SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda PARTLAYIŞ: Ev uçdu

Bakıda PARTLAYIŞ: Ev uçdu

Tarix:

13-02-2019, 09:44

/ 1 021 dəfə oxundu.
Bakıda PARTLAYIŞ: Ev uçdu

Paytaxtda yaşayış evində qaz sızmasından sonra partlayış olub.
FHN-ə istinadən xəbər veririk ki, Səbail rayonunda birmərtəbəli fərdi yaşayış evində partlayış olması barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Dağıntılar altında qalanların olduğu ehtimalı ilə əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupu da xilasetmə işlərinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi və ilkin axtarışlar nəticəsində dağıntılar altında heç kimin olmadığı müəyyən olunub.

İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

Şərhlər

XƏBƏR LENTİ