SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İcra başçısı köhnə tarixlə işləyir – FAKT

İcra başçısı köhnə tarixlə işləyir – FAKT

Tarix:

10-04-2019, 10:00

/ 1 046 dəfə oxundu.
İcra başçısı köhnə tarixlə işləyir – FAKT

Ölkə vətəndaşlarının qayğı və problemlərinin həlli, onların yaşayış şəraitinin durmadan yaxşılaşdırılması və iqtisadiyyatın dinamik inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Respublika Prezidentinin bu sahədə həyata keçirdiyi tədbirlər və gördüyü işlər xalq tərəfindən yüksək qiymətləndirilir. Bu isə öz-özlüyündə hər bir dövlət məmuru üçün nümunəvi iş prinsipinə çevrilməlidir. Lakin əfsuslar olsun ki, hələ də bəzi nöqsanlarla rastlaşırıq.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun bu ilin fevral ayının 8-də “Azərtac”da dərc olunan analitik yazısında qeyd olunan statistika buna əyani sübutdur. Çünki şöbə müdirinin toxunduğu faktlar bəzi məmurların işə mənfi münasibətinin və əhaliyə biganəliyinin bariz nümunəsidir. Belə olmasaydı, ötən 2 ay ərzində qeyd olunan nöqsanları aradan qaldırmaq üçün konkret addımlar atılar, real iş görülərdi.

Prezidenti Administrasiyasının rəsmisi məlum yazısında bu məsələyə də toxunmuşdu: “Dövlət hakimiyyəti orqanlarının saytlarının monitorinqi göstərir ki, bəzi yerli icra hakimiyyətlərinin saytlarında qəbul cədvəlləri mütəmadi yenilənmir, yaxud məlumatlar dəqiq göstərilmir. Məsələn, Xəzər, Sabunçu, Göyçay, Qobustan, Qubadlı, Saatlı, Salyan, Ucar, digər şəhər və rayon icra hakimiyyətlərini belələrinə misal göstərmək olar”.

Tənqidi qeydlərdən hansı rayon rəhbərlərinin nəticə çıxardığını bilmək üçün monitorinq apardıq. Məlum oldu ki, Xəzər, Sabunçu, Göyçay, Qobustan, Saatlı, Salyan, Ucar rayon icra hakimiyyətlərinin rəsmi saytlarında qəbul cədvəlləri yenilənib. Qubadlı rayon rəhbərliyinin isə görünür bundan heç xəbəri yoxdur.

Acınacaqlı olsa da faktdır ki, əhalisi məcburi köçkün həyatı yaşayan, qayğı və problemləri digər rayonlarla müqayisədə çox olan Qubadlıda hələ də qəbul cədvəli 2015-ci ilə aiddir. Rəsmi saytda rayon rəhbərliyi tərəfindən son illər keçirilməsi ehtimal olunan səyyar görüşlər barədə isə bir cümlə belə yoxdur. Ona görə ehtimal sözünü işlətdik ki, bəlkə heç səyyar qəbullar keçirmirlər. Çünki saytda müxtəlif görüşlər barədə xeyli xəbərlər var.

Qubadlı Rayon İcra Hakimiyyətinin bu qədər zəif fəaliyyətinə inanmadığımızdan saytın arxivini araşdırdıq. Məlum oldu ki, qəbul cədvəli kimi səyyar görüşlər barədə məlumatların ictimaiyyətə çatdırılması (rəsmi sayta qoyulması) da 2015-ci ilə düşür. O vaxtdan bu günə qədər digər görüşlərdən fərqli olaraq səyyar qəbullar saytda yoxdu.

Bundan əlavə icra hakimiyyəti başçısının yalnız bir qrup imtiyazlı şəxsi qəbul etməsi elanı da günümüzün reallığını əks etdirmir. Axı məcburi köçkülərin özləri də ölkə rəhbərliyi tərəfindən imtiyazlı şəxslər kimi qəbul olunur.

Apardığımız araşdırmalar və icra hakimiyyətindən aldığımız bəzi məlumatlar göstərir ki, vətəndaşların qəbulları keçirilir, sadəcə hansı səbəblərdənsə sayta qoyulmur və qəbul cədvəli yenilənmir.

Mikayıl Nərimanoğlu

Əməkdar jurnalist

PS: Araşdırmamız davam edir.

Rakus.az
İcra başçısı köhnə tarixlə işləyir – FAKT
İcra başçısı köhnə tarixlə işləyir – FAKT
İcra başçısı köhnə tarixlə işləyir – FAKT

Şərhlər

XƏBƏR LENTİ