SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İcra başçısının qardaşının Mollakənd Mexaniki Suvarma İdarəsində şok talanı...

İcra başçısının qardaşının Mollakənd Mexaniki Suvarma İdarəsində şok talanı...

Tarix:

22-01-2019, 23:48

/ 3 713 dəfə oxundu.
İcra başçısının qardaşının Mollakənd Mexaniki Suvarma İdarəsində şok talanı...

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin idarə və müəssisələrinin hansının barəsində internetdə axtarış verirsə, müsbət məlumata rast gəlinmir. Yalnız yeyinti, maxinasiya...

Cahan.info-nun mediada yayılmış xəbərlərə istinadən yazdığına görə, onlardan biri də Kürdəmirdə fəaliyyət göstərən Mollakənd Mexaniki Suvarma İdarəsidir. Bu haqda araşdırmamızı təqdim edirik:

Belə ki, idarənin əvvəlki rəisi Həmid Abbasovdan fərqlənməyən hazırkı rəis Valeh Qaraşov Mollakənd Mexaniki Suvarma İdarəsini çapıb-talamaqla məşğuldur.

Lənkəranın icra başçısı Taleh Qaraşovun qardaşı olan Valeh Qaraşov öz rayonunda “meydan sulayır”.

İddia olunur ki, Mollakənd Mexaniki Suvarma İdarəsində dövlətdən ayrılan vəsaitlər mənimsənilib, idarənin balansında olan texnikalar, avadanlıqlar və su-təchizat qurğularısatılaraq külli miqdarda dövlət vəsaitini mənimsəyib.

Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsi su nasosları vasitəsi ilə Kür çayından Kürdəmir rayonunun 30-a yaxın kəndinin su ilə təminatını və 40 min hektara yaxın əkin sahəsinin suvarılmasını həyata keçirir.

İdarənin xidmət sahəsində ümumilikdə 575 km kanal, 48 nasos stansiyası, 85 hidrotexniki qurğu və 150-yə yaxın işçi var.

İdarənin balansında olan kanalların lildən təmizlənməsi, il boyu kanalların təmiri ilə bağlı həyata keçirilən maliyyə əməliyyatları idarə rəisini varlandırır.

İddiaya əsasən hər il idarənin mühasibatlığında kanalların lildən təmizlənməsi adı altında böyük pullar “yuyulur”.

Yığılan vəsaitin yerdə qalan hissəsi isə hər il Mollakənd Mexaniki Suvarma İdarəsinin balansındakı texnikaların təmirinə, mal matrealların, mexaniki qurğular üçün ehtiyyat hissələri, elektirik avadanlıqlarının təmiri, mexanizmlər üçün ehtiyyat hissələrin alınmasına və suvarma şəbəkələrinin lildən təmizlənməsinə istifadə adı altında “silinir”. Alınan mal-materiallar, ehtiyyat hissələrinin qiymətlərinin bir neçə dəfə şişirdildiyi qeyd olunur.

Cahan.info dia.az-a istinadla xəbər verir ki, digər gəlir mənbəyi isə Meliorasiya və Su Təsərrüfatı ASC-dən ayrılan yanacaq və sürtgü yağlarının mənimsənilməsidir.

Qurğulara ayırdığı yanacaq və sürtgü yağları idarə müdiri tərəfindən sənədləşdirmələrdə bir neçə dəfə artırılır.

Mətbuatdakı xəbərlərə görə, idarə müdiri dövlətdən oğurladığı tonlarla yanacağı və sürtkü yağını 5 qəpik ucuz qiymətə Yevlax və Bərdə rayonlarındakı yanacaqdoldurma məntəqələrinə satdırır.

Bildirilir ki, Valeh Qaraşov hələ Qış Otaqlarını Suvarma İdarəsinin rəisi vəzifəsində işlədiyi vaxt 261 kilometr uzunluğunda R-5 diametrli su borularının, bir ədəd buldozerin və elektrik transformatorunun kənara satışını həyata keçirərək, əldə olunan külli-miqdarda vəsaiti isə başqa işlərə sərf etmişdi.

Onun bu fəaliyyəti rəhbərlik etdiyi Mollakənd Mexaniki Suvarma İdarəsində davam etməkdədir. Valeh Qaraşov ilk olaraq “maraq” göstərdiyi sahə texnikaya ayrılan yanacaqla bağlı oldu.

İddia olunur ki, idarə müdiri Ucarda yerləşən YSM bazasından daha çox yanacaq-sürtkü materiallarının alınması üçün idarənin qarajında duran və qətiyyən istismar olunmayan texnikaya da saxta yol vərəqələri yazdırır.

Artıq alınan dizel yanacağı və digər materiallar isə müxtəlif yanacaq doldurma stansiyalarına satılır.

Həmçinin məlumatlarda qeyd olunur ki, suvarma idarəsində dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə “nağdlaşma” üsulu geniş tətbiq olunur. Bu zaman sadə, lakin çox effektiv sxemdən istifadə olunur.

Belə ki, idarə guya ki, müxtəlif işlərin görülməsi üçün bir neçə özəl kiçik müəssisə ilə müqavilələr bağlayır. Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər.

Onların hesabına köçürülən pullar isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və maxinasiyanın iştirakçıları arasında bölüşdürülür.

Valeh Qaraşovun daha bir gəlir mənbəyi kimi də idarənin balansında olan müxtəlif texnikanın müxtəlif fiziki və hüquqi şəxslərə icarəyə verilməsidir.

Digər tərəfdən də yerli fermerlər hələ də Mollakənd Mexaniki Suvarma İdarəsinin fəaliyyətində çoxsaylı nöqsanların olduğundan şikayətlənirlər. Artıq qeyd olunduğu kimi bu idarə rayon ərazisində 23971 hektar əkin sahəsini suvarma suyu ilə təmin edir.

Su nasoslar vasitəsi ilə Kür çayından götürülərək rayonun 30-dan çox kəndinin 35 min hektaradək ərazisinə verilir. İdarənin xidmət sahələrində ümumilikdə 568 km kanal, 47 nasos stansiyası, 82 hidrotexniki qurğu var.

Yerli sakinlər isə iddia edirlər ki, mütəmadi olaraq melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür.

İdarənin əməkdaşları yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar.

Kürdəmir rayonu iqlim şəraitinə görə respublikanın ən isti və quraq bölgələrindən biri hesab olunur. Bu səbəbdən rayon ərazisindəki bütün əkin sahələri də suvarılan torpaqlardır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ