SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “2 ildir icra nümayəndəliyi mənə subsidiya yazmır” - Fermer haqqını ala bilmir-Masallıda

“2 ildir icra nümayəndəliyi mənə subsidiya yazmır” - Fermer haqqını ala bilmir-Masallıda

Tarix:

18-01-2019, 11:33

/ 1 198 dəfə oxundu.
“2 ildir icra nümayəndəliyi mənə subsidiya yazmır” - Fermer haqqını ala bilmir-Masallıda

Masallı rayon, Hacıtəpə kənd sakini Zahir Şəmmədov əkdiyi taxıla görə, artıq 2 ildir subsidiya ala bilmir.

“Cümhuriyət” qəzetinə müraciət edən Z.Şəmmədov Masallı rayon Hacıtəpə kənd Xırmandalı icra nümayəndəliyindən şikayətçi olduğunu bildirib.

“İki ildir dövlətin ayırdığı subsidiyanı ala bilmirəm. Bu il də buğda əkmişəm, amma Xırmandalı icra nümayəndəliyi sənədlərini göndərmədiyi üçün subsiydiya da ayrılmayıb. Bələdiyyə gəlib yazır, icra nümayəndəliyinə göndərilir, amma mənə düşən pulu ala bilmirəm.Səbəb kimi bələdiyyənin rəy yazmadığı göstərilir.Amma bələdiyyəyə gedirəm, onlar deyir yazmışam, kitabda da göstərilir.İcra nümayəndəliyi də əkin sahəsinə baxış keçirib.Buğda əkiminə görə dövlət büdcəsindən suvarmaya, azota görə subsidiya ayrılıb.Amma icra nümayəndələri sənədləri yazmır deyə, ala bilmirik.Bələdiyyə gəlib ölçüb, biçib yazıb, sənədlər də İcra nümayəndəliyindədir.İcra nümayəndəsi Məhərrəm İbrahimovun müavini Vidadi Abbasov da gəlib baxıb” - deyə, Z.Şəmmədov şikayətində deyib.

Məsələ ilə bağlı Xırmandalı bələdiyyəsinin sədri Şakir Şəmmədov “Cümhuriyət” qəzetinə açıqlamasında problemin İcra nümayəndəliyindən qaynaqlandığını deyib:

“Subsidiyaları İcra nümayəndəliyi yazır. İcra nümayəndəsi Məhərrəm İbrahimov isə 1 ilin cəmi 2 ayı işdə, qalan vaxtlar bülletendə olur.Onun müavini Vidadi Abbasov isə deyir ki, “qoçuyam, yazmıram”. Zahir Şəmmədovun ərazisinə baxış keçirmişik, ötən il də, bu il də buğda əkib. Ərazi nümayəndəsi deyir ki, mənə heç kim bata bilməz. İstədiyimi edirəm.Biz elə onunla birlikdə sahəyə baxış etmişik, amma subsidiyanı onlar yazır.Sənədlər də elə onun özündəndir.Sadəcə necə edibsə, “itirib”, yoxa çıxarıb, sənədlər yoxdur”.

Masallı rayon İcra Hakimiyyətinin Xırmandalı inzibati ərazi üzrə nümayəndəliyinin sədri Məhərrəm İbrahimov isə problemin onlarla əlaqəsi olmadığını deyib:

“Onlar komissiyaya sənəd verməyib. Ona görə də onlara subsidiya ayrılmayıb.Aparıb verib bələdiyyəyə, onlar da gətirib otağa qoyub.Komissiyanın sədri Vidadi Abbasov deyil.Komissiyanın sədri Kənd Təsərrüfatı İdarəsinin sədridir.Sənədlər ora təqdim olunur, sonra komissiya baxıb rəy verib. Bu adam da həmin dövr üçün yəni, dekabrın 26-na qədər sənəd təqdim etməyib. Sənəd verməyən tək Zahir Şəmmədov deyil, 19 nəfərdir.Onların hamısının sənədi də bələdiyyənin otağından çıxdır.Bələdiyyə sədrinin deməyilə deyil”.

Qeyd edək ki, buğda və çəltik əkininə görə, buğda istehsalının stimullaşdırılması ilə əlaqədar olaraq, hər hektara dövlət büdcəsinin vəsaiti hesabına 40 manat subsidiya ödənilir.Buğda istehsalçısı həm yanacaq, motor yağlarına görə, həm də buğda istehsalının stimullaşdırılmasına görə, ümumilikdə 90 manat subsidiya ala bilər. Subsidiyaları almaq üçün isə müraciət qaydası bu cür tənzimlənib: Kənd bələdiyyələri tərəfindən əkin sahələri və digər əkinlə bağlı məlumatlar nazirliyin yerli qurumuna göndərilir. Onlar da təsdiqlədikdən sonra məlumatları respublika komissiyasına göndərirlər.Komissiyada müxtəlif nazirliklərin nümayəndələri iştirak edir.Yekun qərar Maliyyə Nazirliyinə göndərilir.Fermerlər vəsaiti “Kapital bank”ın plastik kartları vasitəsilə əldə edirlər.

Şərhlər

XƏBƏR LENTİ