SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə »  Qusar sakini nazirdən kömək istədi... - Müraciət

 Qusar sakini nazirdən kömək istədi... - Müraciət

Tarix:

14-01-2019, 14:14

/ 1 380 dəfə oxundu.
 Qusar sakini nazirdən kömək istədi... - Müraciət

Qusar rayon sakini Seda Yahyayeva Ədliyyə naziri Fikrət Məmmədova şikayət ərizəsi ünvanlayıb. Bir nüsxəsi də redaksiyamıza daxil olan müraciətdə deyilir:

"Çox təəssüflə bildirmək istəyirəm ki, 8 dekabr 2018-ci iltarixində "Qusar rayon icra məmurlarının qanunazid hərəktələri barədə" respublikanın yuxarı direktiv orqanlarına həm poçtla, həm də internet e.mailla göndərdiyim şikayət məktubuna aradan 1 aydan çox vaxt baxmayaraq məhəl qoyan yoxdur. Belə ki, qarşı tərəfin dəstə üzvləri Qusar rayonunda tutduqları vəzifələrdən süi-istifadə edərək Qusar rayon İcra şöbəsinə 30 may 2018-ci il tarixli Ali Məhkəmənin hakimi Qəhrəman Allahverdiyevin "Evə köçürülməilə bağlı"qəbul etdiyi QƏRARI sifariş əsasında icra etmir. İki azyaşlı uşaqla kirayədə, soyuq evdə əziyyət çəkirəm. Hazırda kirayə pulunu verə bilmədiyimə görə evin sahibi başsız qalmış ailəmi pulu ödəməyincə evə buraxmaq istəmir. Mənim il yarımdır bu vəziyyətə düşməyimin səbəbkarı qarşı tərəf və icra məmurudur. Məslənin həm ictimailəşməsinə, həm də ədliyyə Nazirliyi, Məhkəmə Hüquq Şurası, Sumqayıt Apellyasiya Məhkəməsinin və Ombudsman Aparatının ƏN-nin İcra Baş İdarəsinin rəisi cənab Nurəddin Mustafayevin ünvanına yazılan rəsmi məktublara da məhəl qoyulmur. Bunun adı sadəcə rüsvayçılıqdır. Qarşı tərəfin - Zahid Yahyayevin arvadı Həkimə xanım da Qusar Rayon Məhkəmə sədri Adil müəllimin sürücüsü olduğuna, Qusar İcra Şöbəsinin sədri Elnur da bunlarla qapıbir qonşu və qohum olduqlarına görə bu iş həllini tapmır.
Dekabrın sonlarında Ədliyyə Nazirliyinin Baş İcra İdarəsindən Nüsrət adlı kurator da gəlmişdi. Çox təəssüflər olsun ki, onu da yola verib yola saldılar. Bu məsuliyyətsiz kurator da mənə həqarət edib deyir ki, lazım gəlsə martda Novruz bayramına qədər gözləməlisən. Bəli, mən bilirəm ki, bu məmurları dilləndirən və qanunları ayaq altına salıb rişxənd edənlər təsadüfi məmur seçilməyiblər. Mən bu tiplərdən əslində ədalətli bir hərəkət gözləmirəm də. Doğrudur, qanunsuzluq, başsızlıq, məsuliyyətsizlik hər yerdə baş alıb gedir. Amma bunun da bir əndazəsi olmalıdır axı. Qusar İcra şöbəsinin Məhəmməd adlı icrasıçısı isə mənə bildirir ki, bu günə qədər mənə heç kim rəsmi göstəriş və məktub təqdim etməyib ki, sizin işi icra edim. axı bütün Azərbaycan ictimaiyyəti bilir ki, Qusarda mən başsız qalmış ailənin yetimlərlə iki ilə yaxındır ki, məhkəmə qapılarında qalmışdım. İndi də İcra qapıları məni süründürməçiliyə salır. Sanki bu adamların müsəlmançılıqdan, insanlıqdan, hüquqdan xəbərləri yoxdur. Amma bir təsəlli oldu ki, qarşı tərəfin xeyrinə razılıq ərizələri vermiş digər qayın və baldızlarım hamısı Qusar rayonunda ictimai qınağa gəldilər. Onları rayonun ağsaqqal və ağbirçəkləri çox tənqid etdilər ki, heç normal insan da rəhmətə gedən doğma qardaşın ailəsinə bu cür zülm edərmi? Heç utanırmısınız, düşmüsünüz bir yetim ailənin üstünə ki, evdən sənə 1 kv.m də pay verməyəcəyik. Yaxşı ki, bu tənqidlərdən sonra onların vicdanları oyandı və peşiman oldular. Qaldı dövlət qurumlarının nümayəndələri ki, görək nə vaxt reaksiya verəcəklər?
Odur ki, xahiş edirəm, şəxsi nəzarətiniz altında Ali Məhkəmənin 30 may 2018-ci il tarixli barəmdə qəbul etdiyi qərarın dərhal icra edilməsi barədə göstəriş verəsiniz".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Dia.az

Şərhlər

XƏBƏR LENTİ