SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Babaşov Qazaxa başçı gələndən ağır rejim, xof var"- müəllimədən şok iddialar

"Babaşov Qazaxa başçı gələndən ağır rejim, xof var"- müəllimədən şok iddialar

Tarix:

4-03-2019, 00:15

/ 1 264 dəfə oxundu.
"Babaşov Qazaxa başçı gələndən ağır rejim, xof var"- müəllimədən şok iddialar

Qazaxın 2 saylı uşaq bağçasında işdən çıxarılan, 80 manata müəllimə işləmiş Həsənova Solmaz Novruz qızı tərəfindən Cahan.info-ya şikayət məktubu daxil olub

S.Həsənova müraciətində bildirir ki, 23 yaşından YAP üzvüdür, dövlətinə sadiqdir. Ailəli olan şikayətçinin sözlərinə görə, həyat yoldaşı heç yerdə işləmir.

"Mən 15 ildən artıqdır ki, ixtisasım üzrə Qazax şəhər bağçalarında əvvəllər məzuniyyət yerlərinə, son 1 ildə isə 0,5 ştatla 2 saylı uşaq bağçasında çalışmışam.

İşimdə həmişə nizam-intizamlı, verilən tapşırıqları layiqincə yerinə yetirən insanam. Necə deyərlər, başımı aşağı salıb ailə üçün borcumu yerinə yetirən anayam.

Lakin bu cür xasiyyətim Qazaxın icra başçısı Rəcəb Babaşovun xoşuna gəlməyərək, 18 sentyabr 2018-ci ildə məni tam qanunsuz şəkildə işdən azad etdi.

Yəni, bir ailədə məndən başqa heç kimin işləmədiyi, yalnız mənim 80 manatıma ümid bağladığım halda nə üçün işdən kənarlaşdım? Səbəb nədir? Nədir günahım?

Siz cənab İlham Əliyev, dəfələrlə bu cür məmurları vətəndaşlara qarşı diqqətli, ehtiyatlı, xeyirxah olmağa çağırdığınız halda Rəcəb Babaşov kimilərinə hansı qiymət verilə bilər?"

İcra başçısının onu haqsız işdən azad etdiyini söyləyən S.Həsənova bildirib ki, Babaşov Qazaxa gələndən ağır bir rejim hökm sürür.

"Hamını baş əydirməyə çalışır. İnsanlarda dərin bir məmur xofu yaradıb. Nə olar başçı olanda, adama sual verərlər ki, Babaşov, niyə sakinləri dövlətə qarşı qaldırır, qəsdən narazılıq yaradırsınız?

Qazaxda hamı qorxusundan bu insana yalvarır, tərifləyir, az qalır üst-başını təmizləsin. Babaşov Qazaxda həm prokuror, həm rəis, həm də məhkəmədir.

Kimisinə deyir tutduraram, kimisini asdıraram. Tabeçiliyndəki idarə müdirləri isə yenə öz işlərindədir. Alan alır, verən verir, satan da satır.
Qazaxın 100 hektarlarla torpağı icra başçısı tərəfindən əkilərək kartof, soğan və sairə kimi məhsullar əldə edilib, bu da rayon rəhbərinin şəxsi hesabına daxil olur.

Onun Sabirabadda qurduğu maldarlığa hələ ki, bildiyim bir neçə nəfər Qazaxın işçisi ola-ola, əmək haqqını Qazaxdan ala-ala gedib orda Babaşovun biznesinə kömək edirlər.

Aylarla ailələrinin üzünə həsrətdirlər. Demək belə qanunauyğunsuzluqlar olar, mən isə xəstə bir övladıma, işləməyən həyat yoldaşımla bir qismət çörək kəsmək üçün 80 manat apara bilmərəm?,-deyə məktubunda vurğulayıb.

Onun dediyinə görə, Qazaxın icra başçısı Rəcəb Babaşov həddindən çox özünü və tərifi sevən insandır:

"Bu da onun ilk dəfədir ki, icra başçısı işləməyini göstərir. Babaşovun xarakterinə uyğunlaşa bilməyən savadlı kadrlar icra başçısının iqamətgahından uzaqlaşdırılır.

Hazırda müavini Gülayə Həsənovanın sözü ilə razılaşır. Vaxt var idi Gülayə Həsənova başçının 1-ci çıxardacağı adama çevrilmişdi. Sonra Gülayə Həsənova icra başçısının gözündə ən hörmətli kadra çevrildi.

Başçının mənim 80 manatımı kəsib, özüm də bülletendə ola-ola işdən kənarlaşdırması məni intihar həddinə çatdırıb. Əlac ona qalıb ki, Prezident Aparatının qarşısına çıxıb özümü bu millətin qabağında yandıram.

Bax budur, Rəcəb Babaşovun Qazaxdakı “abadlıq, quruculuq” işləri, kimlərinsə sözünə məhəl qoyub bizə etdiyi zülm...

Babaşovun Qazaxa gəldiyi 2 ildən artıq vaxtda yaltaqlardan, ikiüzlülərdən, sadiq “qullarından” başqa əhalinin yarısı stress keçirib, ürəkləri xəstə olub.

Uşaq psixologiyasından xəbəri olmayanlar, ekoloq, riyaziyyatçı, tarixçi, alman dili müəlliməsi və sairə, hətta qeyri-ixtisas kollec qurtaranlar məlum səbələrdən işə götürülüblər.

Eybi yox, buna da dözərəm. Yəqin Allahını tanıyanlar bizə də köməklik göstərərlər. Heç kim bu dünyadan heç nə aparası deyil.

Yaxşı olardı ki, bir prezidentimiz kimi mənim ailəmin dolanmasına yardımçı olasınız. Mən də Allaha inanan, heç kimi olmayan bir qadınam".

Cahan.info xəbər verir ki, ümumiyyətlə, Qazaxda qanunsuzluq baş alıb gdən təkcə 2 saylı bağça deyil. Növbəti bağçalardan biri 6 saylıdır.

Xəbər verilir ki, 6 saylı uşaq bağçasının direktoru Elnarə xanım bu yaxınlarda məzuniyyətə çıxıb.

İddialara görə, başçı müavini Gülayə Həsənova ondan nə az, nə çox 8 min manat alaraq həmin vəzifəyə təyin edib. Məzuniyyətdə olan müdirəni Səlimi adlı müəllimə əvəzləyir.

Qazaxın uşaq bağçaları böyüklərin yem mənbəyi kimi xidmət göstərir. Rayonun icra hakimiyyəti başçısı bağçaları necə “tas”a oturdubsa, pulsuz uşaq qəbulu həyata keçirilmir.

Qazaxın 3 saylı körpələr evi-uşaq bağçası da bu mənada “nümunəvidir”. Məlumatı ilk yayan mediaxeberleri.az-a deyilənə görə, valideynlər dəfələrlə get-gələ salınıb.

Bağçadan bildirilib ki, yer yoxdur və qəbul mümkün deyil. Amma sonra tanış valideynlərdən öyrənilib ki, uşaq bağçasındaqeydiyyata almaq üçün 50 manat müdirə Asiya Alhüseynovaya çatmalıdır. Həmin pul tərbiyəçi Kəmalə Sanıyevanın əli ilə ödənilir.

Bağça müdirəsinin rüşvətlə uşaq qəbulunun qaynağı isə Qazax RİH-nin olduğu deyilir. İcra başçısı Rəcəb Babaşovun yaratdığı mühit bağçaları rüşvət yuvalarına çevirib.

Ancaq iş bununla bitməyib. 3 saylı bağçada təmir adı ilə pul yığmağa başlanıb. Dövlətin büdcəsindən körpələr evlərinin təmirinə, qidalanma və digər xərclərə vəsait ayrılır.

Amma bağça müdirəsi bunu valideynlərin canından çıxarır. Hətta deyilənə görə, Qazaxın icra hakimiyyəti nümayəndələri əksər uşaq bağçalarında analoji işləri həyata keçirirlər.

Qazax şəhərində fəaliyyət göstərən uşaq bağçaları-körpələr evindəki acınacaqlı vəziyyətlə bağlı cumhuriyyet.az-a daxil olan məlumatlar da dediklərimizi təsdiq edir. Burada uşaqların və körpələrin tərbiyəsi ilə məşğul olan 6 bağçadan yalnız 1-i müasir dövrün tələblərinə cavab verir.

Hər il külli miqdarda bağçalara ayrılan vəsaitdən bağçada təkcə bir adda yeməyin adı məlumdur: “Sup”. Nahaq yerə demirlər ki, soyuq havada istilik yeməkdən vacıbdir.

Deyilənlərə görə, Gülayə Həsənovanın adı rayonunun məktəbəqədər uşaq müəssisələri və orta məktəblərinin kurasiyası işində yol verilən əyrintilərdə daha çox çəkilir.

Onun uzun illərdir ki, bu vəzifədə çalışmaqla Qazaxın təhsil sahələrini tam nəzarətinə götürdüyünü vurğulayan məlumatlı şəxs bildirir ki, Gülayə Həsənova təxminən, 10 il bundan öncə Rusiya Federasiyasında gül alveri ilə məşğul olub.

Deyilənlərə görə, o, ticarətdən yetərincə gəlir əldə etdikdən sonra Azərbaycana geri dönüb və burada məsul vəzifəyə işə düzəlməyə çalışıb.
İlk əvvəl o, paytaxt Bakıda şansını yoxlayıb. Lakin Bakıda özünə müvafiq iş tapa bilmədikdən sonra Qazax rayonuna yollanıb.

Şərhlər

XƏBƏR LENTİ