XalqXəbər.Az

Sabirabad sakini: "Ancaq boş yerə gəlib maaş alıb, camaatı soymaqla məşğuldurlar" - VİDEO

yüklənir...
Sabirabad sakini:
12-02-2019, 12:39
yüklənir...

Dövlətin son illər səhiyyə sisteminə xüsusi diqqət yetirməsi göz qabağındadır. Ölkə başçısı öz çıxışlarında dəfələrlə Azərbaycan səhiyyəsinin dünya standartları səviyyəsinə qaldırılmasının son dərəcə vacib olduğunu vurğulamış və bu sahədə konkret addımların atılmasına göstərişlər vermişdir. Lakin çox təəssüf ki, bəzən kadrların yerində olmaması müsbət təşəbbüslərin uğursuzluqla nəticələnməsinə gətirib çıxarır; dövlətin diqqət və qayğısının insanların həyatında təzahürünə mane olur, ayrılmış vəsaitlərin havaya sovrulmasına səbəb olur. Bu gün tibb sahəsinin acınacaqlı vəziyyətdə olduğu rayonlardan biri Sabirabaddır. Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Quliyev Yusif nazir Oqtay Şirəliyevin etimadından istifadə edərək bu sahəyə ayrılmış vəsaitin mənimsənilməsinə şərait yaradır, qanunsuzluqlara imza atır. Sabirabad Rayon Mərkəzi Xəstəxanası lazımı tələblərə cavab verən müasir tipli binada yerləşir və rayon üzrə 320 çarpayıdan ibarətdir. Onların 205 mərkəzi xəstəxanada olmaqla RMX 7 şöbəni əhatə edir. Burada cərrahiyyə, reanimasiya, terapiya, mamalıq-qinekoloji, nevroloji, yoluxucu xəstəliklər, pediatriya, poliklinika şöbələri və vərəm əleyhinə xəstəxana və s. fəaliyyət göstərir.

Prezident Adminstrasiyasinın qarşısında şikayətə gələn Sabirabad sakini Ələkbərov Şirvani mikrafonumuzu görər görməz dərdini danışdı.Vətəndaş Sabirabad rayon mərkəzi xəstəxanasında başına gətrilən oyundan,həkimlərin səhlənkarlığından danışdı. Vətəndaş qeyd edir ki Kasıb olduğu üçün xəstəxanada həyat yoldaşına və qızına nə düzgün diaqnoz qoyan var nədə baxan.Dəfələrlə icra hakimiyyətinə müraciət etsədə icra başçısının müavini Həsən Həsənov ona vətəndaş deyil ,həşarat kimi baxır.Səhiyyə nazirliyinə şikayət edib,göstəriş verilsədə əməl edən yoxdur.

Xəstəxananın hazırkı vəziyyəti barədə BakuPress.Az-a məlumat verən vətəndaş deyir: "Quliyev Yusif baş həkim vəzifəsinə təyin olunması ilə Sabirabad səhiyyəsinin qara günləri başlayıb. Hazırda Mərkəzi Xəstəxanada əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi çox aşağıdır. Üstəlik, dövlət xəstəxanası əhaliyə pulsuz xidmət göstərməli olduğu halda, burada hər şey pulludur. Xəstə xəstəxanaya düşən kimi, qarğa-quzğun kimi hərə bir tərəfdən onun üstünə tökülüşüb öz "şirinliyi”ni tələb edir. Həkimlər bura gələn insanlara qiymət oxuyurlar. Baş həkim şöbə müdirlərinin qarşısında konkret tapşırıqlar qoyub. Həmin tapşırıqlar əsasında fəaliyyət göstərən şöbə müdirləri və həkimlər vətəndaşları incidirlər. Həkimlər insanlara maddi vəziyyətinə görə xidmət göstərirlər. Kimin pulu varsa onu az qalırlar ki, başlarının üstündə saxlasınlar. Ancaq kasıb adamların üzünə belə baxmırlar. Xəstəxanada hər addımbaşı vətəndaşlardan "şirinlik” tələb olunur. Bütün növ analizlər və rentgen müayinəsi üçün sakinlərdən nəsə umulur. Halbuki, dövlət hesabına maliyyələşən səhiyyə ocaqlarında tibbi xidmət pulsuzdur. Məhz bu yarıtmaz xidmətə görədir ki, Sabirabad camaatı rahat rayonda hər cür səhiyyə müəssisələri olduğu halda, qonşu rayonlara, ya da paytaxta üz tuturlar. Bir sözlə, Sabirabad səhiyyəsi çox ağır durumdadır, necə deyərlər, səhiyyənin özünün müalicəyə ehtiyacı var. Ümid edirik ki, səhiyyə naziri hörmətli Oqtay Şirəliyev tezliklə bu məsələyə öz münasibətini bildirəcək və Sabirabad Rayon Mərkəzii Xəstəxanası normal olaraq sabirabadlılara xidmət göstərəcək.

Vətəndaş onuda qeyd edir ki,döymədiyi qapı qalmayıb axır gelib prezident adminstrasiyasına üz tutub.Daha ətraflı videomateralmızdan vətəndaşın öz dilindən izləyə bilərsiniz

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.