SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Təbii sərvətlərimizə qənim kəsilənlər – Muxtar Babayev 9 saylı Regional Ekologiya İdarəsinin özbaşınalığına nə vaxt son qoyacaq?

Təbii sərvətlərimizə qənim kəsilənlər – Muxtar Babayev 9 saylı Regional Ekologiya İdarəsinin özbaşınalığına nə vaxt son qoyacaq?

Tarix:

22-01-2019, 11:47

/ 1 235 dəfə oxundu.
Təbii sərvətlərimizə qənim kəsilənlər – Muxtar Babayev 9 saylı Regional Ekologiya İdarəsinin özbaşınalığına nə vaxt son qoyacaq?

Bu ərəfələrdə ölkə başçısı tərəfindən bir neçə dövlət qurumunun ləğv olunması, bəzilərinin statuslarının dəyişdirilməsi və səlahiyyətlərinin başqa qurumlar arasında bölüşdürülməsi barədə qərar veriləndən və bu dəyişikliklərdən irəli gələn vəzifələrin həlli Nazirlər Kabinetinə tapşırılandan sonra baş verənlərə münasibət bildirən bəzi ekspertlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) də ləğv olunaraq səlahiyyətlərinin Kənd Təsərrüfatı Nazirliyinə verilməsinin məqsədəuyğunluğu barədə fikirlər səsləndirdilər. Müşahidə olunanlar belə güman etməyə əsas verir ki, ETSN rəhbərliyində belə bir gözləntini real hesab edirlər. Belə ki, Nazirliyin bir çox struktur vahidlərinin vəzifəli şəxsləri sanki “çemodan əhval-ruhiyyəsi”ndəymişlər kimi özlərini aparır, onlara edilən müraciətlərə qeyri-həssas yanaşır, ekologiya qanunvericiliyinin tələblərini pozanlara qarşı sərt tədbirlər görmək əvəzinə, onların əməllərinə göz yummağa üstünlük verirlər. Bu cür görməzdən gəlmə halları isə bildiyimiz kimi, təmənnasız olmur. Başqa sözlə, nə qədər ki vəzifədədirlər, dövlətə, xalqa xidmət etmək əvəzinə ciblərini doldurmqla məşğuldurlar.

Sadiq oxucularımız xatırlayarlar, keçən ilin sonuna yaxın saytımızda (RealMedia.az-red)gedən tənqidi yazılardan birində Füzuli rayonunun Horadiz qəsəbəsində mal bazarının arxa tərəfində dövlət fond torpaqlarına aid ərazidə işbazlar tərəfindən qanunsuz qazıntı işləri aparılaraq yerin təkinin istifadəsi qaydalarının pozulması yolu ilə istismar edilməsi barədə məlumat yaymışdıq. Məqalədə bildirilirdi ki, daşınan torpağın Xocavənd köçkünləri üçün salınan 145 ailəlik qəsəbənin inşası üçün aparıldığı da məlumdur. Onu da bildirmişdik ki, Nazirliyə və sözügedən əraziyə nəzarət etməklə vəzifələndirilmiş 9 saylı Regional Ekologiya İdarəsinin rəisi Mübariz Hacıyevə tərəfimizdən xəbər verilməsinə, Hacıyevin özünün və İdarənin əməkdaşlarının hadisə yerində olmalarına baxmayaraq ciddi tədbir görülmür, qanunsuzluğa qol qoyan şəxsin və ya şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində əməli addım atılmır. Halbuki, 9 saylı Regional Ekologiya İdarəsinin mənsubları Əmlak Məsələləri dövlət Komitəsinə müraciət etməli, ərazinin mənsub olduğu orqanı və işləri həyata keçirən şəxsin kimliyini dəqiq müəyyəınləşdirməliydilər. Lakin, biz Nazirliyi müraciət edəndən sonra İdarədən bizə gələn cavabda göstərilib ki, həqiqətən də keçirilən baxış zamanı ərazidə qanunsuz qazıntı işlərinin aparıldığı müəyyənləşdirilib və iş görən şəxsin kimliyi yalnız şifahi verilən məlumatlara əsasən fiziki şəxs İsmayılov Əvəz Novruz oğlu olduğu müəyyənləşdirilib. İdarədən verilən cavaba görə, həmin şəxs izahat vermək üçün dəvət edilsə də, o, izahat verməkdən imtina edib. Bundan sonra onun barəsində polisə məlumat veriblər.

Bütün müşahidə olunanlar göstərir ki, ərazi ekologiya idarəsinin mənsubları İsmayılovun qanunsuz hərəkətlərinə lazım olduğu qədər ciddi reaksiya vermirlər. İstəyirlər ki, ən yaxşı halda o, cərimə ödəməklə tam məsuliyyətdən kənarda qalsın.

Bildiririk ki, yanvar ayının 16-da əməkdaşımız sözügedən ərazidə olmuş, qanunsuz qazıntı işlərinin yenə də aparıldığını müşahidə etmiş, iş görən şəxslərin onun apardığı çəkilişə mane olmaq, hətta onu döymək cəhdləri ilə üzləşmiş, DİN-nin “102” xidmətinə məlumat vermişdir. Əməkdaşımız həmçinin, əraziyə təşrif buyuran yerli polis əməkdaşlarına izahat da vermişdir. Bundan başqa, əməkdaşımız hadisə yerindən 9 saylı Ərazi Ekologiya İdarəsinin rəis müavini Elməddin Ağayevə də zəng vurmuş, dərhal hadisə yerinə gəlmələrini xahiş etmiş, lakin onun xahişi yerinə yetirilməmişdir.

Xatırlatmağa dəyər ki, RealMedia.az saytın olaraq bu mövzuda gedən yazıların təsiri ilə Füzuli RİH-nin başçısı Alı Alıyev qanunsuz qazıntı işlərinin aparıldığı sözügedən ərazidə polis postunun qurulmasını da tapşırmışdı. Lakin insdidentin baş verdiyi 16 yanvar 2019-cu il tarixdə rayon rəhbəri ölkədə deyil, Moskvada olduğundan vəziyyət necə deyərlər, “boş buraxılmışdır”.

Kuluarlarda gedən söhbətlərdən sızan məlumatlara görə 9 saylı Ərazi Ekologiya İdarəsinin Füzuli rayonu üzrə müfəttişi Nazim adlı şəxs məhrəm söhbətlərində qanunazidd əməllər törədən şəxslərlə bacarmadığını etiraf etmişdir. Hərçənd, o, heç də görməli olduğu bütün tədbirləri görmür ki, bu da sözü ilə əməli arasında uyğunsuzluq olduğunu ortaya qoyur. Həmçinin, sızan, sızdırılan söhbətlərə görə məlum qanunsuz qazıntı işləri sahənin tanınmış yüksək vəzifəli şəxslərindən olan Mürsəl müəllimin hamiliyi ilə həyata keçirildiyi deyilir. Gah da informasiya sırışdırılır ki, qazılan torpaq hərbi hissəyə daşınır.

Məlumat üçün xatırladaq ki, bir qədər əvvəl ETSN içində Daxili Təhqiqat İdarəsi yaradılıb. Amma məhz bizim qaldırdığımız məsələ ilə əlaqədar bu idarənin fəaliyyəti gözə dəymir.

Yazıda adı çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırıq.

RealMedia.az

P.S. İrəlləyən günlərdə 9 saylı Regional Ekologiya İdarəsində yuva salmış “Bərdə mafiyası” haqqında oxuyacaqsınız.
Təbii sərvətlərimizə qənim kəsilənlər – Muxtar Babayev 9 saylı Regional Ekologiya İdarəsinin özbaşınalığına nə vaxt son qoyacaq?
Təbii sərvətlərimizə qənim kəsilənlər – Muxtar Babayev 9 saylı Regional Ekologiya İdarəsinin özbaşınalığına nə vaxt son qoyacaq?
Təbii sərvətlərimizə qənim kəsilənlər – Muxtar Babayev 9 saylı Regional Ekologiya İdarəsinin özbaşınalığına nə vaxt son qoyacaq?
Təbii sərvətlərimizə qənim kəsilənlər – Muxtar Babayev 9 saylı Regional Ekologiya İdarəsinin özbaşınalığına nə vaxt son qoyacaq?
Təbii sərvətlərimizə qənim kəsilənlər – Muxtar Babayev 9 saylı Regional Ekologiya İdarəsinin özbaşınalığına nə vaxt son qoyacaq?

Şərhlər

XƏBƏR LENTİ