XalqXəbər.Az

Füzuli məktəbliləri Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa rayonlarında...

yüklənir...
Füzuli məktəbliləri Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa rayonlarında...
23-03-2019, 10:55
yüklənir...

"Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Füzuli rayonunun məktəbliləri Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa rayonları üzrə tur-aksiyada iştirak edəcəklər.

Horadiz şəhərində tur-aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirilib. Rayonun ictimaiyyət nümayəndələrinin, təhsil işçilərinin və valideynlərin iştirak etdiyi mərasimdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, respublikamızın bölgələrinin sosial-iqtisadi inkişafından, aparılan geniş tikinti-quruculuq işlərindən, ölkəmizdə gənclərə göstərilən hərtərəfli dövlət qayğısından danışıb, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən maarifləndirici tur-aksiyaların əhəmiyyətini vurğulayıb.

Alı Alıyev diq qətə çatdırıb ki, Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa respublikamızda mühüm əhəmiyyətə malik olan bölgələrimizdəndir. Bu rayonlar həm tarixi məkanları ilə zəngindir, həm də öz mətbəxi, adət-ənənələri ilə fərqlənir.

Alı Alıyev maarifləndirici tur-aksiyanın əhəmiyyətini qeyd edərək, şagirdlərə səfərlərinin olduqca maraqlı keçəcəyini, ekskursiyadan çox şey öyrənəcəklərini deyib.

Tədbirdə çıxış edənlər məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələr veriblər.

Tur-aksiyada iştirak edən şagird və müşayiətçilər əvvəlcə Horadiz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyub, sülh rəmzi olan göyərçinləri havaya uçurublar., sonra onlar üçün ayrılmış avtobusla Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa istiqaməti üzrə yola düşüblər.
Füzuli məktəbliləri Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa rayonlarında...
Füzuli məktəbliləri Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa rayonlarında...
Füzuli məktəbliləri Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa rayonlarında...скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.