XalqXəbər.Az

Rəcəb Babaşov 3 ildir özünü belə vəsf etdirir... - İDDİA

yüklənir...
Rəcəb Babaşov 3 ildir özünü belə vəsf etdirir... - İDDİA
13-02-2019, 10:07
yüklənir...

- "Qazax rayonunun həmişə mədəniyyət, incəsənət, sosial-iqtisadi inkişaf və digər sahələrdə Ulu öndər demişkən, Azərbaycanda xüsusi yeri olub. Alimlər, ziyalılar yurdudur bu yurd. Sovet dönəmindən belə bu rayonda rəhbərliyin 1-ci stolunda əylşənlər ilk dəfə rayona gəldiyi gündən öz amalı, əqidəsi ilə işləsə də, sonradan bəzi insanların sözünə baxaraq, düz yoldan çıxarılıb. Axırda həmin rəhbərin aqibəti heç də yaxşı nəticələnməyib. Qazaxın salnaməsinə dərindən bələd olan ağsaqqallar daha yaxşı bilirlər. Mən bilən bu günə kimi də Qazaxdan gedən hər bir rəhbərin də arxasıyca heç də yaxşı fikirlər söylənilmir". Bu sözlər müstəqil jurnalist Solmaz Həsənovanın DİA.AZ-a yolladığı məqaləsində yer alıb.

Məqalə müəllifi hazırda rayona rəhbərlik edən Rəcəb Babaşov haqda ilginc iddialar da səsləndirib. Dia.az-a daxil olan məqalədə deyilir:

"Rəcəb Babaşov həminki Babaşov deyil. Dünən verdiyi söz bu gün tezliklə yadından çıxır. Rayonda obyekt açılışından düz şəhər gəzintisinə qədər onun hərəkətləri 3-4 nəfər fotoqraf tərəfindən izlənilir, hər saniyə çəkilişlər aparılır. Prezident İlham Əliyev heç bu qədər şəkil çəkdirmir. Milli qəhrəmanlarımızın da belə reklamı olmayıb. Bu əsl şəxsiyyətə pərəstişdir.

Babaşovun kadr islahatı tam özünə məxsusdur. İstər icra aparatına, istərsə də onun ən sevimli yeri olan uşaq baxçalarına elə adamlar tapılıb gətirilir ki, nə savadı, nə də ixtisası düz gəlmir. Babaşovun üzünə deyilməsə də, ictimai rəy bir müstəvidə cəmləşmir. Başçının keçirdiyi fərdi qəbullar, ərizəçinin şikayətinə yerində baxılması, kimisə bağrına basıb şəkil çəkdirməsi onun görünən tərəfidir. Görünməyən bəs nələri vardır?

Babşovun sadiq müxbirlərindən biri 3 ilə yaxındır 1-ci cümləsini belə başlayır: “Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən daim diqqət mərkəzində saxladığı sahələrdən biri də vətəndaşların müraciətlərinə, istək və arzularına operativ şəkildə cavab verilməsi, onlara qayğı ilə yanaşılmasıdır”. Bu cümlə Babaşov gələndən ona xidmət edən saytın ön səhifəsindən düşmür. Adama sual verərlər ki, hansı vətəndaşın, hansı insanın? Şəxsən mən Qazax rayon iocra hakimiyyətində bu insanın qəbuluna düşə bilimirəm. Yanında “papkasını daşıyan” Seymurdan tutmuş köməkçisi Əmin adlı şəxsə qədər müraciət etmişəm ki, icra başçısı Babaşov məni qəbul etsin. Hətta, 3 dəfə ərizə ilə də müraciət etmişəm. Lakin bu günə kimi kişinin qəbuluna düşə bilmirəm. Yənui bu qədər başçı haqqında reklamlar, aciz insanların yalvarışları, “qabağında ölmək”, “əlini öpmək” kimə lazımdır? Düzünü deyim ki, Prezident İlham Əliyev heç bu qədər insanları özünə yalvartdırmır. Aydındır ki, yuxarıda söylədiyim ki, sabah Babaşov Qazaxdan gedəndə ona yalvaranlar birinci onun arxasıyla danışanlar olacaqlar".
Məqalənin davamı da var və müstəqil jurnalist Solmaz Həsənovanın növbəti yazısında yerli idarəetmədəki ilginc faktlardan bəhs edilir. Yaxın vaxtlarda həmin materialı da təqdim edəcəyik. Bizi izləyin.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.