SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağcabədidə mədəni inqilab edən iki məmur kimdir?- Maraqlı dosye...

Ağcabədidə mədəni inqilab edən iki məmur kimdir?- Maraqlı dosye...

Tarix:

24-01-2019, 22:00

/ 1 300 dəfə oxundu.
Ağcabədidə mədəni inqilab edən iki məmur kimdir?- Maraqlı dosye...

Ağcabədi mədəniyyət şöbəsi Regional Mədəniyyət İdarəsinə çevrildikdən sonra bu sahədə rayonda inkişaf müşahidə olunur.

Cahan.info-nun əməkdaşının hazırladığı reportajda bildirilir ki, son illər Ağcabədinin mədəni həyatında yaddaqalan hadisələr az olmayıb.

Onlardan biri rayon mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qarabağ Muğam Mərkəzinin tikilib istifadəyə verilməsidir.

Yay və qış salonlarından, tədris korpusundan ibarət olan mərkəzin ümumi dəyəri 1 milyon 589 min manatdır. Mərkəzin yerləşdiyi Üzeyir Hacıbəyov adına Park tamamilə yenidən qurulub.

Parkda Muğam mərkəzi ilə yanaşı Gənclər evi, Ahıllar istirahət klubu inşa edilib. Hazırda Qarabağ Muğam Mərkəzində Ağcabədi, Ağdam, Laçın, Beyləqan, Xocavənd və digər rayonlardan 70 gənc muğam sənətini öyrənir.

1961-ci ildə tikilmiş mədəniyyət evi prezident İlham Əliyevin ayırdığı vəsait hesabına əsaslı təmir edilərək yeni, müasir görkəm alıb. Ü.Hacıbəyov adına Park musiqisevərlərin sevimli istirahət yerinə çevrilib.

Parkda dahi bəstəkarın büstü və əsərlərindəki müxtəlif personajları əks etdirən miniatür heykəllər qoyulub.

Ağcabədi Regional Mədəniyyət İdarəsinin müdiri Rza Quliyev və baş mühasib Namizəd Muxtarovun mədəniyyətin inkişafında əməyi az olmayıb.

Onlar sədaqətli xidməti, regional idarəyə tabe olan mədəniyyət şöbələrində gördükləri işlərin şəffaflığı göz qabağındadır. Hətta Hesablama Palatasının apardığı araşdırmalar da bunu təsdiqləyir.

Yoxlamalar zamanı heç bir nöqsan aşkarlanmayıb. Bu da ilk növbədə baş mühasib Namizəd Muxtarovun saat kimi dəqiq, vicdanlı və şəffaf işləməsinin nəticəsidir.

İdarə müdiri R.Quliyevlə baş mühasib N.Muxtarovun çiyin-çiyinə əzmkarlıqla xidmət göstərməsi Ağcabədi regional mədəniyyət idarəsinin işinin operativ, dinamik olmasına gətirib çıxarıb.

Muxtarov Namizəd Rəfail oğlu 1987-ci ildə Ağdamın Qızıllı kəndində anadan olub. 2009-cu ilin noyabrından 2012-ci ilin sentyabrına kimi Ağdam rayon Statistika idarəsində mühasib işləyib.

2015-ci ilin dekabrına kimi Ağdam rayon Boyəhmədli inzibati ərazi nümayəndəliyinin mühasibi işləyib. 2015-ci ilin dekabrında Ağdam rayon Mədəniyyət və Turizm Şöbəsində baş mühasib vəzifəsində işləyib.

05 yanvar 2017-ci il tarixdən Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsində Baş mühasib vəzifəsində işləyir. Rza Quliyevin təcrübəsi, Namizəd Muxtarovun gənc kadr kimi bacarıqlı və səriştəli olmasından irəli gəlir.

İdarənin əməkdaşları bölgələrdə tədbirlər keçirir, maarifləndirmə işləri görürlər. Elə 22 yanvarda Ağcabədinin Taxta-körpü qəsəbəsində Laçın rayon üzrə nümayəndəliyinin mədəniyyət sahəsində 2018-ci ildə görülən işlər və 2019-cu ildə qarşıda duran məsələlər haqqında hesabat yığıncağı keçirilib.

Ağcabədidə Heydər Əliyev Mərkəzi, Tarix-diyarşünaslıq muzeyi, Tarix-diyarşünaslıq muzeyinin filialı Həmidə xanım Məmmədquluzadənin ev muzeyi, Yaqub Məmmədov adına Rayon Mədəniyyət Mərkəzi, 27 kənd klubu,3 qəsəbə klubu ,6 kənd mədəniyyət evi, Üzeyir Hacıbəyli adına şəhər uşaq İncəsənət məktəbi, şəhər uşaq musiqi məktəbi, Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi, Hindarx qəsəbə uşaq musiqi məktəbi, 6 kənd uşaq musiqi məktəbi, rayon Dövlət Rəsm Qalereyası, Mərkəzi kitabxana, 2 qəsəbə və 36 kənd filial kitabxanaları fəaliyyət göstərir.

Ağcabədi rayonunda ölkə əhəmiyyətli 69, yerli əhəmiyyətli 5 arxeoloji abidə, ölkə əhəmiyyətli 4, yerli əhəmiyyətli 2 memarlıq abidəsi və ölkə əhəmiyyətli 12 bağ-park monumental və xatirə abidələri var.

Ölkə əhəmiyyətli arxeoloji abidələr: Tunc dövrünə aid Salmanbəyli (hal-hazırda arxeoloji qazıntılar aparılır) Qalatəpə kurqanı, eneolit dövrünə aid Kamiltəpə yaşayış yeri ( hal-hazırda arxeoloji qazıntılar aparılır) tunc dövrünə aid Hindarx qəsəbəsi ərazisində Qazantəpə kurqanı, tunc dövrünə aid Hindarx qəsəbə ərazisində Görüştəpə kurqanı, Ağcabədi şəhərində XX əsrə aid yerli əhəmiyyətə malik məsсid, Ağcabədi şəhərində yerli əhəmiyyətə malik BVM-də həlak olmuş həmvətənlərimizin, Qarabağ müharibəsi zamanı şəhid olmuş övladlarımızın xatirə bağ-park abidələri və s var.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ