XalqXəbər.Az

Şamaxıda müəllimlər niyə etiraz edir? - Müraciət

yüklənir...
Şamaxıda müəllimlər niyə etiraz edir? - Müraciət
1-02-2019, 10:57
yüklənir...

Bolgexeber.com-un redaksiyasına Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində baş verənlər haqqında prezidentə və Birinci vitse-prezidentə ünvanlanan şikayət məktubu daxil olub. Məktub müəllifləri məktəbdə baş verən özbaşınalıqlardan bəhs ediblər.
Həmin müraciəti olduğu kimi təqdim edirik:
Cənab prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət:

“Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Hacıverdi qızı Babaşova hökmranlıq edir,heç kimdən qorxmadığını bildirir.Məktəbi öz qanunları ilə idarə edir,5 ildən artıq müddətdir ki,hansısa vəzifədə olan şəxslərin himayədarlığı ilə özbaşınalığını davam etdirir.Dəfələrlə internetdə açıq-aydın müəllimlərdən rüşvət tələb etməyi ilə əlaqədar səs yazıları yayılsada heç kəs ona güldən ağır söz demir.Gör o necə harınlayıb ki, pedaqoji şuralarda qorxmadan “maaşlarınızı alanda aylığımı gətirin” deyir.Eyni zamanda məktəbin texniki işçilərinə maşınını qul kimi yuduzdurur.Səs yazılarını və video görüntünü sizlərə göndəririk.Təhsil nazirliyinə və digər aidiyyatı orqanların hamısına dəfələrlə müraciət etsək də heç bir tədbir görülməyib.Çox xahiş edirik göstərilənləri araşdırıb təhsil adına ləkə olan bu şəxsin işdən kənarlaşdırılması üçün göstəriş verəsiniz.Çünki bu şəxsi kimlərsə güclü şəkildə müadafiə edir.Maraqlıdır bu qədər sübut olunmuş nöqsanları olan bir direktoru təhsil naziri işində niyə saxlayır ki??? Araşdırma aparılsa kollektivin çoxu göstərilənləri təsdiq edər.Burda onun haqqında yazılan nöqsanların yalnız 1-2 faizi yazılıb.Ümidimiz yalnız sizədir”.
Hörmətlə məktəb müəllimləri adından: Məktəbin biologiya müəllimi, Camıyeva Sədaqət Sədrəddin qızı

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.