SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Nicat Həsənov Laçın təhsilinin üz qarasına çevrilib: yox xəbəri nazirin...- Araşdırma

Nicat Həsənov Laçın təhsilinin üz qarasına çevrilib: yox xəbəri nazirin...- Araşdırma

Tarix:

21-02-2019, 12:04

/ 2 300 dəfə oxundu.
Nicat Həsənov Laçın təhsilinin üz qarasına çevrilib: yox xəbəri nazirin...- Araşdırma

İşğal altında olan Laçının ümumtəhsil müəssisələrində tədrisin keyfiyyəti sıfır dərəcəsindədir

Rayon təhsil rəhbərliyi davamiyyətin, biliyin inkişafı ilə maraqlanmır.

Laçın təhsil şöbəsi müdiri Nicat Həsənovun rayon məktəblərindəki vəziyyətdən xəbəri yoxdur. N.Həsənov rayon icra hakimiyyəti başçısının əmrləri ilə hərəkət edir. Onu yalnız İH başçısı Aqil Nəzərlinin təlimatları maraqlandırır deyə digər məsələlər vecinə deyil.

Laçın maliyyə idarəsinin rəisi olan qardaşı Vüsal Həsənova da arxayın olması N.Həsənovun ayağını ayağının üstünə aşırıb rahat fəaliyyət göstərməsinə gətirib çıxarıb.

Onu Laçın təhsilinin baş bəlası və üz qarası adlandırırlar. Çünki təhsil şöbəsi müdiri olandan bəri nə bir məktəb qapısı açıb, nə təhsildəki problemləri aradan qaldırıb, nə də rayonda ali məktəbə qəbul sayında irəliləmə müşahidə olunur.

Belə deyirlər ki, təhsil naziri Ceyhun Bayramovun Laçından heç xəbəri yoxdur. N.Həsənov da naziri bir o qədər saymır. Onun qibləgahı A.Nəzərlidir.

Laçın məktəblərində davamiyyət aşağı, direktorlar müəllimlərdən əsassız pul tutur, N.Həsənov heç bir məktəbin təmiri məsələsini həll etməyib, iddialara görə ayrılan pullar icra başçısı ilə arasında bölüşdürülür. Təbii ki, maliyyə rəisi olan qardaşın xeyir-duası ilə...

Prezidentə və nazirliyə göndərilən məktublarda deyilir ki, N.Həsənov məktəb direktoru işləyən yaxın qohumlarına Naxçıvan Muxtar Respublikasında və hətta xaricdə yaşayan şəxslərin adına əmək haqqı yazdıraraq özü mənimsəyir.

İmtahandan keçib Laçın Rayonuna müəllim kimi təyinat almış başqa rayonların sakinləri bir saat da olsun dərs tədris etmədən ayda bir dəfə jurnal yazmaqla staj qazanır və adına yazılmış əmək haqqını N.Həsənova nəzir edir.

Rayon məktəblərinə məktəblərin qızdırılması, dəftərxana ləvazimatlarının alınması və inventar və avadanlıqların alınması, cari və əsaslı təmir üçün ayrılmış yüz minllərlə vəsaiti əlbir olaraq mənimsəyirlər.

Bir neçə ay əvvəl sosial şəbəkə istifadəçisi Abdul Abdullayevin prezident İlham Əliyev cənablarına ünvanladığı Laçın rayon Təhsil Şöbəsində baş verən qanunsuzluqlarla bağlı müraciəti olmuşdu. Abdul Abdullayev yazırdı ki, Nicat Həsənov işlə bağlı etdiyi ərizəsinə cavab məktubu göndərib.

Ağgöl məktəbində işləyən Əhmədov Əhməd də Laçın RTŞ müdiri Nicat Həsənovu ifşa etmişdi. Nicat Həsənov icra başçısı Aqil Nəzərliyə yüksək məbləğdə rüşvət verərək qarşılığında təhsil şefi olmaqda ittiham edilirdi.

Laçın rayon ümumtəhsil məktəblərində işləyən müəllimlərin yaşayış yeri və əsas iş yeri haqqında maliyyə nazirliyi araşdırma aparsa aylıq 250-350 manat əməkhaqqı adlarına yazıldığı və faktiki olaraq işləməyən 50-dən çox müəllimin olduğu aşkar olar.

Bu müəllimlər özəl müəssisələrdə çalışır, sadəcə pedoqoji iş stajı olsun deyə, adlarına dövlət vəsaitinin yazılıb mənimsənilməsinə razı olurlar.

Təhsil şöbəsində əsas gəlir mənbəylərindən biridə fəaliyyəti olmayan elmi dərnəklərdəki dərs saatları, sağlam və yüngül fiziki qüsurlu uşaqlara məktəbə gələ-gələ saxta sənədlər düzəldərək fərdi dərs saatları yazmaqla hər ay dövlət büdcəsinə talan edir.

Laçın rayon ümumtəhsil orta məktəblərinin jurnal, tarifkassa və əmək haqqı cədvəlləri üzləşdirilsə, dövlət büdcəsinin hansı yollarla talan edildiyi aşkar olar. Gününün çox hissəsini Bakıda keçirən Təhsil şöbəsinin müdiri özü –özünə əməlli-başlı qulluq edir.

Hansısa yollarla saxta ezamiyyə adıyla rayona guya tədbirlərə kimlərisə dəvət edir kimi vəsaitlər ayırır. Nicat Həsənov ixtisasca iqtisadçıdır və bundan əvvəl kağız üzərində fəaliyyət göstərən Uşaq Gənclər İdman məktəbinin rəhbəri vəzifəsini tutub.

Yəni heç bir pedoqoji fəaliyyəti olmayıb. Maraqlısı budur ki, Laçın rayonuda 120-dən çox ümumtəhsil məktəbi direktoru olduğu təqdirdə heç bir pedoqoji təcrübəsi olmayan Nicat Həsənov hansı əsasla rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib?

Nəticədə isə, Nicat Həsənov verdiyi pulu yığmaq üçün məktəbləri bazara çevirib. Məktəb direktorlarının gününü qara edib, müəllimlərin necə olursa olsun hər ay ona rüsüm pulu verməyə məcbur edir.

Nicat Həsənov 9,10,11-ci siniflərin şagirdlərindən direktorlar vasitəsi ilə aylıq hesab alaraq məktəbdə dərs məşğələlərində iştirak etməmələri üçün şərait yaradır və bu şagirdlər reptitor yanında hazırlaşırlar.

Dövlət büdcəsindən Laçın rayon ümumtəhsil məktəblərinin 2016-2017-ci tədris ili üçün zəruri və əsaslı təmir bərpa işlərinə ayrılan vəsaitin bir qəpiyidə məktəblərin təmirinə xərclənməyib, Nicat Həsənov şəxsi büdcəsinə əlavə edib.

Həmçinin Nicat Həsənov ümumtəhsil məktəblərindəki texniki ştatları 500 manata satır və məktəblərinin texniki işçilərinin yaşayış yeri haqqında maliyyə nazirliyi araşdırma aparsa aşkar olar ki,70%-i başqa ərazilərdə yaşayır və əməkhaqqı kartı birbaşa müdirin cibindədir. Araşdırmalarımız davam edir. Mövzunu diqqətdə saxlayacağıq.

Qarşı tərəfi dinləməyə hazırıq.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ