SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Rəcəb Babaşov xalqdan qaçır... - GİLEY

Rəcəb Babaşov xalqdan qaçır... - GİLEY

Tarix:

18-01-2019, 23:11

/ 1 025 dəfə oxundu.
Rəcəb Babaşov xalqdan qaçır... - GİLEY

Prezident İlham Əliyevin məmurlardan əsas tələblərinin başında gələni onların xalqla təmaslarının intensiv təşkilidir, desək, yanılmarıq. Bunu elə ayrı-ayrı nazirlərin, komitə sədrlərinin, deputatların təşkil etdiyi vətəndaş qəbullarının populyarlılığından, habelə bir siyasətə çevrilməsindən də aydın şəkildə görmək olar. Amma maləsəf ki, əksər icra başçıları üçün qeyd etdiyimiz tələbin zərrə qədərində əhəmiyyəti də yoxdur.

Doğrudur, bunu prioritet dəst-xətt kimi qəbul edib, fəaliyyətini quranlar da var. Məsələn, Beyləqanın icra başçısını davamlı olaraq xalqla təmasda görmək olar... Hətta yerli sakinlər onu əksər hallarda icra hakimiyyətinin qarşısındakı parkda da rahatlıqla görə bilirlər. Eləcə də Füzuli, Tərtər kimi rayonların rəhbərləri də xalqla təmasa maraqlı görünürlər.

Amma Qazaxda bu belə deyil və DİA.AZ-a müraciət edən Qazax rayon sakinləri bizdən soruşurlar ki, bəlkə onların icra başçılarını Bakıda görən olub...

Sakinlər bildirirlər ki, başçının qəbuluna düşmək Qazaxda loteereya udmaq kimi bir şeydir: "Biz üzümüzü ölkə rəhbərliyinə tutaraq xahiş edirik ki, Qazaxa xalqdan qorxmayan bir rəhbər göndərilsin. Rəcəb Babaşov elə bil ki, Qazaxa müvəqqəti gəlib, hər an gedəcəyini bildiyindən, ya nədən rayonun halına acımır. Bizə ünvan deyin ki, ora şikayət edək, dərdimizi deyək"...

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Dia.az

Şərhlər

XƏBƏR LENTİ