SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Balakən RİH-dən şəhid anasına verilən gülməli cavab-Şikayət var

Balakən RİH-dən şəhid anasına verilən gülməli cavab-Şikayət var

Tarix:

11-03-2017, 10:45

/ 2 374 dəfə oxundu.
Balakən RİH-dən şəhid anasına verilən gülməli cavab-Şikayət var

Balakən şəhər sakini, şəhid anası Töhfə Vəli qızı Əliyeva redaksiyamıza şikayət ərizəsi ilə müraciət edib. Vətəndaş bildirir ki, oğlu birinci Qarabağ müharibəsində şəhid olub. O gündən rayon rəhbərliyi bir dəfə də olsun onlarla maraqlanmayıb, problemləri ilə tanış olmayıb. Amma son vaxtlar məcbur qaldığından prezidentə müraciət edərək kömək istəyib. Buna səbəb isə yaşadığı evin qəzalı vəziyyətdə olması, hər an uçmaq təhlükəsidir. Şəhid anası bü məqsədlə ölkə başçısına ərizə yazaraq evinin təmir olunmasına köməklik göstəriolməsini xahiş edib.

Vətəndaş şikayət ərizəsində qeyd edir ki, birinci dəfə müraciət etdikdən sonra Balakən Şəhər İcra Hakimiyyətinin başçısı İslam Rzayevin müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Zahid qızı Nuriyevanın imzası ilə mənə cavab məktubu göndərildi. Bildirildi ki, ev uzun müddət təmir olunmadığı üçün aşınmışdır: “Araşdırmanın nəticəsi olaraq bildiririk ki, ailəniz üçün ev tikintisi və ya təmiri rayon icra hakimiyyətinin imkanları xaricindədir”.
“Balakən Şəhər İcra Hakimiyyəti tərəfindən evimin təmiri ilə bağlı heç bir tədbir görülmədi. Dövlətdən aldığım təqaüdlə evi təmir etmək gücündə olsaydım, heç bir dövlət qurumunu narahat etməzdim”, deyə şəhid anası əlavə edib.

Töhfə Əliyevanın etdiyi sonuncu müraciətlə bağlı bu gün (10.03.2017) Balakən Şəhər icra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Zahid qızı Nuriyeva şəhid anasının yaşadığı evə gəlib. Lakin evin tam qəzalı vəziyyətdə olmasına və təmirinə, yaxud sökülərək yenidən tikilməsinə ciddi ehtiyac duyulmasına rəğmən, evin özünü deyil, yalnız evin damını hissə-hissə təmir edə biləcəklərini deyib. Maraqlıdır ki, görəsən Balakən RİH-in səlahiyyətli şəxsləri anlamır ki, ev uçduqda dam kimin nəyinə lazımdır? Elə buna görə də, şəhid anası RİH rəsmisinin dediyi ilə razılaşmayıb. Və yenidən ölkə başçısına müraciət edəcəyini bildirib.

Kivnews.com

Şərhlər

XƏBƏR LENTİ