yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Neftçalada şəhid məzarı dağılıb- icra başçısı isə yalan danışır

Neftçalada şəhid məzarı dağılıb- icra başçısı isə yalan danışır
13-03-2017, 10:17 436 dəfə baxılıb

Neftçala rayon sakini Esmira Əzizova atası, şəhid Gözəlov Əsfər Səttar oğlunun məzarının baxımsızlıq üzündən dağılmasından şikayət edib.
O, Qarabağda döyüşüb şəhid olmuş atasının Neftçala rayonu, Bankə qəsəbəsindəki qəbiristanlığındakı məzarının uçub dağıldığını yazıb: “Atam Qarabağda döyüşlərdə iştirak edib. Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun batalyonunda erməni quldurlarına qarşı döyüşüb və 1992-ci il, martın 6-da, 28 yaşında şəhid olub. Onun rayonun Banka qəsəbə qəbiristanlığındakı məzarı isə uçub dağılıb. Dəfələrlə Neftçala rayon icra hakimiyyətinə məlumat versək də, məzarı elə o vəziyyətdə qalıb. Əlacsız qalıb Azərbaycan Respublikasının Prezidentinin rəsmi internet saytına məktub yazdıq. Oradan da şikayətimizi Neftçala rayon icra hakimiyyətinə göndəriblər”.
Bundan sonra E.Əzizovaya Neftçala rayon icra hakimiyyətinin başçısının müavini G.Z.Sadıqovanın imzası ilə olduqca əcaib bir məktub gəlib: “Azərbaycan Respublikasının Prezidentinin rəsmi internet saytına ünvanladığınız ərizəniz aidiyyəti üzrə Rayon İcra Hakimiyyətində baxılmışdır. Müraciətinizlə bağlı bildirir ki, atanız şəhid Gözəlov Əfsər Səttar oğlunun Neftçala rayonu, Banka qəsəbəsi qəbiristanlığındakı qəbirüstü məzarında abadlıq və təmizlik işləri həyata keçirilmiş, qəbirüstü məzarda bərpa işlər aparılmışdır”.
Əslində isə şəhidin məzar üzərində “məktub”da yazılan heç bir iş aparılmayıb. Məzar yenə uçulub dağılmış vəziyyətdədir. Yəqin ki, Neftçala rayon icra hakimiyyəti Prezidentə da belə mətnli bir məktub göndəriblər. Çünki qayda bunu tələb edir ki, cavab yazılmalıdır. Cavab isə yalandır! Çox maraqlıdır, çox cüzi vəsait tələb edən təmiri aparmayan Neftçala rayon icra hakimiyyəti Prezidenti niyə aldadır?! Şəhidə, onun məzarına belə sayğısızlıq qəti yol verilməzdir! Bunu dəfələrlə ölkə Prezidenti cənab İlham Əliyev də deyib!

qaziler.az
Neftçalada şəhid məzarı dağılıb- icra başçısı isə yalan danışır
Neftçalada şəhid məzarı dağılıb- icra başçısı isə yalan danışır


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ