SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » YOL NİŞANLARINA RİAYƏT ETMƏLİYİK

YOL NİŞANLARINA RİAYƏT ETMƏLİYİK

Tarix:

1-03-2019, 13:10

/ 1 068 dəfə oxundu.
YOL NİŞANLARINA RİAYƏT ETMƏLİYİK

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təşkilatçılığı ilə rayonda yerləşən 6 saylı tam orta məktəbdə “Yol hərəkəti qaydalarına riayət edək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və aşağı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis kapitanı Saleh Eyyubov şagirdlərə yol nişanları haqqında geniş məlumat verib, onlara yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışıb. Məktəblilərə hərəkətin sıx və intensiv olduğu küçələrdə hərəkət edərkən daha ehtiyatlı olmalarını başa salan polis əməkdaşı, yol ayırıcılarında piyada keçidlərindən istifadə etməli olduqlarını deyib. Keçirilən bu cür maarifləndirici tədbirlərdə aldığı biliklərlə şagirdlərin sərbəst hərəkət edərkən təhlükəsiz gəzintilərinin təmin olunması, baş verə biləcək yol qəzalarının qarşısını almaq üçün vacib olduğunu deyib.
Daha sonra çıxış edən məktəbin müəllimləri, təşkilatçılığa və keçirilən maarifləndirici tədbirə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına öz təşəkkürlərini bildiriblər.
Tədbir şagirdlər tərəfindən hazırlanmış səhnəciklərlə yekunlaşıb.
YOL NİŞANLARINA RİAYƏT ETMƏLİYİK
YOL NİŞANLARINA RİAYƏT ETMƏLİYİK
YOL NİŞANLARINA RİAYƏT ETMƏLİYİK
YOL NİŞANLARINA RİAYƏT ETMƏLİYİK

Şərhlər

XƏBƏR LENTİ