SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Malik Vəliyev 2018-də nə iş görüb?- Rəsmi xəbər yox, Tərtər Regional Təhsil İdarəsi fıs çıxdı...

Malik Vəliyev 2018-də nə iş görüb?- Rəsmi xəbər yox, Tərtər Regional Təhsil İdarəsi fıs çıxdı...

Tarix:

28-01-2019, 18:46

/ 4 002 dəfə oxundu.
Malik Vəliyev 2018-də nə iş görüb?- Rəsmi xəbər yox, Tərtər Regional Təhsil İdarəsi fıs çıxdı...

Tərtər Regional Təhsil İdarəsinin yaradılması ilə bu coğrafiyada elmin, biliyin inkişafına zərrə qədər töhfə verildiyi görünmür

Cahan.info-nun araşdırması zamanı idarə müdiri Malik Vəliyevin 2018-ci ildə fəaliyyətinə bir sətirə rast gəlinmədi.

M.Vəliyev əvvəllər Laçın təhsil şöbəsi müdiri olub. Regional təhsil idarəsi yaradılarkən ona bu postun həvalə olunması böyük yanlışlıq idi.

Bu da göstəricisidir. İnternetdə axtarış zamanı M.Vəliyevin fəaliyyyəti ilə bağlı bir cümləlik rəsmi məlumat əldə edə bilmədik.

İdarəyə tabe olan şöbələrin müdirləri də heç bir iş görmürlər. Tərtər təhsil şefi Surxay Mirzəyev, Laçın təhsil müdiri Nicat Həsənov M.Vəliyevin qanunsuz əmrlərini icra etməklə məşğuldurlar.

Eyni zamanda Ağdam, Xocavənd, Füzuli, Ağcabədi rayonlarının təhsil şöbəsi müdirləri də regional idarəyə tabedirlər və bu struktur dəyişikliyi həmin bölgələrdə təhsilin inkişafına təkan verə bilməyib.

Belə desək, regional idarə fıs çıxdı. Hər halda indiyə qədər nə Malik Vəliyev rəsmi tədbirlərdə çıxış edib, nə nazir Tərtərə gedərək idarə rəisinin gördüyü işlərlə maraqlanıb. Görəsən, bu qurumun fəaliyyəti nədən ibarətdir? Nə üçün hesabat vermirlər? Hesablama Palatası M.Vəliyevi təftiş edibmi?

Təhsil Nazirliyi tərəfindən aparılan struktur dəyişiklikləri və regional idarələrin yaradılması bu sahədə islahatlara xidmət etməliydi.

Bir şərtlə ki, struktur islahatları ilə paralel olaraq kadr reformaları da həyata keçirilsin. Əgər sistem dəyişərkən fiqurlar saxlanırsa, o zaman onlar köhnə idarəçiliyi davam etdirirlər.

Bu xüsusda Tərtər Regional Təhsil İdarəsinin yaradılması heç də bu zonada təhsilin inkişafına, neqativ halların aradan qalxmasına xidmət etmədi.

M.Vəliyevin bu vəzifədə saxlayan gücün Sumqayıtın icra başçısı Zakir Fərəcov olduğu deyilir. Z.Fərəcovla yaxınlığı onun regional idarədə “meydan sulaması”na şərait yaradıb.

M.Vəliyev həmişə rəsmi mərasimlərdən kənarda qalaraq, 6 rayonun təhsilində korrupsiya mühiti yaratmaqla sərvət toplamaqla məşğuldur.

Bunun nəticəsidir ki, M.Vəliyev Tərtər RTİ rəisi vəzifəsində özbaşınalığın miqyasını genişləndirib. Əvvəl Laçında istədiklərini həyata keçirirdisə, indi meydan genişdi, 6 rayon təhsil şöbələri ona baxırlar.

Mətbuatda gdən yazılara görə, hər il dövlət büdcəsindən Laçın rayon təhsilinə ayrılan 100 min manatlarla vəsaiti M.Vəliyev Laçın rayon maliyyə şöbəsi ilə əlbir olaraq müxtəlif adlar altında talan ediblər.

İnventarların satın alınmasına, yumşaq inventarların satın alınmasına, məktəbli paltarlarının alınmasına, təhsil sahəsini əhatə edən ümumi təmir işlərinə, dəftərxana ləvazimatlarının alınmasına, avadanlıqların satın alınmasına və digər xərclər üçün ayrılmış vəsaiti müxtəlif MMC-lərin adına sənədləşdirərək mənimsəyiblər.

M.Vəliyev Təhsil Şöbəsindəki vakant dövlət qulluğu vəzifələrini Prezident yanında dövlət qulluğu məsələləri üzrə komisiyadan gizlədərək müsabiqəyə verməyib.

Müsabiqədə keçid balı toplaya bilməyən 4-5 namizədin hər birindən 5000 manat rüşvət alaraq təhsil şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifələrinə təyin edib.

Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında Müvvəqəti Məskunlaşmış Xudayarova Yasəmən Şahmar qızı onu ifşa etmişdi.

Prezidentə müraciətdə bildirirdi ki, Laçın rayon təhsil şöbəsində milyonlarla dövlət vəsaitinin mənimsənilməsi haqqında Dövlət Maliyyə Nəzarət Xidmətinə və adiyyati dövlət orqanlarına etdiyi müracətlərin nəticəsi olaraq Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyi 01.03.2017 tarixdə LRTŞ-də 10 ilik maliyyə araşdırılmasına başladı və bu gündən sonra bütün həyatımız alt üst oldu.

Laçın rayon Təhsil Şöbəsində apardığı maliyyə yoxlamaları zamanı ciddi maliyyə pozuntularına yol verildiyi və Nəticədə dövlətin 10 milyon manatdan çox vəsaitinin mənimsənildiyi aşkarlandı. Bundan sonra ailəyə təzyiqlər olub.

Yeri gəlmişkən, “Gündəlik Bakı” qəzətinin baş redaktoru, uzun illər Milli Təhlükəsizlik Nazirliyinin himayəsi altında müxtəlif məmurları, sahibkarları, iş adamlarını şantaj edərək onların barələrində ifşaedici məlumatlar yayacağı ilə hədələyərək külli miqdarda pullarını almaqda ittiham olunan Habil Vəliyevin məhkəməsində də Malik Vəliyevin adı çəkilib.

H.Vəliyev “Gündəlik Bakı” qəzetində Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov haqda silsilə materiallar dərc etdikdən sonra ona zəng vurub. Barəsində yeni rüsvayedici məlumatları yayacağı ilə hədələyib və 40 min manat tələb edib.

İcra başçısı bu hədələrdən qorxaraq Laçın rayon Təhsil şöbəsinin müdiri Malik Vəliyevin vasitəsilə ona 15 min manat pul göndərmək məcburiyyətində qalıb.

Bir müddət əvvəl Ağdam rayonunun tanınmış pedaqoqu Tahir Əliyevdən Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova rüşvət istədiyi xəbəri vetenperverler.az saytında yayılmışdı.

Şikayətçinin sözlərinə görə, Ağdam rayon Təhsil Şöbəsınin müdiri Mətanət Misirxanova ilə görüşdükdə ona deyib ki: “Müəllim, bir illik müqavilə 2000-3000 manata başa gəlir.

Yəni bu müqaviləni Regional İdarədə və Nazirlikdə təsdiq etdirmək üçün bu qədər pul lazım gəlir. Ancaq sənə hörmət edərək 1000 manat istəyirəm”.

Belə bir adamın vəzifədə saxlanması heyrətamizdir. Tərtərdə daha savadlı, imici təmiz bir məmur tapmaq mümkün deyildi?

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ