SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Niyazi Bayramovun Gəncəsi: sosial yardım və bələdiyyə rüşvət cəngində- Yeni araşdırma...

Niyazi Bayramovun Gəncəsi: sosial yardım və bələdiyyə rüşvət cəngində- Yeni araşdırma...

Tarix:

17-01-2019, 18:51

/ 1 352 dəfə oxundu.
Niyazi Bayramovun Gəncəsi: sosial yardım və bələdiyyə rüşvət cəngində- Yeni araşdırma...

Gəncədən müxtəlif xəbərlər gəlməkdədir.

Cahan.info xəbər verir ki, onlardan biri sosial yardımla əlaqədardır. Son illər Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) üçün müraciət prosedurları elektronlaşsa da, Gəncədə hələ də bu “yardım” rüşvətlə başa gəlir.

Belə ki, aztəminatlı ailənin təmsilçisi bir qədər pulundan keçib, lazımi sənədləri almaq, özünün təmsilçilik hüququnu rəsmiləşdirmək üçün sənədlərin dövlət rüsumlarını ödəməlidir.

Ardınca bu sahədə fəaliyyət göstərən müraciətçilərə pul ödəməklə müraciət etməlidir. Bu hələ hamısı deyil!

Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu işlərə məsul nümayəndələri müraciətçinin sənədlərində elektron olaraq, bir problem tapıb “VEMTAS” sistemi ilə imtina sms-i göndərməsələr, işin yarısını alınmış saymaq olar.

Daha sonra vətəndaşın qeydiyyatda olduğu rayon üzrə Dövlət Sosial Müdafiə Mərkəzinin əməkdaşları vətəndaşın evinə, yaşayışına baxış keçirib, müayinə aktı imzalayırlar. Və yenidən yardım üçün rüşvət mexanizmi işə düşür...

Gəncənin Nizami rayonu ərazisində yaşayan, aztəminatlı ailə təmsilçisi, adının çəkilməsini istəməyən vətəndaş məlumat verir ki, ailəsinə ÜDSY təyin olunması üçün müraciəti göndərən ofis əməkdaşlarına 140 manat pul verib.

Sosial Müdafiə Mərkəzinin ekspert-əməkdaşı Samirə Həsənovaya isə, təyin olunmuş ÜSDY-nin məbləğinin 5 aylıq dəyərini öncədən verib.

Yoxsa bu yardımı almaq mümkün olmur. Mərkəzin rəis müavini Anar Əliyev isə deyilənləri qəbul etmir, bu işin tamamilə şəffaf aparıldığını bildirir.

Bundan başqa, Gəncə bələdiyyələri də rüşvətdə sosial yardım işi düzəldənlərdən geri qalmırlar. Yerliözünüidarəetmə sahəsində olan problemlər dəfələrlə gündəmə gətirilsə də, Gəncədə bu istiqamətdə çatışmamazlıqlar nəinki aradan qaldırılır, hətta vətəndaşları aldatmaq həddinə kimi “irəliyə gedir”.

Baş verən neqativ hallar Gəncənin hər iki həm Kəpəz, həm də, Nizami bələdiyyələrində baş verir. Sanki bələdiyyələri hansısa qüvvə mərkəzləşmiş qaydada idarə edir.

Adıçəkilən bələdiyyə işçiləri ərazilərini əhatə edən massivlərdə və həyət evlərində yaşayan sakinlərdən total olaraq, “torpaqpulu” adı altında “vergi” toplamaqla məşğul olurlar.

Azərbaycan Respublikasında mövcud olan 3 növ torpaq mülkiyyətinin isə bu “vergiyığma” kompaniyasında heç bir önəmi yoxdur.

Bələdiyyələrə əvvəllər mənsub olub olmamasından, xüsusi mülkiyyət növündən asılı olmayaraq, bələdiyyə işçiləri əhalinin məlumatsızlığından istifadə etməklə, vergi adı altında, faktiki korrupsiya ilə məşğul olurlar.

Şahsevənlər küçəsinin sakini Məzahir Qəribov deyir ki, tez-tez bu cür “vergiyığanlar” onların yaşadıqları evə də gəlib, yüksək məbləğdə torpaq vergisi tələb edirlər.

M. Qəribov deyir ki, pul almağa gələn və özünü Nizami rayon bələdiyyəsinin işçiləri kimi təqdim edən mülki geyimli şəxslər nə vəsiqə göstərirlər, nə də özlərini təqdim edirlər.

Xatırladaq ki, bundan başqa hər iki bələdiyyə ərazisində avtomobilləri saxlamaq üçün nəzərdə tutulan sahələrdə də, bələdiyyə işçiləri xidmət göstərirlər və vətəndaşlardan bunun üçün aldıqları məbləğ müqabilində heç bir qəbz təqdim etmirlər.

Gəncədə fəaliyyyət göstərən uşaq bağçalarınin bir qismi dövlət, digər qismi isə özəl hesablıdır.

Dövlət tabeliyində olan körpələr evi, uşaq bağçalarında qış mövsümü başlayandan bir çox infeksion və dəri-zöhrəvi xəstəlikləri tüğyan edir.

Təlimata əsasən, bu hallarda uşaq bağçaları bağlanmalı, həkim-ekspert qrupu körpələr evində infeksiyalar əleyhinə profilaktika aparmalıdırlar.

Əslində isə, bunların heç biri baş vermir. Gəncə uşaq bağçalarının dövlət tabeliyində olanların bölmələrində körpələrin əksəriyyəti bağçaya gətirilmir.

Buna səbəb, uşaqların əsasən “suçiçəyi” , “qızılca” kimi el arasında bilinən, infeksion xəstəliklərə tutulmasıdır. Bundan başqa uşaqlara xəstəlik əleyhinə peyvəndlərin də vurulması istiqamətində problemlər hökm sürməkdədir.

Gəncənin 52 saylı uşaq bağçasında təlim-tərbiyə alan 5 yaşlı Nigar Həsənzadənin valideyni Abbas Həsənov bildirir ki, qızı artıq 10 gündür ki, bağçaya getmir. Çünki uşağı bağçadan “suçiçəyi” xəstəliyinə yoluxub.

Valideyn deyir ki, qrupun yarısı bu infeksion xəstəliyə yoluxub. Təəssüf ki, heç kim gəlib bu infeksion xəstəliyə qarşı bağçada profilaktik işlər aparmır.

Valideyinin verdiyi məlumata görə uşaqlar arasında pedikulyoz (insanda baş və ya paltar bitlərinin parazitlik etməsi) kütləvi şəkildə yayılıb. Bunun əsas səbəbi Sanitar Epidemoloji idarələrin işini vaxtında görməməsidir.

Uşaqlar arasında pedikulyozun geniş yayılmasının digər səbəbi bir çarpayıda 2-3 nəfərin yatmasıdır. Mövcud bağçaların sayının azlığı sıxlığın əsas səbəbidir. Qeyd edək ki, şəhərdəki uşaq bağçaları Gəncə İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərirlər.

Qış mövsümü başlayandan Gəncənin əsasən mərkəzi hissələrində faktiki olaraq, təbii qaz ya verilmir, yaxud da çox aşağı təzyiqlə verilir.

Şəhərə daxil olan əsas qaz xəttinin yaxınlığında yerləşən massivlər istisna olmaqla, Gəncənin mərkəzi hissələrində əhali təbii qazın yoxluğundan əziyyət çəkir. Ozan küçəsi şəhərin mərkəzində yerləşən məhəllələrdən biridir.

Adıçəkilən ərazidə təbii qaz faktiki olaraq yox həddindədir. Küçə sakini Mətləb Hüseynov, Samir Kərimov bildirirlər ki, dəfələrlə “AzərQaz” İB-nin 104 saylı “ Qaynar Xətt”-inə dəfələrlə rəsmi, yaxud şifahi olaraq telefonla müraciət ediblər.

Onlara özünü Şakir Əliyev kimi təqdim edən nümayəndə bildirib ki, təbii qazın limiti yay mövsümündə olduğu kimidir, artırılmayıb. Ş.Əliyev bunu Gəncədəki məlum bina partlayışı və əhalinin təhlükəsizliyi ilə izah edib.

Gəncədə insanlar arasında yayılan xəbərlərə görə, təbii qaz əsasən Gəncənin kənarlarında yerləşən və bəzi deputatlara məxsus olan istixanalara verildiyindən, əhalinin təbii qaza olan istehlak tələbatını ödəmək mümkün olmur.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ