SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Vahid Abdullayevdən özbaşınalıq - İdarənin maşınını bacısı oğluna verdi

Vahid Abdullayevdən özbaşınalıq - İdarənin maşınını bacısı oğluna verdi

Tarix:

4-02-2019, 09:42

/ 929 dəfə oxundu.
Vahid Abdullayevdən özbaşınalıq - İdarənin maşınını bacısı oğluna verdi

Dövlət Qaçqınkomun Mənzil İstismar Departamentinin Gəncə şəhəri üzrə Mənzil Komunal İstismar Sahəsinin müdiri Vahid Abdullayevin özbaşılağıqına son qoyulan tapılmır.

XİA.az-a məlumat verən məbənin sözlərinə görə Dövlət Qaçqınkomun Mənzil İstismar Departamentinin Gəncə şəhəri üzrə Mənzil Komunal İstismar Sahəsinə məxsus VAZ-21074 markalı 90 AE 761 dövlət nömrə nişanlı avtomobili Vahid Abdullayev öz bacısının oğluna verib. Həmin avtomobil şəxsi işləri üçün istifadə olunur. Vahid Abdullayevin bacısının oğlu Hacızadə Bəxtiyar Adil oğlu AAYDA-nin Kəlbəcər rayon Yol istismar idarəsində işləyir. O, Dövlət Qaçqınkomun Mənzil İstismar Departamentinin Gəncə şəhəri üzrə Mənzil Komunal İstismar Sahəsinə məxsus VAZ-21074 markalı avtomobillə V.Abdullayevin uşaqlarını məktəbə aparmaqla mışğuldur. Bəxtiyar Hacızadə həmin idarənin işçisi olmadığı üçün bu idarəyə məxsus avtomobilidə idarə etməsi qanuna ziddir.

Əldə etdiyimiz digər məlumata əsasən V.Abdullayev digər iki QAZ-53 markalı 99 JX 285 və 99 JX 286 dövlət nömrə nişanlı avtomobillərdə qəsəbədən kənarda işlədilir. Məlumat verən mənbənin sözlərinə görə idarəyə məxsus su maşınından başqa heç bir maşın idarənin işi üçün istifadə edilmir.

Bu qeyd etdiklərimizdən aydın olur ki, Vahid Abdullayev dövlətə məxsus avtomobilləri şəxsi işləri üçün istifadə edir. Bəs görəsən bunun belə özbağınalığına nədən göz yumurlar?

P.S. Vahid Abdullayevin qanunsuz əməlləri barədə yenidəın məlumat verəcəyik. Qeyd edək ki, bir neçə ay bundan öncə Gəncədə zülmətə bürünən köçkün qəsəbəsi - Küçə işıqları niyə yandırılmır? - VİDEO başlıqlı yazı dərc etmişdik. Həmin yazı dərc edildikdən sonra küçə işıqları yandırılsada son 2-3 gün ərzində yenidən söndürülüb.

Həmin yazını bu linkdən oxuya bilərsiz. http://xia.az/manshet/17169-gncd-kkn-qsbsind-sakinlri-qaranla-qrq-ediblr-vdeo.html

Mövzuya yenidən qayıdacağıq, qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ