SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İcra başçısı bazar müdirinə “xərac” kəsdi, qiymətlər qalxdı – Beyləqanda

İcra başçısı bazar müdirinə “xərac” kəsdi, qiymətlər qalxdı – Beyləqanda

Tarix:

28-03-2019, 12:28

/ 1 326 dəfə oxundu.
İcra başçısı bazar müdirinə “xərac” kəsdi, qiymətlər qalxdı – Beyləqanda

Bazar müdirinin qanunsuz olaraq “yer haqqı”nın qaldırmasından Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevə şikayət edən vətəndaşlar şoka düşüblər...

Beyləqandan MilliYol-a daxil olan məlumata görə Beyləqanda fəaliyyət göstərən mal-qara bazarında acınacaqlı vəziyyət hökm sürür. Belə ki, rayon camaatının iddiasına əsasən Beyləqan heyvan bazarının müdiri Qəhrəman Qəhrəmanov tez-tez “yer haqqı” qiymətlərini qaldırır. Son qiymət artımını isə bazar müdiri Beyləqan rayonunun icra başçısı Asif Ağayevin ondan “aylıq” alması ilə əlaqələndirib.

Daxil olan məlumatda bildirilir ki, ötən həftə bazar müdiri Qəhrəman Qəhrəmanov mal bazarında qiyməti yenidən qaldırdığı üçün vətəndaşlar və mal-qara alveri ilə məşğul olan kçik sahibkarlar etiraz ediblər. Bazar müdirinin qanunsuz olaraq “yer haqqı”nın qaldırmasından Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevə şikayət edən vətəndaşlar şoka düşüblər.
Din-diplomatiya münasibətlərində Armagedon faktoru - Əl-qolu açılan Tramp daha nələr edəcək? 28.03.2019
Prezident göstəriş verdi: “Diqlas”da malı yanan sahibkarlara pul ödəniləcək 28.03.2019
Mail Yaqub hökuməti Xəzər Universiteti haqda ölçü götürməyə çağırdı... 28.03.2019
Dövlət Neft Fondunun gəlirləri azalıb - İdarə sisteminin hansı səhvləri var? 18.03.2019

Belə ki, icra başçısı şikayətçilərin qarşısında açıq aşkar Qəhrəman Qəhrəmanovu dəstəkləyərək bazar müdirinin qiymətləri qaldırmasını adı hal adlandırıb. İcra başçısı bazar rəhbərliyinin başa düşülməsini, müəyyən xərclərinin yarandığını və ona görə də qiymətləri qaldırmaq məcburiyyətində olduğunu qeyd edib.

Rayon sakinləri iddia edirlər ki, Asif Ağayevin mal qara bazarı müdirinin “yeni xərclərinin yaranmasını” deməsi doğrudur. Çünki yeni başçı Qəhrəman Qəhrəmanova aylıq “xərac” kəsib ki, bu da bazar müdirini “yer pulu” haqqını qaldırmağa məcbur edib.

Qeyd edək ki, Qəhrəman Qəhrəmanov Səhiyyə Naziri Oktay Şirəliyevin yaxın adamı kimi tanınır. Bazar müdiri həm də Səhiyyə Sistemində bir çox tikinti tender işlərinin “qalib”i kimi də tanınır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

MiliYol.az

Şərhlər

XƏBƏR LENTİ