XalqXəbər.Az

Ağdaşın başçısı bir ailəni meşədə yaşamağa sürükləyib: dəhşət dolu video

yüklənir...
Ağdaşın başçısı bir ailəni meşədə yaşamağa sürükləyib: dəhşət dolu video
10-04-2019, 14:04
yüklənir...

Salmanzadə TV Ağdaşın Abad kəndindən video süjet hazırlayıb

Cahan.info xəbər verir ki, meşədə uçuq-sökük daxmada məskunlaşan ailə sanki Suriyada İŞİD əsirliyində yaşamağa məhkumdur.

Məmmədova Vəfa deyir ki, nə qaz, nə işıq, nə su var. O, kasıbçılıqdan uşağı məktəbə qoya bilmir.

Deyir ki, 6 ildir belə yaşayırlar, həyat yoldaşı iş olanda fəhləlik edir. Onların bu zülmət içində səfalət həyatını əks etdirən bir detal isə evdə soyuducu belə olmamasıdır.

Yerdəki un kisəsini göstərən jurnalist Xəyyam Salmanzadə qeyd edir ki, Məmmədovlar borc-xərc edib pulla odun alırlar, evi qızdırırlar. Çünki divarlara heç suvaq vurulmayıb, sement, beton döşəmənin üstündə uşaq böyüyür.

Məmmədova Vəfa xahiş edir ki, onlara sosial yardım verilsin, məşğulluq mərkəzi işlə təmin eləsin, uşağı məktəbə aparmağa köməklik göstərilsin.

Neft ölkəsinin bu sakinləri isə məmurların çapıb-taladığı sərvətlərindən istifadə etməyə, firavana yaşamağa layiqdirlər. Lakin onların minimum şəraiti belə yoxdur.

Ağdaşın icra başçısı Tofiq İbrahimov onların meşənin içində bir daxmada yaşamağa sürükləyib, bir dəfə qapılarını döyüb maraqlanmayıb ki, bu ailə necə yaşayır.

T.İbrahimov bir ailəni belə öhdəsinə götürüb, yardım eləmirsə, normal ev, iş təminatında dəstək vermirsə, niyə Ağdaş rayon icra başçısıdır?

Prezident hər xırda problemə müdaxilə etməyə borclu deyil axı?! Yerlərdəki məmurların işi xalqla işləməkdir.

Ağdaşın icra başçısı isə Salmanzadə TV-nin sosial şəbəkələrdə yayılan bu süjetinə görə “tükünü tərpətməyib”.

Məmmədovlar ailəsi artıq şey istəmirlər, onların düşdükləri acınacaqlı vəziyyətdən çıxarmaq lazımdır.

O uşağın təhsil almaq, atasının və anasının onu istədiyi oyuncaqları, şirniyyatları almaq haqqı var. Amma bu haqq belə əllərindən alınıb.

Video materialdan görünür ki, evdə adi normal şərait yoxdur ki, rahat yaşasınlar. Belə yerdə insan xəstəlik tapar. İndi hansı zəmanədir ki, bir ailə meşədə bərbad bir yerdə yaşasın?

Azərbaycanda inkişaf getdiyi deyilir, Ağdaş və digər regionların gülüstana çevrildiyi bildirilir. Di yaxşı, T.İbrahimov bu rayonda barmağını qatlayıb göstərsin ki, hansısa vətəndaşa əl tutub. Tutmayıbsa, biz çağırış edirik, gəlsin Məmmədovlara sahib çıxsın.

Onlar həm icra başçısından, həm cənab nazir Sahil Babayevdən, həm prezidentdən kömək gözləyirlər, səslərinə səs verilməsini xahiş edirlər.
скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.