SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Turistlər polisdən razılıq edirlər - FOTO

Turistlər polisdən razılıq edirlər - FOTO

Tarix:

22-02-2019, 15:22

/ 975 dəfə oxundu.
Turistlər polisdən razılıq edirlər - FOTO

Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsi 2015-ci ildən istifadəyə verilib. Ucqar dağlıq ərazidə xidmət aparan polis bölməsi Şahdağ Qış-Yay Turizm Kompleksinin də daxil olduğu Zindan-Muruq, Kuzun, Aladaş və Ləzə kəndlərini əhatə edir.

DİN-dən verilən məlumatda deyilir ki, qış aylarında gözəl və əsrarəngiz təbiəti ilə yerli və xarici turistləri özünə cəlb edən bu yerlərdə bölmə əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. Qonaqların təhlükəsizliyinə cavabdeh olan polislərimizin sayıq xidmətindən söhbət açan bölmə rəisi, polis kapitanı Fərid Axundov bildirdi ki, vətəndaş məmnunluğunun və ictimai təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən tədbirlər yüksək səviyyədədir. Ərazidə əməkdaşlar təhkim olunmuş xidməti avtomobillərlə mütəmadi olaraq avtopatrul xidmətini yerinə yetirirlər. Bundan əlavə polislər 4 postda öz vəzifələrini layiqincə yerinə yetirirlər. Turizm Kompleksinin daxilində xidmət göstərən otellərdə dincələn turistlər yaradılan bu şəraitdən, ümumən ölkəmizdəki sabitlikdən, onlara göstərilən qayğıdan məmnunluqlarını bildirirlər.

Mətbuat Xidmətinin əməkdaşı olduğumuzu bilən Qardaş Türkiyədən gələn İbrahim Başar və Rusiyalı turist Andrey Qalavin polislərimizin xidmətini yüksək qiymətləndirdilər. Qış aylarında tətil üçün ölkəmizi seçdiklərini deyən qonaqlarımız, burada istər təhlükəsizlik, istərsə də ictimai sabitliyə heyran olduqlarını, polislərin hər zaman onların rahat istirahətləri ilə maraqlandıqlarını xüsusi olaraq qeyd edərək, hər hansı bir çətinliklə üzləşdikdə və köməyə ehtiyacları olduqda Azərbaycan polisinin öz köməkliklərini əsirgəmədiklərini xüsusi qeyd etdilər.

Sonda Şahdağ PB-nin rəisi, polis kapitanı Fərid Axundov dedi ki, ucqar ərazidə vətəndaşların təhlükəsizliyi üçün aparılan xidmət DİN rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir.
Turistlər polisdən razılıq edirlər - FOTO
Turistlər polisdən razılıq edirlər - FOTO
Turistlər polisdən razılıq edirlər - FOTO
Turistlər polisdən razılıq edirlər - FOTO
Turistlər polisdən razılıq edirlər - FOTO

Şərhlər

XƏBƏR LENTİ