı onun Ağdam, 65 saylı köçkün orta drektor təyinatı ilə nəticələnib.
Zərif Mehtiyeva Təhsil Nazirliyindəki korrupsioner məmurun “qara kassası”na çevrilib.
Müsabiqədən kənar direktor təyin olunmaq istəyəınlər onun qəbuluna yazılır. Artıq bir neçə nəfər Zərif Mehtiyevanın keçirdiyi “hərrac”da iştirak edib. Hərəsi 10-15 min manat ilkin ödənişlə.
Pis pullar deyil. Cəmi 500 manat maaşla təyin olunduğu “KİA” avtomobilini 40 min manata başqa necə almaq olardı ki?

Şərhlər

XƏBƏR LENTİ