SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Samir Şərifovun işçisi Beyləqan icra başçısı ilə necə anlaşdı?

Samir Şərifovun işçisi Beyləqan icra başçısı ilə necə anlaşdı?

Tarix:

30-03-2019, 01:51

/ 1 385 dəfə oxundu.
Samir Şərifovun işçisi Beyləqan icra başçısı ilə necə anlaşdı?

Beyləqana icra başçısı təyin olunan Asif Ağayevin islahatlar apararaq xələfi Vaqif Abdullayevin kadrlarını təmizləyəcəyi gözlənilsədə, hələki bu baş vermir. İcra başçısı son üç ayda gözə kül üfürərək xələfinin bir neçə kadrını işdən çıxartmaqla kifayətlənib.

Beyləqandan AzToday.az-a daxil olan məlumata görə? Asif Ağayev xələfi Vaqif Abdullayevin kadrları ilə anlaşmağa başlayıb. Belə kadrlardan biri də Beyləqan Maliyyə idarəsinin müdiri İslam Allahverdiyevdir. İlk işdən çıxarılacaq məmurlar siyahısının başında duran İslam Allahverdiyev heç kəsin ağlına gəlməyəcək dərəcədə icra başçısı ilə çox yaxın münasibət qura bilib. Rayon camaatının da maraqla qarşıladığı bu münasibətin isə necə baş verməsi barədə ilginc məlumat daxil olub.

Verilən məlumatda iddia edilir ki, İslam Allahverdiyevlə Asif Ağayevin anlaşmasının səbəbkarı Sabirabad “KapitalBank”ının müdiri Sakit Zahidov olub. Belə ki, Beyləqan icra başçısı ilə həmyerli olan Sakit Zahidov həm də İslam Allahverdiyevlə qudadır. Asif Ağayev Beyləqan icra başçısı təyin edildikdən sonra Sakit Zahidov həmyerlisini təbrik etmək üçün ziyarətinə gəlib. “Kapital” Bankın Sabirabad filialının müdiri həmyerlisini təbrik etməklə bərabər həmdə qudası İslam Allahverdiyevi onunla tanış edərək xahişini edib. Məlumata görə, Sakit Zahidovun qudasını başçıya tapşırmasından sonra İslam Allahverdiyev hər gün bir neçə dəfə başçının kabinetində olur. Hətta Asif Ağayev həmyerlisinin qudasına o qədər inanıb ki, icra başçısının evinin bazarlığını və bişirilən yeməklərə Samir Şərifovun Beyləqandakı işçisi nəzarət edir. Verilən məlumatda qeyd edilir ki, Samir Şərifovun Beyləqandakı idarə müdiri yaxın ətrafı ilə keçirdiyi məclislərdə Asif Ağayevin onunla çox yaxın münasibətlərə malik olduğunu və başçının bəzi məsələlərdə onunla məsləhətləşmələr apardığını belə dilə gətirməkdən çəkinmir. Hətta İslam Allahverdiyev birazda uzağa gedərək icra başçısının məmurlar arasında yalnız ondan pul aldığını deyib.

Görünür, Beyləqan Maliyyə İdarəsinin müdiri qudası Sakit Zahidovun vasitəsi ilə icra başçısı Asif Ağayevi tam cənginə keçirdə bilib.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Aztoday.az

Şərhlər

XƏBƏR LENTİ