XalqXəbər.Az

 "QobustanınDSMF müdirindən" - GİLEY

yüklənir...

16-02-2019, 14:06
yüklənir...

Abşeron rayonun, Aşağı Güzdək qəsəbəsində sığınacaqda yaşayan Əsədova Mehri Əsəd qızı tərəfindən dövlət rəhbərliyinə şikayət ərizəsi ünvanlanıb. Bir nüsxəsi də Xalqxeber.Az- a daxil olan müraciətdə deyilir:

"Mən, 1956-cı il yanvarın 27-də 1-də Qobustan rayonun Qurbançı kəndində anadan olmuşam.Və hazırda da passport qeydiyyatında olsam da Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində müvəqqəti yaşayıram. Hazırda 63 yaşım tamam olmuşdur.

Ona görə də yaşa görə sosial pensiya almaq istəyirəm.

Mən də bir Azərbaycan vətəndaşı olaraq QANUNVERİCİLİYİN icazə verdiyi halda pensiya hüququndan istifadə edib təqaüdə çıxmaq istəyirəm.Bunun üçün təqdim etdiyim lazımi sənədlərə rəğmən Qobustan DSMF-nın şöbə müdiri olan Niyazi müəllim məndən nikahla bağlı, iş yerindən arayışın təqdim olunmasını tələb edirəm. izah edirəm ki, şəxsiyyət vəsiqəmdə də qeyd olunub ki. “subay”.Digər tərəfdən mən rəsmən heç yerdə işləməmişəm.Hardan arayış gətirim. Qalan sənədləri də təqdim etmişəm. Qobustan DSMF müdiri də qeyd edir ki, bu adamın təqüdə çıxmaq yaşından hələ bir il də keçib sənədləri hazırla göndərək. Amma Niyazı yenə öz bürokrat ampulasındadır.
Odur ki, yuxarıda qeyd edilənləri və yaşımın 63 il tamam olmasını,həmişə ağır şəraitdə şəxsi təsəsrrüfatla məşğul olmağımı və xəstəliyimi nəzərə alaraq hörmətli Mehriban xanımdan xahiş edirəm ki, məni süründürməçilkdən qurtarıb yaşa görə sosial pensiyasının təyin olunmasına köməklik göstərəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
 "QobustanınDSMF müdirindən" - GİLEY
 "QobustanınDSMF müdirindən" - GİLEY
 "QobustanınDSMF müdirindən" - GİLEY
 "QobustanınDSMF müdirindən" - GİLEY

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.