SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İsa Qəmbərin təyin etdiyi 26 ilin icra başçısı da çemodan ovqatında- Detallar...

İsa Qəmbərin təyin etdiyi 26 ilin icra başçısı da çemodan ovqatında- Detallar...

Tarix:

24-01-2019, 22:04

/ 1 556 dəfə oxundu.
İsa Qəmbərin təyin etdiyi 26 ilin icra başçısı da çemodan ovqatında- Detallar...

Bu günlərdə prezidentin sərəncamıı ilə 25 il Xəzər rayonuna icra başçılığı eləmiş Gülağa İslamov vəzifəsindən azad olundu

Cahan.info xəbər verir ki, növbə 26 ildir Xocavəndə rəhbərlik edən Eyvaz Hüseynova çatıb.

Azərbaycanda icra başçıları arasında ən “uzunömürlüsü” Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovdur. O, 26 ildir Xocavənd rayonuna rəhbərlik edir. E.Hüseynov İsa Qəmbər tərəfindən bu vəzifəyə təyin edilib.

Bu il 2 iyul tarixində E.Hüseynovun icra başçısı olmasının 26 ili tamam olub. Azərbaycanda E.Hüseynovdan başqa eyni rayonda bu qədər uzun müddət başçı kimi fəaliyyət göstərən ikinci şəxs yoxdur.

E.Hüseynov Elçibəy hökumətindən qalan məmur olsa da, sonrakı dövrdə də vəzifəsində saxlayıblar.

Ancaq bir məmur 26 il eyni postda oturursa, strukturda inkişaf gedə bilməz. Odur ki, prezidentin ardıcıl olaraq həyata keçirdiyi kadr islahatlarının Xocavəndə çatacağı istisna edilmir.

Xətai, Xəzər rayonlarındakı dəyişikliklərin Xocavəndə sıçrayacağı gözlənilir. Artıq Xocavənd sakinlərinin problemləri ilə yaxından maraqlanan gənc məmura ehtiyacı var. Bir məmur 26 il eyni rayona rəhbərlik edə bilməz. O zaman durğunluq müşahidə ediləcək.

Xocavənd sakinlərinin problemləri də yerli İH tərəfindən laqeyd qarşılanır. Eyvaz Hüseynov vəzifəsindən istifadə edərək böyük fermerə çevrilib.

Onun və qardaşlarının minlərlə qoyun-quzusu, mal-qarası, təsərrüfatı, ilxısı…var. Xırda emal sexləri açıb özü üçün.

Hazırda bütün diqqətini biznesini genişləndirmək olan icra başçısının rayonu necə idarə etməsinə gəlincə isə bu sahədə durum sözün əsl mənasında bərbaddır. Eyvaz Hüseynov rayonu talamaqla məşğuldur.

Belə ki, rayondakı dövlət idarələrini çapıb-talayan Hüseynov heç bir şikayətə, xahişə məhəl qoymur. Əksinə, yaxın adamlarına da şərait yaradır ki, məcburi köçkün taleyi yaşayan insanları ağır şərtlər altında soyub-talasınlar.

Bu günlərdə iki şəhid vermiş Səyyarə Nəcəfova Xocavənd icra başçısı Eyvaz Hüseynov tərəfindən təhqir olunduğunu bildirmişdi. Şəhid anası icra hakimindən taxıl əkib dolanmaq üçün torpaq sahəsi ayırmasını istəmişdi.

Amma E.Hüseynov dəfələrlə onun qəbuluna gələn iki şəhid anası ilə görüşməyib. S.Nəcəfova bildirirdi ki, icra başçısı ona nə ev, nə torpaq verib: "Mənə həmişə "yox" deyib. Mən icra hakimiyyətinin qapısında duranda işə çıxmır.

Elə ki, Bakıya qayıdıram, arxamca nalayiq söyüşlər deyir. Bunu mənə xəbər verirlər. Mən səndən nə tələb edirəm ki? Deyirəm torpaq ayır, taxıl əkim, dolanım...

Hektarı 50 manatdan torpağı sata bilirsiniz, torpaq üçün can verən şəhidin anasına torpaq vermirsiniz. İndi 10 illik müddətinə hektarı 250 manatdan torpaq verirlər.

Mediada gedən məlumata əsasən Xocavən rayonunda 6280 hektar torpaq sahəsi subsidiya yardımına yazdırılıb. Bildirilir ki, sənədlərdə qeyd olunan 6280 hektar torpaq sahəsinin təxminən 4 min hektara yaxını rayon icra başçısı Eyvaz Hüseynov və onun müavini, aqrar məsələlər üzrə şöbənin müdiri Rafael Mustafayev tərəfindən saxta sənədlər əsasında subsidiya yardımı siyahısına salınıb.

Məlumatda qeyd olunur ki, artıq uzun illərdir ki, Eyvaz Hüseynov 4 min hektar torpaq sahəsinə subsidiya yazıdırır və hər il bu yolla adı altında dövlət büdcəsindən yüz min manatlarla vəsaiti mənimsədiyi bildirilir.

İH-nin mövqeyini dərc etməyə hazırıq.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ