SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəkinin icra başçısı müəllimlərdən 20 manatdan mitinq pulu yığır?- İddia

Şəkinin icra başçısı müəllimlərdən 20 manatdan mitinq pulu yığır?- İddia

Tarix:

22-02-2019, 01:21

/ 1 423 dəfə oxundu.
Şəkinin icra başçısı müəllimlərdən 20 manatdan mitinq pulu yığır?- İddia

Belə xəbərlər yayılır ki, hakim partiya YAP yanvarın 31-də mitinq keçirəcək. İqtidar-müxalifət rəqabətində hakim partiyanın mitinq keçirməsi təbii prosesdir. Amma bəzi məmurlar vəziyyətdən başqa vür sui-istifadə etməyə çalışırlar.

Cahan.info-nun xəbərinə görə, Şəkidə tədris müəssələrinin müəllimlərinə Bakıda keçiriləcək YAP-ın mitinqinə getmələri barədə tapşırıq verilib.

Məlumatı ilk gozetci.az yayıb. Mitinqə 1200 nəfər müəllimin gətirilməsi barədə göstəriş verilib. Etirazını bildirən müəllimlər işdən çıxaracaqları ilə hədələniblər.

İşin mənfi tərəfi budur ki, hətta bəzi müəssisələrdə getmək istəməyənlərdən 20 manat tələb olunur. Mitinqə gedənlərin isə yol xərcini və aparıb-gətirməyi icra hakimiyyəti tərəfindən ödəniləcəyi söylənilir.

Amma mitinqə getməkdən imtina edənlərdən pul yığılmasına yerli İH-nin tapşırıq verdiyi iddia olunur. Bu prosesi təhsil şöbəsi həyata keçirir.

Şəkinin icra başçısı Elxan Usubovun bu addımı həqiqətən də xoşagəlməz haldır, hakimiyyətin, partiyanın adına xələl gətirir. YAP ölkədə kifayət qədər dəstəyi, elektoratı olan partiyadır. Seçkilərdəki qələbələri bunu təsdiqləyir.

Ona görə kimisə məcburi mitinqə göndərməyə, getməyənə maliyyə sanksiyası tətbiq eləməyə ehtiyac yoxdur. Bu da dəqiq məsələdir ki, Şəkidə belə bir qanunsuzluğa yol verilməsinə nə YAP, nə yuxarılar göstəriş verib.

Sadəcə, icra hakimiyyəti vəziyyətdən sui-istifadə edir, təhsil şöbəsi də onlara qoşulub. Axı buna nə ehtiyac var?! Bununla icra başçısı prezidentə, onun siyasi kursuna etdiyi pisliyin fərqinə varmayıb.

“Azərbaycanın ənənəvi müxalifəti cəmiyyətin siyasi konstruksiyasında özünə yer tapa bilməyib. Müxalifət demək olar ki, unudulub. Səbəbləri barədə dəfələrlə danışmışıq. Ən əsas səbəb müxalifətin sosial dayaqlarını itirməsidir”.

Bu fikirləri YAP-ın Sədr müavini - icra katibi Əli Əhmədov Trend-in "Yeni Azərbaycan Partiyası Milli Şuranın 19 yanvar mitinqini necə qiymətləndirir" sualını cavablandırarkən səsləndirib.

Milli Şuranın 19 yanvar tarixində keçirilən mitinqinin əvvəllər olduğu kimi, yenə də uğursuz keçdiyini diqqətə çatdıran Əli Əhmədov bildirib ki, bu mitinqin əsas mənası müxalifətin öz varlığını göstərmək cəhdi ilə bağlıdır.

Şərhlər

XƏBƏR LENTİ