SON DƏQİQƏ

XalqXəbər.Az
Yüklənir...

Səlim Müslümov Xaçmaz Rayon ƏSMM-də Ülkər-Kəmalə tandeminə göz yumur

Səlim Müslümov Xaçmaz Rayon ƏSMM-də Ülkər-Kəmalə tandeminə göz yumur
24-06-2016, 15:09269Oxunub.

Rayon sakinlərinin narazılığına səbəb olan Ülkər-Kəmalə tandemi haqqında...

Ünvanlı sosial yardımla bağlı ictimai rəyin birmənalı olmaması sirr deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu layihəyə start verdiyi gündən ictimai rəy də haçalanmağa başladı: ən müxtəlif faktlardan tutmuş, xırda dedi-qodulara qədər.
Nəhayət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Səlim Müslümovun təyinatı bu istiqamətdəki narazılıqlara təsirsiz ötüşmədi. Cənab Müslümov ictimai bəlaya çevrilmiş ünvanlı sosial yardımla bağlı müəyyən addımlar atmaqdadır. Amma,.. görünür bu addımlar ya yetərincə deyil, ya da kimlərsə "gözünü tordan təmizləmək istəmir”. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin (ƏSMM) əksər direktorları hələ də öz ampulalarından ayrıla bilmir. Təəssüf ki, bu sırada Səlim Müslümovun təyinatı ilə vəzifə sahibi olanlar da var. Xaçmaz rayon ƏSMM-nin direktoru xanım Ülkər Teyyubova kimi...
Xaçmaz rayonundan daxil olan məlumata görə, Ülkər Teyyubova qısa vaxtda sahib olduğu vəzifəsi ilə rayon sakinlərində kütləvi narazılıq yaratmaqdadır: ƏSMM-nin demək olar ki, bütün xidmətləri ilə. Başlıcası isə ünvanlı sosial yardım olmaqla.(xeberinfo)Ülkər Teyyubovanın fəaliyyəti, daha doğrusu özünəxidməti ilə bağlı mətbuatda ara-sıra yazılar dərc olunub. Bir müddət öncə işıq üzü görən belə yazıların birində rayonun Dədəli kənd sakini 2 övlad sahibi 3-cü qrup əlilIn Ülkər Teyyubovanın rəhbərlik etdiyi təşkilatda qarşılaşdığı haqsızlıqdan bəhs olunurdu. İddiaya görə, bu ailə Ülkər xanımın sayəsində aylarla çörəyə möhtac qalıb. Bütün sənədlərinin qaydasında olmasına baxmayaraq, haqq etdiyi ünvanlı sosial yardımı ala bilməyib. Səbəb isə tələb olunan 500 manatı verə bilməməsidir. 3-cü qrup əlilin iddiasına görə, mərkəzin sektor müdiri Ceyhun adlı şəxs nəinki onu dinləyib, əksinə ələ salıb və bu məbləği tələb edib(?)
Mətbuatda Xaçmaz Rayon ƏSMM ilə bağlı buna bənzər, daha da kəskin yazılar dərc olunub. İndi isə bu təşkilatla bağlı yeni məlumat daxil olub. Məlumata görə Xaçmaz Rayon ƏSMM-də əsas söz sahiblərindən biri də Kəmalə adlı xanımdır. Şübhəsiz ki, Ülkər xanımın xeyir-duası ilə. Rayon sakinlərinin bildirdiyinə görə Kəmalə xanım əsas söz sahibi olmaqla, bütün işlərə nəzarət edir. Xüsusi ilə də ünvanlı sosial yardımla bağlı direktor tərəfindən sorumlu şəxs məhz Kəmalə xanımdır. Ümumiyyətlə, Xaçmaz Rayon ƏSMM-nın Ülkər-Kəmalə tandemi tərəfindən idarə edildiyi deyilir. Bu istiqamətdə konkret məlumatlar əldə etsək də, lazımı dəqiqləşdirmələr apara bilmirik.
Təəssüf ki, günlərlə çalışsaq da hörmətli Ülkər Teyyubovanı dinləyə bilmədik. İnanmaq çətindir ki, cənab Səlim Müslümovun Xaçmaz Rayon ƏSMM-də yaşananlardan məlumatı olmuş olsun. Qarşıdakı günlərdə mövzunu davam etdirməklə həm oxucularımızı, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyini Xaçmaz Rayon ƏSMM-də yaşananlarla bağlı bilgiləndirəcəyik.

XƏBƏR LENTİ
GÜNDƏM
KÖŞE YAZARLARI
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ