SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Xızı Rayon Polis Şöbəsində 20 Yanvara həsr olunmuş anım mərasimi keçirilib - FOTO

Xızı Rayon Polis Şöbəsində 20 Yanvara həsr olunmuş anım mərasimi keçirilib - FOTO

Tarix:

21-01-2019, 15:35

/ 5 933 dəfə oxundu.
Xızı Rayon Polis Şöbəsində 20 Yanvara həsr olunmuş anım mərasimi keçirilib - FOTO

Xızı Rayon Polis Şöbəsində xalqımızın qan yaddaşına hünər, qəhrəmanlıq salnaməsi kimi daxil olmuş 20 Yanvar gününə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə RPŞ-nin əməkdaşları “Şəhidlər” abidəsini ziyarət edərək, önünə təzə-tər çiçəklər düzüblər. Daha sonra Polis Şöbəsinin inzibati binasında davam edən tədbirin əvvəlində faciə qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xızı RPŞ-nin rəisi, polis polkovnik leytenantı Həmid Həsənov keçən əsrin sonlarında ən dəhşətli üsullarla törədilmiş faciələrdən biri kimi tarixə düşən Qanlı Yanvar hadisəsinin xalqımızın qan yaddaşına həkk olunduğunu bildirib. H.Həsənov qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımız üçün unudulmaz faciə olsa da, eyni zamanda bir qəhrəmanlıq nümunəsidir. Çünki qətliam qurbanları canları bahasına 70 illik sovet imperiyasının süqutunun əsasını qoydular. Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq nəticəsində 20 Yanvar qətliamından sonra SSRİ-yə olan inam tamamilə itdi və Azərbaycanın müstəqilliyi uğrunda hərəkat daha geniş vüsət aldı. Çox keçmədi ki, xalqımızın şərəfli mübarizəsi bəhrəsini verdi və 1991-ci ilin 18 oktyabrında uzun illərdən sonra dövlət müstəqilliyimiz yenidən bərpa edildi.

Qanlı Yanvar faciəsindən dərhal sonra qəlbi vətən eşqi ilə döyünən ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedib öz etiraz səsini ucaltdı, hadisəyə siyasi-hüquqi qiymət verilməsi də məhz ulu öndərin yenidən hakimiyyətə qayıdışı dövründə mümkün oldu.

Rəis onu da qeyd etdi ki, vətənimizin müstəqilliyi və azadlığı uğrunda həyatlarını itirən igid övladlarının xatirəsi hər zaman qəlblərdə yaşayır, onların qəhrəmanlıqları heç vaxt unudulmur.
Xızı Rayon Polis Şöbəsində 20 Yanvara həsr olunmuş anım mərasimi keçirilib - FOTO
Xızı Rayon Polis Şöbəsində 20 Yanvara həsr olunmuş anım mərasimi keçirilib - FOTO
Xızı Rayon Polis Şöbəsində 20 Yanvara həsr olunmuş anım mərasimi keçirilib - FOTO

Şərhlər

XƏBƏR LENTİ