SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabadda etiraz aksiyası keçirilir - VİDEO

Cəlilabadda etiraz aksiyası keçirilir - VİDEO

Tarix:

8-04-2019, 17:41

/ 1 566 dəfə oxundu.
Cəlilabadda etiraz aksiyası keçirilir - VİDEO

Cəlilabad rayonunun Muğan kəndində (keçmiş Svetlaya Zarya sovetliyi) yerli əhali etiraz aksiyası keçirib.

Bu barədə Arqument.Az-a kənd sakini Zakir Ağayev məlumat verib.

Onun sözlərinə görə, aksiyanın keçirilməsinə səbəb kəndlilərin əkib-becərdiyi məhsulun (kartofun) satışına yaradılan əngəldir: “Kəndlilərin dediyinə görə hər 20 tonluq yük maşınına 20 min manat gömrük rüsumu tətbiq olunur. Yerli sakinlər haqlı olaraq bu haqsız rüsum tətbiqinə etiraza qalxıblar”.

Məlumatda daha sonra vurğulanır ki, hadisə yerinə Cəlilabad rayon icra başçısı Namiq Zeynalov da gəlib.

Lakin başçının verdiyi təklif yerli əhalini qane etməyib və razılaşmayıblar.

Şərhlər

XƏBƏR LENTİ