SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » DAŞKƏSƏN TƏHSİLİNDƏ BİABIRÇILIQ

DAŞKƏSƏN TƏHSİLİNDƏ BİABIRÇILIQ

Tarix:

18-01-2017, 10:55

/ 2 798 dəfə oxundu.
DAŞKƏSƏN TƏHSİLİNDƏ BİABIRÇILIQ

Hörmətli xalqxeber.az redaksiyası!

Mən Daşkəsən rayonu təhsılində baş verən biabırçıliq barədə məlumat vermək istəyirəm.Keçən il aprel ayında Təhsil Nazirliyi tərəfindn Daşkəsən rayon ümumtəhsil məktəblərində yoxlama aparılmışdır.Bu yoxlamanın nəticəsi olaraq 6(altı) məktəb direktoru işdən azad olunmuşdur.Azad olan direktorlardan biri də Daşkəsən rayon Kəmərqaya tam orta məktəbinin direktoru Zahid İsmayılovdur.İşdən azad olduqdan sonra Zahid İsmayılov Daşkəsən rayon Təhsıl İdarəsinə hədələri nəticəsində qanunsuz şəkildə keçən ilin noyabırında Əsədova Tərlan Abduləli qızı direktor əvəzi təyin edilib.Məqsəd isə məktəbi yenidən özü idarə etmək olub.İndinin özündə də məktəb Zahid İsmayılov tərəfindən idarə olunur.Onun istəkləri ilə Əsədova Tərlan məktəbi minib çapır.Niyə məhz Tərlan Əsədova? Çünkü məktəbin ən savadsız və bacarıqsız müəllimi məhz Tərlan müəllim olmuşdur.Diaqnostiq qiymətləndirmədə isə ən zəif göstəricisi olan müəllim olmuşdur.İşlədiyi müddətdə ən çox dərs buraxan,dərs dediyi ibtidai sinifləri kor qoyan müəllim olmuşdur.Direktor təyin olunduğu gündən müəllimləri və texniki işçiləri sıxmağa başlamışdır.Məqsəd isə daha çox rüşvət almaq olmuşdur(onuda deyim ki,müəllimlərin 99 faizi gəncədən hər gün 40 km məsaf qəhət edərək işə gedir).İndinin özündə də reketcəsinə hər bir texniki işçiyə 10, müəllimlərə isə 12 manat haqq qoyubdur.Bunu məktəb müəllimləri təsdiq edə bilər.Müəllimlər arasında narazılıq çox,şikayətlərə baxan isə yoxdur.Xahiş edirəm ki, yazdıqlarımı çap edin belkə səsimizə bir səsverən oldu.Əvvəlcədən minnətdarlıq edirəm.

Hörmətlə: Zəhra Bağırova

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ