SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Füzuli rayonunda 10 000000 -cu vətəndaşın dünyaya gəlməsi münasibəti ilə tədbir keçirilib

Füzuli rayonunda 10 000000 -cu vətəndaşın dünyaya gəlməsi münasibəti ilə tədbir keçirilib

Tarix:

8-04-2019, 13:39

/ 1 447 dəfə oxundu.
Füzuli rayonunda 10 000000 -cu vətəndaşın dünyaya gəlməsi münasibəti ilə tədbir keçirilib

Azərbaycanın 10 000 000-cu vətəndaşının dünyaya gəlməsi münasibətilə Füzuli rayonunda “Biz 10 milyon olduq” adlı bayram tədbiri keçirilib. Tədbirdə RİH əməkdaşları, idarə, müəsissə təşkilat rəhbərləri, ictimayyət nümayəndələri iştirak etdilər. Tədbir başlamazdan öncə rayon məktəblilərinin hazırladığı flashmob nümayiş etdirildi. Tədbirdə çıxış edən RİHB-nin müavini Gülbahar Eyvazova ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla bütün xalqımızı bu əlamətdar gün münasibəti ilə təbrik edib.
Azərbaycanın 10 milyonluq ölkələr sırasına daxil olmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan çıxışçı bu hadisənin eyni zamanda tarixən xalqımıza qarşı soyqırımlar törətməyə çalışan düşmənlərimizə tutarlı bir mesaj olduğunu diqqətə çatdırdı.
Daha sonra rayon mədəniyyət şöbəsinin nümayəndələri maraqlı musiqi nömrələri ilə çıxış ediblər.
Füzuli Dram teatırının aktyorlarının ifasında “ Qız atası” adlı qısa yumoristik tamaşa nümayiş etdirilib.
Rayon məktəblilərinin söylədikləri şeir və rayon körpələr evi-uşaq bağçalarının təqdim etdikləri rəqs nümunələri böyük maraqla qarşılanıb.
Sonda möhtəşəm atəşfəşanlıq təşkil olunmuşdur.
Füzuli rayonunda 10 000000 -cu vətəndaşın dünyaya gəlməsi münasibəti ilə tədbir keçirilib
Füzuli rayonunda 10 000000 -cu vətəndaşın dünyaya gəlməsi münasibəti ilə tədbir keçirilib
Füzuli rayonunda 10 000000 -cu vətəndaşın dünyaya gəlməsi münasibəti ilə tədbir keçirilib
Füzuli rayonunda 10 000000 -cu vətəndaşın dünyaya gəlməsi münasibəti ilə tədbir keçirilib

Şərhlər

XƏBƏR LENTİ