SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İmtahanda 13 Bal Toplayan Müəlliməni Goranboyda Məktəb Direktoru Qoydular – FOTOFAKT

İmtahanda 13 Bal Toplayan Müəlliməni Goranboyda Məktəb Direktoru Qoydular – FOTOFAKT

Tarix:

4-03-2019, 16:07

/ 1 170 dəfə oxundu.
İmtahanda 13 Bal Toplayan Müəlliməni Goranboyda Məktəb Direktoru Qoydular – FOTOFAKT

Sosial şəbəkədə Balakürd kənd tam orta məktəbində aşağı bal toplayan bir müəllimin direktor işləməsi ilə bağlı məlumatlar yayılıb.

Orman.Az xəbər verir ki, Şamama Məmmədovanın keçid balını toplaya bilmədiyi halda məktəbi idarə etməsi sosial şəbəkədə müzakirələrə səbəb olub.

Şamama Məmmədovanın imtahan nəticəsini təqdim edirik:

Qeyd edək ki, “azedu.az” məsələyə aydınlıq gətirmək üçün Goranboy Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayıb.

Kadrlar şöbəsinin əməkdaşı Zaur Məmmədli bildirib ki, bir şəxsin 13 balla direktor təyin olunması mümkün deyil. Şamama xanım isə o məktəbin rəsmi direktoru deyil:

“Sadəcə, 3 ildir ki, direktor vəzifəsinin səlahiyyətlərini icra edir. Balakürd kənd orta məktəbində direktor vəzifəsi hazırda vakant kimi göstərilir. Demokratik yolla kim təyinat alsa, vəzifəni də o icra edəcək.

Şamama xanımın direktorluq etdiyi müddətdə məktəbdəki irəliləyişlər, nailiyyətlər göz qabağındadır. Bu məlumatı onu sevməyən insanlar yayır”.

Qeyd edək ki, məlumata görə, Şamama Məmmədova 2017-ci ildə diaqnostik qiymətləndirmədə iştirak edərək 16, 2018-ci ildə isə direktorların işə qəbul imtahanında iştirak edərək 13 bal toplayıb.

Orman.az
İmtahanda 13 Bal Toplayan Müəlliməni Goranboyda Məktəb Direktoru Qoydular – FOTOFAKT
İmtahanda 13 Bal Toplayan Müəlliməni Goranboyda Məktəb Direktoru Qoydular – FOTOFAKT
İmtahanda 13 Bal Toplayan Müəlliməni Goranboyda Məktəb Direktoru Qoydular – FOTOFAKT
İmtahanda 13 Bal Toplayan Müəlliməni Goranboyda Məktəb Direktoru Qoydular – FOTOFAKT

Şərhlər

XƏBƏR LENTİ