SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Lerikin başçısı üç kəndi ayağa qaldırır: susuz camaat yürüş edəcək- Özbaşınalıq

Lerikin başçısı üç kəndi ayağa qaldırır: susuz camaat yürüş edəcək- Özbaşınalıq

Tarix:

17-01-2019, 18:53

/ 1 293 dəfə oxundu.
Lerikin başçısı üç kəndi ayağa qaldırır: susuz camaat yürüş edəcək- Özbaşınalıq

Lerikin Şivlə, Biləvar və Geskon kəndləri etiraza başlayıblar

Cahan.info xəbər verir ki, bu barədə rayon sakinləri məlumat veriblər. Onlar bildiriblər ki, Lerikin icra başçısı Rövşən Bağırov 3 kəndi susuz qoyur.

Sakinlər bununla bağlı dəfələrlə Prezident Adminstrasiyası, “Azərsu” ASC, Lerik Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyində olublar, etirazlarını bildiriblər.

Onlar deyirlər ki, kəndlərin istifadə etdiyi “Şüpək” meşə massivindəki su qonşu kəndlərə aparılacaqsa, bu kəndlər köçmək təhlükəsi ilə üz-üzə qalacaqlar və eyni zamanda böyük bir meşə massivi də quruyub sıradan çıxacaq.

Sakinlər iddia edirlər ki, icra başçısı Rövşən Bağırov zorla suyu icra başçısının müavini Habil Məlikovun kəndinə aparır.

Yaxın günlərdə Prezident Adminstrasiyasına gələcəklərini deyən sakinlər qeyd ediblər ki, icra başçısı onların heç bir tələbini dinləmir, hətta zor tətbiq etməklə hədələyir.

Lerikdə yaşayış dözülməz haldadır, heç bir iş yeri yoxdur. Məmur özbaşınalığı davam edir: "Bütün bunlarda günahkar icra başçısı Rövşən Bağırov və onun birinci müavini Cəlil Baxşıyevdir. Rayonu Cəlil Baxşıyev idarə edir.

Bütün məmurlara da tapşırıqları o verir. Hətta prezidentin səfərindən öncə idarə müdirlərindən də "haqq" toplayıb ki, hazırlıq tədbirləri görməliyik. Amma nədənsə son günlər ən çox mediada adı hallanan və tənqid olunan icra başçısının müavini Habil Məlikovdur.

Niyə? Axı Habil Məlikova da tapşırıqları başçının adından Cəlil Baxşıev verir. Cəlil Baxşıyev Habil Məlikovu hədəfə çıxarmaqla nə məqsəd güdür? Təbii ki, özünü qorumaq, tənqidlərdən kənar tutmaq və s.

Lerikin icra başçısı nə sakinləri dinləyir, nə camaata qulaq asır, nə şikayətçiləri qəbul edir, nə kəndlərdə görüşlər keçirir. Artıq onun da istefasının vaxtı çiban kimi yetişib.

Ölkə başçısı İlham Əliyev Lerik rayonuna icra başçı Rövşən Bağırovu başçı təyin etdikdə ona inanıb və etimad göstərib. Əfsuslar olsun ki, prezidentin bu inamı R. Bağırov tərəfindən doğrulmadı. Əksinə, milyonlara sahib çıxan icra başçısı obiyektlər və villalar əldə etdi.

Elə bu villalardan biri “Dostluq” parkında inşa edilmişdi. Məhz məlum məsələdən sonra “Dostluq” parkında villaların söküntüsü başlanıldı.

Necə deyərlər, Rövşən Bağırovun dalağı sancmağa başladı.

Ölkənin dağ rayonunda məmur özbaşınalığı ayaq açıb yeriməkdədir. Lerikin ucqar ərazidə yerləşməsi vəzifəli şəxslərin qanunsuzluqları aşkar şəkildə həyata keçirməsinə geniş imkan yaradıb.

Sakinlər bildirirlər: “Rayon başçısı Rövşən Bağırov müavini Habil Məlikovla kəndlərimizi cox ağır bir vəziyyətlə üz-üzə qoyublar. Bu işdə “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynov da onlarla əlbirdir.

Maraqlıdır, bəs bizim arxamızda kim dayansın? Biz kimə güvənək? Əgər rayon rəhbərliyi bizi Prezidentin təyin etdiyi məmur və ya onun mühafizəçisi ilə təhdid edirsə, nə edək?

Biz bu iddiaya inanmaq istəmirik. Hətta “Azərsu” ASC-yə gedib Qorxmaz Hüseynovla görüşmək istədik. Bizi qəbul etmədi. Layihənin rəhbəri ilə görüşüb dedik ki, bu su getsə, biz köçməliyik.

Cənab Prezident, bir daha qeyd edək ki, kəndlərimizdə 1200 nəfərdən çox əhali yaşayır. Təkcə Şivlə kəndi Qarabağ savaşında, biri Azərbaycanın Milli Qəhrəmanı olmaqla, 6 şəhid verib.

Azərbaycanın Milli Qəhrəmanı Fərhad İslam oglu Ağayev 1995-ci ilin mart hadisələrində dövlət çevrilişinə cəhdin qarşısını alarkən şəhid olub.

Kəndlərimiz dövlət tədbirlərində həmişə fəal olmaqla öz Prezidentinin arxasındadırlar. Kəndlərimizi su ilə təmin edən Şüpək bulağının suyunu Şingədulan ərazisinə çəkdirmək istəməklə Rövşən Bağırov və müavini Habil Məlikov əhalini cəzalandırmaq istəyirlər.

Səbəb iki kəndin əhalisi ilə rayon başçısı arasında məlum yol probleminin olmasıdır. Başçı öz müavini ilə Şingədulan ərazisindən toplanan rüşvəti alaraq, özünün etiraf etdiyi kimi, ”qara dəftər”inə saldığı kəndlərimizi çəzalandırmaq istəyir.

Yenə kəndlərimizə “YENİ İL HƏDİYYƏSİ” kimi Su təsərrüfatı idarəsinin texnikasını töküb suyumuzu başqa əraziyə cəkdirir…”

Lerik meşələrində qiymətli ağaclar doğranaraq mebel sexlərinə satılır. Lerikik rayonun Günəşli kənd ərazisində meşələrin kütləvi qırılması müşahidə edilir. Bu barədə kənd sakinləri məlumat veriblər. Onlar deyiblər ki, ağacların qırılmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), həmçinin Lerik rayon İcra Hakimiyyəti məsuliyyət daşıyır.

Sakinlər bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət etsələr də, heç bir reaksiya verilməyib: "Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevə müraciət etmişdik, amma heç bir tədbir görülməyib".

Onlar bildiriblər ki, son vaxtlar 80-a yaxın nadir ağac növü kəsilib: "Bu cür hallar Lerik rayon ərazisində hər zaman baş verib, hazırda da davam edir".

Sakinlər yazıblar ki, ötən illərdə etdikləri şikayətlər əsasında ETSN-nin komissiyası, inspektor Amil Bayramovun rəhbərliyi ilə Lerik rayonunda yerləşən meşə massivləri yoxlanıb.

İkinci yoxlama isə ETSN-nin əməkdaşları Raquf Mirzəyev, Ceyhun Axundov və Dədəxan Sədiyevin iştiraki ilə baş tutub, amma problem həll olunmayıb. Kəsilən ağaclar əsasən fıstıq, palıd, vələs, dəmirğac və nəsili kəsilməkdə olan azat ağaclarıdır.

Həmin ağaclar kəsilərək, Bakı və digər iri sənaye şəhərlərində fəaliyyət göstərən mebel sexlərinə satılır.

Jurnalist Elxan Mirzəyev bildirir ki, müxtəlif ərazilərdə on minlərlə ağacların kəsilməsi faktı aşkarlanıb və bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verib.

Şərhlər

XƏBƏR LENTİ